Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sübh namazından sonra bu kəlməni 19 dəfə demək

Allah övliyalarının öz şagirdləri üçün tövsiyə etdiyi dəyərli zikrlərdən biri

Allah övliyalarının öz şagirdləri üçün tövsiyə etdiyi dəyərli zikrlərdən biri "Bismilləhir-Rahmənir-Rahim"dir. Xüsusilə sübh namazından sonra bu zikri 19 dəfə deməyə çalışın ki, böyük əcri vardır.

Əgər insan həyatda bu zikrə yaxın olarsa və onu canı ilə qəbul edərsə, axirətdə də onunla məhşur olar.

Pia.az deyerler.org-a istinadən bildirir ki, biz bu zikri nəinki təkcə hər işin başlanğıcında deməliyik. Əlbəttə, hər işin başında bu zikri deməyin böyük savabları vardır. Ariflərin nəzərinə görə, Allah yolunun yolçusu gərək bu zikri canına elə hopdursun ki, sanki onun ruhunun bir hissəsidir. Ancaq bu zaman suluk yoluna addım ata bilər. Ancaq bu zaman həmin zikrin həqiqətini dərk edəcəkdir. Onlar bu zikri deməkdən ləzzət alarlar. Xoş olsun onların halına!

İnsan əgər həyatında "Bismilləhir-Rahmənir-Rahim" deməyibdirsə və Əhli-Beyti (ə) tanımırsa - can verən zaman halı xarab olar. Bu insan Quranın səsini eşidən zaman da halı pisləşər.

Çox sayda insan vardır ki, can verəndə onlara bu zikri deyən zaman, yaxud Ali-Əbanın (ə) adını çəkən zaman halları dəyişər və qışqırar, fəryad çəkərlər. Çünki bu zikr və adlar ancaq pak ruh ilə yaxın olar, xəbis ruhlardan uzaq olar.

Necə də yaxşı olardı ki, insan sağ olan zaman bu zikri unutmayaydı.

İnsan gərək öz gündəlik proqramına zikr və salavatları daxil etsin, Allah kəlməsi onun dilinə hopsun. Belə olduqda, çətin anlarda, o cümlədən, ölüm ayağında onun halı xoş olar.

Pia.az


Etiket: zikr

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar