Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sülh çeşməsi” əməliyyatından sonra Suriyada qalib kimdir? – Türkiyə yoxsa, Rusiya?..

Əhəd Məmmədli: “Suriya müharibəsi hələ bitməyib ona görə düşünürəm ki, qalib elan etmək tezdir”

Məhəmməd Əsədullazadə: “Türkiyənin Suriyanın şimal-şərqində, Fəratın sağ sahilində keçirdiyi “Sülh çeşməsi” antiterror hərbi əməliyyatı ABŞ-ın Suriyada iştirakını demək olar ki, böyük miqyasda zəiflətdi”.

Məlumdur ki, Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə Türkiyə oktyabrın 9-da Fәrat çayının şәrqindә “Sülh çәşmәsi” әmәliyyatına start verdi.

Əməliyyatdan bir neçə gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatla bağlı danışıqlar aparmaq üçün paytaxt Ankaraya gələn ABŞ-ın vitse-prezidenti Mayk Penslə təkbətək görüşüb, daha sonra eyni mövzu ilə bağlı keçirilən heyətlərarası iclasa sədrlik etdi. İclasdan sonra açıqlama verən Mayk Pens Türkiyənin “Sülh çeşməsi” əməliyyatını 120 saatlıq dayandıracağı və bu müddətdə ABŞ-ın YPQ-nin təhlükəsiz bölgədən çıxmasının təmin edəcəyini dedi. O, Türkiyə və ABŞ-ın toplantıda Suriyanın şimal-şərqinin DAEŞ-dən təmizlənməsi məsələsində razılıq əldə etdiyini bildirdi.

Danışıqlardan sonra isə şəxsi internet səhifəsindən açıqlama verən ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi.

Türkiyənin başlatdığı əməliyyat Suriyadakı hərbi və geosiyasi vəziyyəti tamamilə dəyişdi. ABŞ Suriyadan çəkildiyi halda Suriyanın şimalı Əsədin, Rusiyanın və qismən də Türkiyənin nəzarəti altına keçir. Hətta amerikanlar Suriyadakı hərbi bazalarını beyə partladırlar. Amerikan bazalarından birində isə rus əsgərləri yerləşib.

Ümumilikdə Suriyada yeni formalaşan güc balansını necə dəyərləndirmək olar? Bu balansda ABŞ-ın, Türkiyənin və İranın yeri harda görünür və eyni zamanda hansı səbəbdən Türkiyənin əməliyyatından sonra RusiyaBəşər Əsəd qazanclı çıxır?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli və Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Əhəd Məmmədli: “Taktiki baxımından Rusiya Suriya müharibəsinin qalibi görünə bilər, amma əgər Türkiyə sərhəddi boyu təhlükəsizlik zonasını qurub orada 4 milliona yaxın qaçqınlar, köçkünləri yerləşdirə bilsə, onda strateji baxımınıdan gələcəyə baxış nəzər-nöqtəyindən bu müharibənin qalibi Türkiyə olacaq”.

“Sülh çeşməsi” antiterror əməliyyatından sonra Türkiyə ilə sərhəd boyu qurulan təhlükəsizlik zonasında suriyalı qaçqın və köçkünlərin həyatı təmin edilsə, orada deyilənilən kimi şəhərlər, qəsəbələr salınsa, bu dövlət içində alternativ dövlət demək olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, həmin o alternativ dövlət də gec-tez Dəməşqidə nəzarətə götürəcək:

Suriyada yeni formalaşan güc balansını “Sülh çeşməsi” hərbi əməliyyatından sonra daha dəqiq dəyərləndirmək olar. İstənilən halda hələlik Suriyada üstünlük Rusiyadadır. “Sülh çeşməsi” antiterror əməliyyatı Rusiyanın üstünlüyünü daha da gücləndirir. Çünki Şimali Suriyaya Türkiyənin hərbi əməliyyatı nəticəsinda ABŞ oraları tərk edir. Necə deyərlər müqəddəs yer boş qalmır. Həmin o yeridə Rusiya doldurur. Suriya müharibəsi hələ bitməyib ona görə düşünürəm ki, qalib elan etmək tezdir.

Düzdür ölkə ərazilərinin böyük hissəsini Rusiyaİranın dəstəklədiyi Əsəd rejimi nəzarət edir. Bundan da irəli gəlib söyləyə bilərik ki, Suriya müharibəsinin qalibi Rusiyadır. Taktiki baxımından Rusiya Suriya müharibəsinin qalibi görsənə bilər, amma əgər Türkiyə sərhəddi boyu təhlükəsizlik zonasını qurub orada 4 milliona yaxın qaçqınlar, köçkünləri yerləşdirə bilsə, onda strateji baxımınıdan gələcəyə baxış nəzər-nöqtəyindən bu müharibənin qalibi Türkiyə olacaq. Çünki “Sülh çeşməsi” antiterror əməliyyatından sonra Türkiyə ilə sərhəd boyu qurulan təhlükəsizlik zonasında suriyalı qaçqın və köçkünlərin həyatı təmin edilsə, orada deyilənilən kimi şəhərlər, qəsəbələr salınsa, bu dövlət içində alternativ dövlət deməkdir və həmin o alternativ dövlət də gec-tez Dəməşqidə nəzarətə götürəcək.

Onu da qeyd edim ki, Suriyada böyük əksəriyyət sünnilərdir və onlarda bildiyiniz kimi ələvi rejimə müxalifətdirlər və bu sünnilərində arxası, dayağı Türkiyədir”.

Məhəmməd Əsədullazadə: “Ankranın bütün çağrışlarına rəğmən ABŞ YPG terror təşkilatına dəstəkdən geri çəkilmirdi. Proseslər ABŞ-ın Suriya siyasətinə zərbə vurdu”.

Dəməşqin öz siyasətində Türkiyəyə ilə normal münasibətlərə üstünlük verərsə, qazana bilməsini proqnoz edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, Dəməşq YPG-dən Türkiyəyə qarşı istifadəyə cəhd edərsə, bu onun məğlub olmasına gətirər:

“Türkiyənin Suriyanın şimal-şərqində, Fəratın sağ sahilində keçirdiyi “Sülh çeşməsi” antiterror hərbi əməliyyatı ABŞ-ın Suriyada iştirakını demək olar ki, böyük miqyasda zəiflətdi. Bu günə kimi ABŞ öz hərbi bazaları və YPG terror təşkilatı ilə birgə həmin arealda öz geosiyasi təsirlərini qoruyurdu. İranRusiyanın Suriyada mövqeyi ilə eyni siyasət orataya qoymağa çalışırdı. Həmçinin bu istiqamətdə Türkiyəyə qarşı təzyiq edirdi. Ankranın bütün çağrışlarına rəğmən ABŞ YPG terror təşkilatına dəstəkdən geri çəkilmirdi. Proseslər ABŞ-ın Suriya siyasətinə zərbə vurdu.

Qeyd edim ki, əgər ABŞ Türkiyəəy ilə hərəkət etsəydi, Suriya siyasəti tamam miqyasda cərəyan edəcəkdi. Artıq, regionda Rusiya, İran və Türkiyə koordinasiyalı fəaliyyət göstərər Suriyada digər ölkələrin hərbi imkanlarını sıfıra endirlər. Bundan sonra YPG terror təşkilatı və digər kürd siyasi qruplaşmaları Vaşinqtonun siyasətinə etimad çətin edər. Ankara bu əməliyyatla hər iki tərəfin birbirinə etimadına zərbə vurdu.

Məhəmməd Əsədullazadə: “Türkiyə bu əməliyytla regional şərtləri öz leyhinə dəyişmiş oldu”.

Hesab edirəm ki, Rusiya Türkiyənin bundan sonra hıərbi fəaliyyətinin genişlənməsinə qısqancla yanaşsın. Bundan əlavə, Ankara və Dəməşqlə əlaqələrin qurulmasına gətirib çıxara bilər. Bir vaxtları düşmən olan hər iki tərəfin regional şərtlər daxilində yenidən əməkdaşlığı mümkün ola bilər. Çünki, YPG həm Suriyanın , həm də türkiyənin əleyhinə fəaliyyət göstərib. Əsasən Dəməşq öz siyasətində Türkiyəyə ilə normal münasibətlərə üstünlük verərsə, qazana bilər. Xeyr, YPG-dən Türkiyəyə qarşı istifadəyə cəhd edərsə, bu onun məğlub olmasına gətirər. ABŞ YPG-dən Türkiyəyə qarşı istifadə edə bilmədi. Düşünürəm ki, Bəşər Əsəd bunu heç edə bilməz.

Türkiyənin bu əməliyyatə Əsəd rejiminin fəaliyyətini genişləndirdi. İranın da maraqlarına cavab verdi. Çünki, ABŞ-ın geniş hərbi bazası olması və YPG-nin güclənməsi İranSuriya rejiminin fəaliyyətinə zərbə vururdu. Artıq bu problem ortadan çıxdı. Türkiyə bu əməliyytla regional şərtləri öz leyhinə dəyişmiş oldu. Bundan Rusiyaİranda həmçinin Suriya rejimi də faydalanacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar