Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süleymanidən sonra 3 yerə bölünən İraq və şiə-sünni davası...

İran mütləq cavab verəcək, lakin bu, Trampın bütün şiddətini öz üzərinə çəkəcək qədər böyük bir qarşılıq olmaya bilər....

Cahit Armağan Dilek
“Yeniçağ” qəzeti, Türkiyə, 7 yanvar 2020-ci il

“İŞİD-ə qalib gəldik, artıq əsgərlərimiz evlərinə qayıda bilər”, deyib, daxili siyasətdə 2020-ci il seçkilərinə hazırlaşan Trampın göstərişi ilə İran İnqilab Keşikçilərinin Qüds Briqadası generalı Süleymani öldürülüb. Bu, sadə bir sui-qəsd deyil, həm də Yaxın Şərqi alt-üst edəcək bir hücum idi. Belə də oldu.

İran intiqam alacağına və ABŞ-a qarşılıq verəcəyinə and içir. Süleymaninin öldürülməsinə sevinənlər də var, pis olanlar da. Bu, təbiidir. Lakin, görünür, İran bunu fürsətə çevirib. 2019-cu ili hadisələrlə keçirən İranda Süleymaninin cənazəsinin ən şiddətli hadisələrin baş verdiyi Əhvaza və Məşhədə göndərilməsi və xalq kütlələri ilə birlikdə şəhərdə yürüşə çıxarılması rejimlə xalqın birliyini möhkəmləndirib. ABŞ üçün Süleymani üstündə işlənilmiş strateji bir hədəfdir. Bu məsələdə bir çox müqayisə və bənzətmə edilib, amma ən diqqət çəkən müqayisəni sabiq MKİ rəhbəri və CENTCOM generalı Petreus edib.

Petreus Süleymaninin nə qədər önəmli bir şəxs olduğunu izah etmək üçün deyir ki, Süleymanini ABŞ-da MKİ direktorunun, ABŞ Ortaq Xüsusi Qüvvələr Generalının və ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsinin – bu 3 şəxsin vəzifələrini yerinə yetirən bir insan kimi düşünmək lazımdır. Yəni Süleymani xarici siyasət, hərbi, təhlükəsizlik və kəşfiyyat sahələrində tam səlahiyyətə sahib idi. O, əslində, İranın bölgədə yaratmağa çalışdığı şiə birliyinin memarıdır, İrana qarşı olan hücumlara mane olan generaldır və İran inqilabı rəhbərindən sonra gələn ikinci şəxsdir. Bu halda Süleymaninin öldürülməsi təsadüfi bir qərar deyildi. Süleymani, həmçinin, İranın daxildə sanksiyaların təsirilə get-gedə kəskinləşən iqtisadi-sosial problemlərinə baxmayaraq, İranın kənardakı nüfuz sahəsini genişləndirmək və İraq, Suriya və Yəməndə ABŞ-İsrail planlarını pozmaq cəhdlərinə son qoymaq və İranı çəkindirmək üçün seçilmiş bir hədəfdir.

İran bu hücuma cavab olaraq nüvə razılaşmasından geri çəkiləcəyini açıqlayıb. Həmçinin sanksiyalar ləğv ediləcəyi təqdirdə yenidən razılaşmaya qoşula biləcəyini deməsi, rejimin öz daxilində necə çarəsiz olduğunu və ABŞ-la geniş miqyaslı bir müharibəyə girişə bilməyəcəyini göstərir. İranın düzgün vaxtda və uyğun şəkildə cavab verəcəyini bildirməsi qarşısında Trampın: “Əgər İran hücuma keçərsə, onu ən yeni silahlarımızla şiddətli şəkildə vurarıq”, deyə təhdid etməsi də bu çəkindirmə siyasəti ilə əlaqəlidir.

İran mütləq cavab verəcək, lakin bu, Trampın bütün şiddətini öz üzərinə çəkəcək qədər böyük bir qarşılıq olmaya bilər. İran necə qarşılıq verir versin, Süleymaninin öldürülməsi bölgədəki strukturu zədələyib. Bunun ilk nəticəsini ABŞ-la İran arasında toqquşma sahəsi olan İraqda görə bilərik.

İraq Məclisinin xarici əsgərlərin İraqı tərk etməsi ilə bağlı qərarını Bağdad hökümətinin həyata keçirə bilməsi hələlik sual altındadır. İŞİD-lə mübarizə aparması üçün çağırılan ABŞ-ın öz planlarına uyğun hərəkət edəcəyi məlum məsələdir. Son olaraq Trampın: “Əvvəlcə İraqdakı bazalarımızı və İraqı qorumaq üçün xərclədiyimiz pulları versinlər”, deməsi də bunun sübutudur.

Daha əvvəl də qeyd etdiyimiz kimi, ABŞ-İsrail cütlüyü İranın Suriyada və İraqdakı təsirini ortadan qaldırmağı hədəfləyir və İsrail Suriyada, ABŞ isə İraqda hərbi hücumlar həyata keçirmək istəyir. Belə də olur. Süleymaninin öldürülməsindən əvvəl başlayan, sonra isə daha da artan bir düşüncə də Bağdadın yetərincə güclü olmaması və xarici səfirliklərin Ərbilə daşınmasıdır.

Hücumdan sonra İraq parlamentinin Amerika hərbi qüvvələrinin İraqdan çıxarılmasına qərarı verməsi barədə ABŞ-lı senat və sabiq prezident namizədlərindən olan Rubio deyib: “Bəlkə də, vaxtı çatmışdı. Hal-hazırda şimalı İraq regionu müstəqilliyini tamamilə elan etməlidir”.

İraqdakı şiə-sünni-kürd bölgələri arasındakı ayrılma Süleymaninin qətli ilə daha da dərinləşib. İraq parlamentində sünni və kürd millət vəkillərinin səsvermədə iştirak etməməsi ABŞ-ın öz hərbi ağırlığını Bərzani bölgəsində və sünnilərin üstün olduğu Mosul-Ənbar vilayətində qoruyacağına işarə edir. Şiə və sünni qrupların öz daxilindəki ayrılmalar diqqətə alındıqda Yaxın Şərqdə müsəlmanların 30 il müharibə (məzhəb müharibəsi) aparması qaçınılmaz görünür.

ABŞ-ın İsrailin təhlükəsizliyi üçün Suriyada ən azı 4 hissəyə bölmək planı üzərində işlədiyi məlumdur. Yəni İraqda baş verən hadisələr, böyük ehtimalla, Suriyanın da taleyinə təsir edəcək.

ABŞ Suriyanın şərqinə boş yerə güclü bir hərbi baza yerləşdirməmişdi. Ssenarinin sonrakı mərhələsində Suriyaİraqın şimalındakı bölgələrin birləşməsi və Suriyanın şərqi ilə İraqın qərbinin birləşməsi gözlənilir. İdlibdən 2 milyon qaçqına da qapı olduğu bu vəziyyətdə Türkiyənin Suriyaİraqı gündəmindən salıb, üzünü Liviyaya çevirməsini və Liviyaya əsgər göndərməsini heç cür başa düşmək olmur. Burası dəqiqdir ki, bu qiymətləndirmə Türkiyənin rəyi ilə nəzərə alınmayıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar