Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Süfrədə şor ilə qaymağın səhv salındığı kimi…” – Brilliant Dadaşova

“Tərbiyəsiz küçə insanlarının efirlərə buraxılması…”...

PİA.az Xalq artisti Brilliant Dadaşovanın Yenisabah.az-a müsahibəsini təqdim edir:

- Brilliant xanım, karantin günlərini necə keçirirsiniz? Evdə qalmaqdan sıxılmırsınız ki?

- Palaza bürün, ellə sürün deyib atalar. Hamı necə, biz də elə, dünyanı sarsıdan, dünyanın mizahını pozan bu bəlanın bitəcəyi günü gözləyirik. Evdə qalmağa gəldikdə isə əlbəttə məhdudiyyət şərtlərini pozmadan səsyazma studiyası, televiziya, radio işlərimi də görməyə çalışıram. Məsləhət vermək asandır, onları icra etmək çətin. Amma sınaq üçün gəldiyimiz dünya onsuz da çətinliklərlə doludur. Bir tərəfdən də ağlımıza belə gətirə bilməyəcəyimiz hadisə başımıza gəldi. Məsləhətim təbii ki, bacardıqca özümüzü qorumaqdır. İnsan ölümün və xəstəliyin həmişə başqasının başına gələcəyini düşünür, ta ki, özü bununla qarşılaşana qədər. Hamımız çox ehtiyatlı olmalıyıq.

- Son illər müğənnilərin repertuarında bayağı mahnılar ciddi musiqiləri üstələyib. Şou əhli bunu tələbatla əlaqələndirir. Doğrudanmı, Azərbaycanda bayağı mahnılara bu qədər çox tələbat var, yoxsa ciddi mahnıların izləyiciləri azalıb?

- Bilirsiniz, dünyanın bütün ölkələrində əyalət və şəhər qaydaları müxtəlifdir. Mən bir çox ölkələrdə kənddən şəhərə gəlib, şəhər mədəniyyətini öyrənməyə çalışan vətəndaşlarla rastlaşmışam. Eləcə də kimsə şəhərdən kəndə köçsə, kəndin qayda-qanunlarına, kənd mədəniyyətinə yiyələnməlidir. Son vaxtlar yalnız bizdə ucqar kəndlərdən Bakı şəhərinə köçən insanlar öz mədəniyyətini, anlayış tərzini, musiqi zövqünü şəhərə gətirmək istəyir və buna nail olur. Sovet dövründə kəndlərdən Bakı şəhərinə köçən insanların əksəriyyəti savadlı, təhsil ocaqlarına qəbul olmaq istəyənlər, yazıçılar, şairlər, mühəndislər və elm üzrə çalışan ziyalılar idi. Bəli, müstəqil ölkəyik, bazar iqtisadiyyatı dövrüdür, heç kəsin öz bacarığını göstərmək məhdudiyyəti yoxdur. Artıq musiqidə də ən asan yol klassik musiqimizi heçə sayaraq üç-dörd notdan ibarət bəsit, primitiv, monoton kütlə mahnıları tərcih edilir.

- Müğənninin bütün yaradıcılığını toy biznesinin üzərində qurmasına necə baxırsınız? Hətta ciddi sayılan müğənnilər də repertuarını toy mahnılarına uyğunlaşdırır…

- Toy mahnıları, səhnə musiqisi zövqə görə dəyişir. Alla Puqaçovadan, Kabzondan, Baskovdan tutmuş, Ajda Pekkan, Cenifer Lopez və tanıyıb bilmədiyimiz bütün dünya ulduzları toy məclislərində səhnəyə çıxırlar. Məişət xərcləri bir yana, mahnıları studiyalarda oxumaq üçün, klip çəkilişləri etmək üçün, ümumilikdə sənətlə məşğul olmaq üçün külli miqdarda vəsait tələb olunur. Bizdə gəlir mənbəyi, qazanc yeri yalnız toylardır. Şəxsən mənim səhnəyə çıxdığım toylarda Tofiq Quliyev, Cahangir Cahangirov, Səid Rüstəmov və bir çox bəstəkarlarımızın musiqisi orada iştirak edən qonaqlar tərəfindən məmnuniyyətlə dinlənir.

- Problemlərdən danışarkən bəzi adamlar fəxri adların, dövlət mükafatlarının tanışlıqla verildiyini önə çəkirlər. Sizcə, müğənnilərin arasında layiq olmadığı halda “Xalq artisti”, “Əməkdar artist” fəxri adını daşıyanlar varmı?

- Fəxri adlar mövzusunda olan sualları aidiyyatı olan qurumlara yönəltsəniz daha məqsədəuyğun olar. Bu mövzuda mənim də çox təəccübləndiyim məqamlar olub. Özü də indi deyil, çoxdan.

- Bayağı musiqilərin populyarlaşmasında telekanalları günahlandıranlar da az deyil. Telekanal rəhbərlərinin pul müqabilində zövqsüz müğənniləri efirə çıxardığı bildirilir. Bayağı müğənnilərin telekanallarda “at oynatmasına” necə baxırsınız?

- Bayağı musiqilər haqda mülahizələrimin kökünü yuxarıda da bildirdim. Yalnız telekanallarda şəxsi münasibətlərin birbaşa efirdən dialoqmu, mololoqmu desək, tərbiyəsiz küçə insanlarının, məktəb keçmədən, səhnə mədəniyyətinin nə olduğunu bilmədən efirlərə buraxılması ən yaxşı halda istehza ilə baxıb özümüz də fərqinə varmadan deqredasiyaya uğramamıza səbəb olur.

- Bəzi müğənnilərin açıq-açıq geyimlərlə gündəmə gəlməsinə necə baxırsınız? Sizcə, sənət öndə olmalıdır, yoxsa qiyafət?

- Əlbəttə ki, geyim barəsində də səhnənin etik, estetik qaydaları var. Əfsuslar olsun ki, süfrədə şor ilə qaymağın səhv salındığı kimi, artıq səhnədə də əksər hallarda əsl sənətlə saxta göstəriş bir-biri ilə müqayisə edilir. Amma kiminsə geyimini müzakirə etmək ümumiyyətlə, etik normalardan xəbərsiz insanların məşğuliyyətidir.

- Ölkədə islahatlar erası başlayıb. Sözsüz ki, mədəniyyət sektoru bu islahatlardan kənarda qala bilməz. Sizcə, islahatlara nədən, necə başlamaq lazımdır? Nələri dəyişmək vacibdir?

- Ölkəmizdə islahatların gerçəkdən başladığını açıq-aydın müşahidə edirik. Ümid edirəm, bu islahatlar Azərbaycan estrada musiqisinin, örf-adətlərimizin, mədəni irsimizin qorunmasında və inkişafında da öz tarixi rolunu oynayacaq.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

Keçmiş komsomol həmkarı Ramiz Mehdiyevi canlı debata dəvət etdi: "Cüzi də olsa, cəsarət..."

"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

Oğlunu Həzrəti Əli ilə müqayisə edən Siyavuş Novruzova cavab

15 İyul çevrilişini hazırlayan proseslər: Fəthullah Güləni zirvəyə çıxaran kim idi?..

Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

Deputat İcra başçısının tələbinə etiraz etdi: "Qeyri-qanunidir"- Video

“Elmar Məmmədyarov təmiz ailədən çıxıb" - Qohumu

Oqtay Gülalıyevin oğlundan sensasion açıqlamalar

Həbs edilən orkestr rəhbərinin evindən nələr tapıldı? - Əməliyyat videosu

loading...

Ən çox oxunanalar