Cümə, 27 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sülhəddin Əkbər: “Putinin Qarabağ münaqişəsində ehtiyatlı davranmasının ciddi səbəbləri var”

“Müşahidəm budur ki, Rusiya prezidenti Vladimir Putin bütövlükdə dünyada və regionda yaranan vəziyyəti nəzərə alır. Yeni dünya nizami quruculuğunda geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğunu görür və bu mərhələdə atacağı səhv addımın çox baha başa gələcəyini anlayır. Ona görə də, çox ciddi həssaslıqla məsələyə münasibət nümayiş etdirir. İlk dəfədir ki, postsovet məkanında baş verən ciddi hadisəyə Rusiya dövlət başçısının belə həssas və neytral mövqedə qalmağa çalışmasının şahidi oluram. Səhv etmirəmsə, bu, ilk belə haldır”.

Bu fikirləri Reyting.az-a Azad Demokratlar Partiyasının sədri, Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər Rusiya dövlət başçısı Vladimir Putinin Dağlıq Qarabağ məsələsinə dair verdiyi bəyanatı şərh edərkən deyib.

S. Əkbər qeyd edib ki, indiyə qədər Rusiyanın konfliktə kobud müdaxilə etməməsi Azərbaycanın xeyirinədir: “Əlbəttə, biz “pərdə arxasından” Moskvanın rəsmi Bakıya hansı təzyiqlər etdiyini, nələrin təklif olunduğunu bilmirik. Diqqət yetirdinizsə, Putin qeyd etdi ki, demək olar, hər gün konfliktin tərəfində olan dövlət baçıları ilə təmas qurur. Bu təmaslar zamanı söhbətin nələrdən getdiyini bilmirik. Ona görə konkret fikir söyləmək çətindir. Münaqişənin hərbi fazasından sonra, bəzi istisnalarla bütün mühariblər sülhlə bitir. Qənaətimcə, Putin bilir ki, bu mərhələdə atacağı yanlış addım Rusiyanın Azərbaycanı itirməsi ilə nəticələnə bilər.

Bununa paralel olaraq Azərbaycanda artan Türkiyə faktoru da var. Türkiyə isə bir sıra sahələrdə Rusiya ilə sıx strateji tərəfdaşlıq edir. Bir tərəfdən Liviya, Suriya, indi də məcburdur ki, Cənubi Qafqazda Türkiyə ilə əməkdaşlıq etsin. Digər tərəfdən, Türkiyə ilə sıx iqtisadi-ticarət əməkdaşlığı mövcuddur. Məsələn, Ağquyu atom elektrik stansiyaları, “S-400” komplekslərinin satışı, qaz xətti və s. Odur ki, burada Rusiya həssas davranmağa məhkumdur”.

S. Əkbər daha sonra əlavə edib:

“Məndə olan məlumata görə, Ankara Kremlə çatdırıb ki, Qarabağ konfliktinə açıq müdaxilə edəcəyi təqdirdə Türkiyə prosesə qoşulacaq. Yəni Rusiya artıq sahədə təkcə Azərbaycanla deyil, Türkiyə ilə də qarşı-qarşıya gələcəyini bilir. Hətta Türkiyə bunun üçün bütün hazırlıqları görüb. Yəqin ki, Rusiya kəşfiyyatı bunu bilir. Türkiyə bu varianta hazırdır və hazırlıqlarını da gizlətmir. Mənə elə gəlir ki, Vladimir Putinin belə ehtiyatlı davranmasının ciddi səbəbləri var. Bu səbəbləri 4 hissəyə bölmək olar:

Birincisi yeni dünya nizamı quruculuğu və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olmasıdır. Burada səhv etmək çox baha başa gələ bilər.

İkincisi Azərbaycanı birdəfəlik itirmək təhlükəsidir.

Üçüncüsü Türkiyə faktorudur.

Dördüncü faktor kimi Ermənistanda Nikol Paşinyan hakimiyyətidir. Moskvada düşünürlər ki, bu hökumətin yıxılması üçün şərait hələ yetişməyib. Bu hal da bizim ordumuza imkan verir ki, irəliləsin”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putinlə Paşinyanın danışığının təfərrüatları üzə çıxır: Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?!

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımadı

Laçının Qarıqaya kəndində 28 ildir qanunsuz yaşadıqları evlərə od vurub çıxan mülki işğalçılar - Fotolar

Ağsunun icra başçısı koronavirusdan vəfat edib

Zabitimizdən ermənilərə: "Sabah gələndə sizi burda görməyək!" – Video

Ermənistan bu əraziləri də Bakıya verməlidir - Rusiyadan açıqlama

BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

Makronun 24 yaş böyük qadınla evlənməsinin sirri...

“Paşinyan Zəngəzuru Əliyevə verəcək” – Ermənistanın keçmiş naziri

Paşinyan arvadını Xankəndinə generalların yanına niyə göndərirmiş...

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay