Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhəddin Əkbər: “Fransaya qarşı Türkiyə-Rusiya ittifaqından söhbət gedə bilməz” - Müsahibə

Darmadağın olan beynəlxalq hüquq - Fransa Türkiyənin radikal islamın mənbəyi hesab edir və “DQR”i tanımağa hazırlaşır...

Siyasi şərhçi: “BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ bağlı 4 qətnaməsi var. Bu qətnaməyə səs verənlərdən biri də Fransadır. İndi isə Fransa Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə meydan oxuyur”.

“Türkiyəyə və türklərə qarşı düşmənçilik bütün Avropada yayılmaqdadır. Bu düşmənçiliyin ən açıq forması isə Fransada həyata keçirilir. Həmçinin də həmin qüvvələr Türkiyə və Azərbaycanın birgə qazandığı nailiyyətləri həzm edə bilmirlər”.

Bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Fransa Senatının qondarma “DQR”in tanınması ilə bağlı müzakirələrə başlamaq qərarını PİA.az-a şərh edərkən bildirib.

Fransa parlamentində noyabrın 25-də qondarma “DQR”in tanınması ilə bağlı müzakirələr keçiriləcək. PİA.az xəbər verir ki, Fransa Senatının 5 böyük fraksyası Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını səsverməyə çıxarmaq üçün razılığa gəliblər. Bu əslində qərarın yekdilliklə qəbul olunacağı anlamına gəlir.

Bu barədə Tvitter-də “Respublikaçılar” Partiyasının sədri Bruno Retayo Senatında yazıb: “Noyabrın 25-də Senat Qondarma Dağlıq Qarabağ ​ Respublikasının Fransanın tanınması haqqında qətnaməyə baxacaq. Yalnız onun müstəqilliyi etibarlı şəkildə Türkiyənin islamçı ekspansionizmi qarşısında Dağlıq Qarabağ əhalisinin hüquq və azadlıqlarına təminat verə bilər” - deyə senator vurğulayıb.

Xatırladaq ki, bu həftənin əvvəlində Rusiya Prezidenti Vladimir Putin Ermənistanın əsas səhvi olaraq “DQR”i tanımamsına işarə edib. Rusiya prezidenti: “Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb”, deyə vurğulayıb. Putin onu da qeyd edib ki, bu yaxınlarda başa çatmış hərbi münaqişə zamanı Azərbaycan bütün Dünya Birliyi tərəfindən tanınan ərazilərini geri qaytarıb. O, həmçinin bəyan edib ki, Azərbaycana siyasi dəstək verdiyinə görə Türkiyəni də beynəlxalq hüququ pozmaqda ittiham etmək çətindir, çünki “Azərbaycan ona dəstək göstərən istənilən müttəfiqi seçmək hüququna malikdir”.

Münaqişənin həllində vasitəçi dövlət olmasına baxmayaraq, Fransanın son zamanlar dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış etməsini və rəsmi Parisdən Bakıya olan təzyiqləri PİA.az-ın əməkdaşı Azad Demokratlar Partiyasının sədri, siyasi şərhçi Sülhəddin Əkbərlə müzakirə edib.

Sülhəddin Əkbər: “Bu gözlənlən idi. Burada da əsas məqsəd türk-müsəlman düşmənçiliyini nümayiş etdirməkdir”.

PİA.az Sülhəddin Əkbərlə olan müsahibni oxucularının diqqətinə çatdırır :

- Sülhəddin bəy, Makron adminstrasiyası Fransa Senatının belə bir qərarı dəstəkləyə bilərmi və bundan hansı nəticələr doğa bilər?

- Vaxtı ilə Fransanın Minsk qrupu kimi mövqeyinə Azərbaycanın 50 siyasi partiyası mövqeyini bildirmişdi. Onların içində bizim partiyamız da var idi. Bu mövqedə partiyalar Fransanın ermənipərəst olduğunu qeyd etmişdilər. Həmçinin partiyalar Fransanın tərəfsiz olmadığını və buna görə də Minsk qrupunun həmsədri ola bilməyəcəyini vurğulamışdılar. Ümumiyyətlə ATƏT-in Minsk qrupunu mən erməni dostluq qrupu adalandırmışam.

Qeyd edim ki, mən Rusiya, AzərbaycanErmənistanın birgə bəyanatına münasibət bildirəndə demişdim ki, növbəti mərhələdə Azərbaycan üçün başlıca problem Dağlıq Qarabağın statusunun tanınması ilə bağlı Azərbaycana basqılar olacaq. Elə o vaxtdan Fransa bu basqıları başlamışdı. Bu barədə Fransanın xarici işlər naziri də bəyanat vermişdi.

Bu gözlənlən idi. Burada da əsas məqsəd türk-müsəlman düşmənçiliyini nümayiş etdirməkdir. Türkiyəyə və türklərə qarşı düşmənçilik bütün Avropada yayılmaqdadır. Bu düşmənçiliyin ən açıq forması isə Fransada həyata keçirilir. Həmçinin də həmin qüvvələr Türkiyə və Azərbaycanın birgə qazandığı nailiyyətləri həzm edə bilmirlər.

Təbii ki, Azərbaycan buna öz münasibətini bildirməlidir. Buna görə də biz əməliyyatların sona qədər davam etdirilməsini və Dağlıq Qarabağ məsələsinin birdəfəlik bitirilməsini tələb etmişdik. Təssüf ki, bizim proqnozlarımız özünü doğrultdu. Yəqin ki, bu yöndə hələ ABŞ-dan da basqılar gələcək.

Sülhəddin Əkbər: “Ukraynanın nüvə silahını təhvil verməsindən sonra onun ərazi bütövlüyünə toxunulmayacağına Rusiya, ABŞ və Böyük Britaniya təminat vermişdi. Amma bu təminatçılardan biri Ukraynanın böyük bir hissəsini işğal etdi. Digər təminatçılar isə bu işğalı seyr etməklə yetindilər”.

- Bilirik ki, Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınır. Fransanın bu addımı hansı beynəlxalq qaydalarlın pozulmasına yol aça bilər?

- 2008-ci ildə Qərb dşvlətləri Kosovonın müstəqilliyini tanıyandan sonra Rusiyanın da Gürcüstan ərazilərini işğal etməsi fonunda beynəlxalq hüquqdan danışmaq artıq ironiya yaradır. Hansı beynəlxalq hüquqdan söhbət gedə bilər? 1994-cü ildə Budapeşt memorandumu qəbul edilmişdi və Ukraynanın nüvə silahını təhvil verməsindən sonra onun ərazi bütövlüyünə toxunulmayacağına Rusiya, ABŞ və Böyük Britaniya təminat vermişdi. Amma bu təminatçılardan biri Ukraynanın böyük bir hissəsini işğal etdi. Digər təminatçılar isə bu işğalı seyr etməklə yetindilər.

Həmçinin də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ bağlı 4 qətnaməsi var. Bu qətnaməyə səs verənlərdən biri də Fransadır. İndi isə Fransa Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə meydan oxuyur. Buna görə də artır beynəlxalq hüquq haqqında söhbət açmaq qeyri-ciddi olub. Gücün varsa, hüquq da işləyir, gücün yoxdursa, hüquq-filan işləmir.

Yeni dünya düzəni qurulur və kimin gücü varsa, əsas oyunçu da o olacaq. Azərbaycan da kiçik dövlətdir və güclənmək üçün böyüməyin yollarını axtarmalıdır. Böyüməyin yolları da güclü ittiham münasibətlərinin qurulmasından keçir. İlk növbədə qardaş Türkiyə ilə hərbi ittiham sazişi imzalanmalı və strateji əməkdaşlıq olmalıdır. Biz bu sözləri deməkdən yorulduq. Vaxt itirmədən Türkiyə kimi surətdə inkişaf etməkdə olan dövlətlə ittifaq müqaviləsi bağlanmalı və gücümüzü artırmalıyıq. Fransa nə deyir desin.

- Sülhəddin bəy, hazırda Dağlıq Qarabağda sülhün təminatçısı kimi Rusita çıxış edir. Fransanın bu siyasətinə qarşı Rusiyanın reaksiyası necə ola bilər?

- Rusiya bu məsələnin həllində maraqlı deyil. Çünki məsələnin istənilən variantda həlli Rusiyanın həm Ermənistanda, həm də Azərbaycanda təsirlərini azaldır. Buna görə də Rusiyanın bu məsələdə nə isə edəcəyini düşünmürəm. Rusiya yeni status-kvo məsələsində maraqlıdır.

Sülhəddin Əkbər: “Artır beynəlxalq hüquq haqqında söhbət açmaq qeyri-ciddi olub. Yeni dünya düzəni qurulur və kimin gücü varsa, əsas oyunçu da o olacaq”.

- Fransanın bu addımı atmaqda hansısa geosiyasi marağı ola bilərmi və Dağlıq Qarabağ ətrafında Fransaya qarşı Rusiya- Türkiyə ittifaqına ehtimal verirsinizmi?

- Əsas məsələ türk-müsəlman düşmənçiliyidir. Azərbaycan və Türkiyə kimi dövlətlərlər münasibətlərin pozulması Fransaya nə gətirəcək? Bu ancaq düşmüşçilik, qisasçılıq və yüksələn Türkiyənin gücünün qəbul edilməməsidir.

Bu məsələdə Türkiyə-Rusiya ittifaqından söhbət gedə bilməz Operativ maraqlar üst-üstə düşəndə Türkiyə-Rusiya ittifaqından söhbət gedə bilər. Türkiyə NATO-nun üzvüdür və Avropa Birliyinin üzvlüyünə namizəddir. Hətta Rusiya-Türkiyə tərəfdaşlığından da danışmaq mümkün deyil.

Redaksiyadan: Qeyd edək ki, Fransa Senatının qətnamələri tövsiyə xarakteri daşıyır və icra hakimiyyəti onları nəzərə ala bilər, lakin yerinə yetirməyə məcbur deyil.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar