Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sudanda fövqəladə vəziyyət elan edilib - Yenilənib

Sudanda hazırkı ali idarəçilik qurumu olan Suveren Şuranın sədri general Əbdülfəttah əl Burxan həm bu qurumun, həm də hökumətin buraxıldığını elan edib.

“Report” xəbər verir ki, xalqa müraciət edən şura sədri həm də 2019-cu ildə üç illik keçid dövrü üçün hərbçilər və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən imzalanmış Konstitusiya Bəyannaməsinin bir sıra müddəalarının dondurulduğunu, 2023-cü ildə keçiriləcək ümumi seçkilərədək gənclərdən ibarət müstəqil hökumətin fəaliyyət göstərəcəyini bildirib.

Bununla yanaşı, ölkədə fövqəladə vəziyyət elan edilib, bir sıra əyalətlərin qubernatorları istefaya göndərilib.

***

Sudanda hərbi çevriliş edən təhlükəsizlik qüvvələri ölkənin Baş naziri Abdalla Hamdok və digər hökumət nümayəndələrini həbs edib.

APA-nın “Aljazeera”yə istinadən verdiyi xəbərə görə, Baş nazirin hərbi çevrilişi dəstəkləyən bəyanatı səsləndirməkdən imtina etməsindən sonra naməlum istiqamətdə aparıldığı bildirilib.

Qiyamçıların hökumət nümayəndələri ilə yanaşı, hökuməti dəstəkləyən digər siyasi partiya liderlərini də həbs etdiyi qeyd olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar