Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sülh Çeşməsi” Hərəkatı və Türkiyənin daxili siyasəti...

Suriyalılar Türkiyənin təkcə qaynaqlarına və ictimai gücünə ziyan vurmur, eyni zamanda daxildə iqtidarı daha da xərcə salan bir problemə çevriliblər...

Kadri Gürsel
“Al-Monitor”

Məlum olduğu kimi, Suriyada ABŞ-ın himayəsi və hərbi dəstəyi sayəsində muxtar rəhbərlik inşa edən kürd təşkilatı PYD-yə qarşı Türkiyə 9 oktyabrda Fəratın şərq sərhədindən “Sülh Çeşməsi” Hərəkatına start verib. Ölkə daxilindəki önəmli ehtiyaclar bu hərəkatın baş verməsinə səbəb olub...

PKK-nın Suriyadakı davamçısı olan PYD-nin güclənməsi Ankaranın “terrorla mübarizə” arqumentini dəstəkləyir, lakin bu vəziyyət iqtidarın niyə görə yerli seçkilərdə məğlub olduqdan sonra bu hərəkata başladığını heç cür izah etmir.

İqtidar partiyası olan AKP 31 mart Türkiyə seçkilərində və 23 iyun İstanbul yerli seçkilərində ciddi itkilər verib. AKP-nin büyük şəhərlərdə məğlubiyyətə uğraması daha çox iqtisadi böhranla əlaqədar idi. Bu faktorlar AKP daxilindəki problemləri tətikləyib.

Digər tərəfdən iqtidarı narahat edən bir məsələ də odur ki, İdlibdən gələn yeni qaçqın dalğası Türkiyənin “suriyalı qaçqınlar” problemini daha da çıxılmaz vəziyyətə gətirə bilər. Prezident Ərdoğan 10 sentyabrda “3,6 milyon suriyalıya ev sahibliyi edən Türkiyə yeni bir köç dalğasına tab gətirə bilməyəcək”, deyib.

Suriyalılar Türkiyənin təkcə qaynaqlarına və ictimai gücünə ziyan vurmur, eyni zamanda daxildə iqtidarı daha da xərcə salan bir problemə çevriliblər. AKP İstanbulda 23 iyun 2019-cu ildə yerli seçkilərdə yenidən məğlub olduqdan sonra iqtidar sözçülərinin tez-tez “qaçqınlar Suriyada yaradılacaq təhlükəsiz bölgə sayəsində evlərinə qayıdacaqlar”, deməsi heç də təsadüfi deyil. Suriyalı qaçqınlar daha çox AKP seçiciləri ilə eyni ərazilərdə, qonşu məhəllələrdə yaşayırlar. Bu isə iqtisadi böhranın da təsiri ilə iki qisim arasında gərginliyi artırır və AKP seçicisinin iqtidardan uzaqlaşmasına gətirib çıxarır.

Məsələn, Türkiyənin ruhu və güzgüsü olan İstanbulda sayları 479 min olan suriyalıların 73%-i AKP-li vilayət bələdiyyələrinin daxilində yaşayır. Ən çox suriyalı yaşayan 10 vilayətdən 8-ni də AKP-li bələdiyyələr idarə edir.

Prezident Ərdoğanın 9 oktyabrda “Sülh Çeşməsi” Hərəkatının başlandığını elan edərkən: “Yaradılacaq təhlükəsiz bölgə sayəsində suriyalı qaçqınların ölkələrinə qayıda biləcək”, deyib. Bu açıqlamadan yaranan vəziyyət onu göstərir ki, Türkiyədəki suriyalı problemi iqtidarı çətinə salır.

“Sülh Çeşməsi” Hərəkatı məqsədinə uyğun şəkildə həyata keçirilsə və Fəratın şərqində sərhəd boyunca 30 km dərinliyində bir ərazi üzərində TSK və müttəfiqləri nəzarətdə saxlanılsa, yaxın gələcəkdə İdlibi tərk etmək məcburiyyətində qala biləcək olan suriyalılar, bəlkə də, Türkiyəyə heç soxulmadan Əfrin və Əl-bab bölgələri vasitəsilə çadır şəhərciklərinə yerləşdiriləcəklər.

“Sülh Çeşməsi” Hərəkatı daxili siyasətdə Ərdoğana partiyasındakı problemləri həll etmək üçün də bir fürsət yaradır. Artıq AKP-dən istefa vermiş sabiq “iqtisadiyyat çarı” Əli Babacanın ilin sonuna çatmamış öz partiyasını qurması gözlənilir. Lakin abiq Xarici İşlər naziri və Baş nazir Əhməd Davudoğlunun Əli Babacandan əvvəl hərəkətə keçib noyabrda partiya elan edəcəyi hər kəsə məlumdur. Bu iki siyasi dinamika son həftələrdə AKP-dən bir sıra şəxslərin istefa etməsinə yol açıb. Buna görə də, xüsusilə yerli seçkilərdən sonra AKP “Sülh Çeşməsi” Hərəkatından faydalanacaq.

“Sülh Çeşməsi” Hərəkatı vasitəsilə fövqaladə hal elan edilsə, müxalif siyasət sahəsi darala, söz və mətbuat azadlığı daha da təzyiq altına düşə bilər. Sadəcə olaraq 10 oktyabrda baş verənlərə diqqət yetirmək lazımdır.

Məsələn, HDP rəhbərləri Pərvin Buldan və Sezai Təməlli əleyhinə istintaq başladılıb. Onlar hərəkatı “terror təşkilatı propoqandası” adlandırmaqda və Türkiyə Respublikası hökumətini aşağılamaqda ittiham edilirlər.

“Sülh Çeşməsi” Hərəkatı kürd seçiciləri AKP-dən və Ərdoğandan uzaqlaşdıra bilər. Onsuz da hazırkı vəziyyətdə Ərdoğanın kürd səslərinə güvənib siyasət aparmasının bir əsası yoxdur, lakin kürd seçicilərin hərəkata dəstək verməsi əsas müxalifət olan CHP-dən uzaqlaşmasına səbəb ola bilər. Bu da iqtidarın hərəkatdan əldə edəcəyi nəticələrdən biri ola bilər.

31 mart seçkilərində Ankara, İstanbul və Adana kimi böyük şəhərlərdə namizəd irəli sürməyən HDP seçicisi CHP namizədlərinin qalib gəlməsində böyük rol oynamışdı.

Nəhayət, ABŞ prezidenti Donald Trampın Suriyadakı hərəkata görə Türkiyə iqtisadiyyatını məhv edəcəyini deməsi Ərdoğan üçün imkan yaradacaq ki, “Sülh Çeşməsi” Hərəkatının ölkədə yaradacağı iqtisadi böhranı və türk lirəsinin neçə vaxtdır zəifləməsini ABŞ sui-qəsdi kimi göstərsin.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar