Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Su anbarlarında, süni göllərdə üzənlər və ölənlər - Günahkar hansı qurumdur?

Çimərlik mövsümündə insanlar adətən dənizkənarı istirahət məkanlarına, çimərliklərə üz tuturlar

Çimərliyi olmayan rayonlarda isə sərinləmək istəyənlər su anbarları, süni yaradılmış göllər və su kanallarına üz tuturlar

Həmin ərazilərdə “Giriş qadağandır” yazılan lövhələr qoyulsa da, insanlar da bu işarəyə məhəl qoymadan suya girirlər və nəticədə, həyatlarını itirirlər.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev məsələ ilə bağlı Oxu.Az-a danışarkən deyib ki, nəzarətsiz ərazilərdə üzmək olduqca təhlükəlidir:

“Hər il çox sayda insan bu cür yerlərdə üzərkən boğulub, boğulma təhlükəsi ilə üzləşib, həyatlarını itirib. Çünki bu cür göllər üzmək üçün nəzərdə tutulmayıb. Onların təyinatı başqadır. İnsanlar buna əməl etmədikdə öz həyatlarını riskə atırlar.

Süni göllərdə suyun dibinin lil olması, suyun dibində konserv və sınıq şüşə qabların olması istisna deyil və orada üzən şəxsin özünü nə dərəcədə təhlükəyə atdığını anlamaq çətin deyil. Su kanallarında suyun üzərində olan axınla suyun altındakı axın arasında azı beş dəfə çox sürət fərqi var və bu kanallarda çimən şəxs özünü təhlükəyə atır”.

Ekspertin sözlərinə görə, süni göllərə kiçikhəcmli qayıqlar, katamaran, hava şarları gətirib öz əyləncələrini bu cür təşkil edənlər də var:

“Ancaq nəzərə almaq lazımdır ki, həmin göllərdə bu kimi vasitələrin istifadəsi üçün təhlükəsizlik tədbirləri görülməyib.

Suyun üzərini ağac qırıntıları, ot, mamır basıb və onlar vətəndaşın idarə etdiyi qayığı aşırmaq qabiliyyətinə malikdir. Ona görə süni su hövzələrində təhlükəsizlik tədbirləri görmədən bu vasitələrdən istifadə etmək olduqca təhlükəlidir”.

Elmar Nurəliyev qeyd edib ki, nəzarətsiz yerlərdə boğulanların əksəriyyəti yeniyetmələrdir:

“İnsanların öz həyatlarına biganə yanaşması sonradan xoşagəlməz hadisələrlə bitir. Əsasən, yeniyetmələr daha çox su kanallarında, süni yaradılan göllərdə üzməyə meyil göstərir.

Valideynlər də diqqətli olmalı və onlara bunun nə qədər təhlükəli olduğunu aşılamalıdır. Aidiyyəti dövlət qurumları da bu işdə maraqlı olmalıdır.

Rayonların ərazisində olan və hər il insanların ən çox getdiyi su kanallarının, göllərin üzmək üçün təhlükəli olduğuna dair xəbərdarlıq lövhəsi vurulmalı, əgər kiminsə ərazidə üzməsi faktları aşkar olunsa, zəruri tədbirlərin görülməsi üçün rayon rəhbərliyinin qarşısında vəsatət qaldırılmalıdır. Beləcə, məsələnin həllinə nail olmaq mümkündür.

Gündə bir neçə dəfə reydlər keçirməsi üçün həmin ərazilərə polis alayı ayırmaq olar. Eyni zamanda, ərazini dəmir məftillərlə hasara almaq, yaxud təhlükəsizlik tədbirləri gördükdən sonra insanların orada üzməsinə icazə vermək olar. Bu işə ciddi yanaşmaq lazımdır ki, bədbəxt hadisələr baş verməsin”.

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü iyunun 15-dən başlayır. Ölkədə 2018-ci ildə 304 nəfər suda boğulma təhlükəsi ilə üzləşib, nəzarətsiz ərazilərdə isə 73 nəfər boğulub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar