Sudan qeyri-müsəlmanlar üçün mürtədlik qanunu və alkoqol qadağasını aradan qaldırır...
PİA.az xəbər verir ki, 30 ildən çox davam edən islamçı rejimin ardından Sudan, qeyri-müsəlmanlara alkoqollu içki içməyə icazə verən, həmçinin mürtədlik qanunu və ictimai qınaq da daxil olmaqla bir sıra qanunu ləğv edən yeni islahatlara imza atıb.
"Biz Sudanda insan haqlarını pozan bütün qanunları ləğv edəcəyik" deyə ədliyyə naziri Nasredeen Abdulbari bildirib.
Burada qadın sünnəti də qadağan edilib. Həmçinin, yeni qanunlara görə, qadınlar uşaqları ilə səyahət etmək üçün kişi qohumundan icazə almağa məcbur olmayacaqlar.
İslahatlar, uzun müddət davam edən Ömər əl-Bəşir rejiminin keçən il kütləvi etirazlardan sonra hakimiyyətdən getməsinin ardınca baş verir.
Hazırki hökumət Bəşirin devrilməsinin ardından baş verən hərbi çevrilişdən sonra hərbçi və mülkilərdən ibarət təşkil edilən mürəkkəb bir koalisiyadır.
Qeyri-müsəlmanlara indi spirtli içki içməyə icazə verilir, lakin müsəlmanlara alkoqollu içki içmək qadağası olduğu kimi qalır, deyə cənab Abdulbari dövlət televiziyasına çıxışında bildirib.
Sudan Tribune'nin verdiyi məlumata görə, qeyri-müsəlmanlar, müsəlmanlarla içki içsələr cəzalandırılacaqlar. Sudanda qeyri-müsəlmanlar əhalinin təxminən 3%-ni təşkil edir.
Tərcümə Qlobus teleqram kanalına aiddir. Kanala abunə olun, dünya xəbərləri ilə ilk siz tanış olun...
pia.az