Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhməramlılar İrəvana, Azərbaycan ordusu Xankəndinə...

Ermənistanda elə bir vəziyyət yaranıb ki, 10 noyabr razılaşmasının altına imza atan şəxslərin hakimiyyətdə qalması artıq imkansız hala çevrilib. Bu Paşinyanın “İsgəndər” açıqlaması ilə bağlı bir məsələdir”.

Bu fikirləri açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib.

O bildirb ki, Rusiyanın Ermənistandakı əsas gücü hərbçilərdir. Hərbçilərlə Paşinyan arasında toqquşmalar bu səbəbdən baş verir və məqsəd Nikolun hakimiyyətdən uzaqlaşdırılmasıdır:

“Nəzərə alsaq ki, Ermənistanda müxalifət və ordu 10 noyabr razılaşmasının əleyhinə çıxış edir və Dağlıq Qarabağı geri qaytarmaq haqqında fikirlər səsləndirir. Belə olan halda isə 10 noyabr razılaşmasının hüquqi tərəfləri gündəmə gəlir. Təbii ki, bu razılaşmanın hüquqi qarantı Rusiyadır. Amma müqavilənin altında Paşinyanın imzası var. Onun hakimiyyətdən getməsi və yerinə müxalifətin gəlməsi, təbii olaraq 10 noyabr razılaşmasının hüquqi qüvvədən düşməsi ilə nəticələnəcək. Çünki onlar bu razılaşmanı qəbul etməyəcəklər. Belə olan halda isə Azərbaycanın əlində, Dağlıq Qarabağın sülhməramlıların nəzarətində olan 25 faiz hissəsində öz suverenliyini bərpa etmək üçün unikal imkan yaranır. Söhbət ondan gedir ki, Ermənistanda hakimiyyət dəyişsə, onlar Azərbaycana qarşı hərbi əməliyyatları bərpa edəcəklər. Bu isə Azərbaycanın əməliyyatları qaldığı yerdən başlaması və torpaqları tamamilə azad etməsi anlamına gəlir”.

Əziz Əlibəyli onu da əlavə edib ki, Paşinyan devrilsə, Vitali Balasanyan Qarabağın ermənilərin əlində olan hissəsində hakimiyyətə gətiriləcək. Ona görə də, Araik Arutyunyan hazırda Nikol Paşinyanın köməyinə gedib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar