Bazar, 08 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Stress və Emosional gərginlik

Stress və Emosional gərginlik nədir?...

Stress insan bədənini və psixoloji vəziyyətinə birbaşa təsir göstərən gələcəkdə xəstəliklərin yaranmasına səbəb ola biləcək bir vəziyyətdir. Stress insanın gözlənilməz gərgin şəraitlə qarşılaşarkən verdiyi emosional reaksiyadır. Biz həyatımızda həm mənfi, həm də müsbət stresslə qarşılaşırıq.

Müsbət stress bizim həyatımızı daha da ruhlandırır, yəni bizi gələcək həyata istiqamətləndirir, daha da ruhlanırıq.

Amma neqativ stress isə əksinə, bizdə ruh düşkünlüyü yaradır, bir sıra xəstəliklərə meyillik yaradır və eyni zamanda emosional gərginliyi formalaşdırır. Stress amilinə biz müxtəlif səbəblərdən tez-tez rast gələ bilərik. Stressin səbəbləri bu baxımdan genişdir. Stressin səbəbləri nələr ola bilər? Yeni ailə həyatının qurulması, iş həyatının başlanması, iş mühitində yaranan çətinliklər, münasibətlərdə baş vermiş çətinliklər, konfliktlər, yeni situasiyalar, bunlar hər biri stress amili ola bilər. Ümumiyyətlə, stressə səbəb daha çox hansı amillər ola bilər? Bu amillər ki, insan üçün yeni faktorlardır. Bildiyimiz kimi yeni faktorlara adaptasiya olmaq insan üçün çox çətin olur. Ən azından yeni bir evə köçmək insan üçün stress faktorudur. Çox zaman insanlar bu stress faktorunu bir həftədən iki həftəyə qədər, bəzən bir aya qədər davam etdirə bilirlər. Çox zaman stress müddətində baş verən hadisələr insanlar tərəfindən yaddaşda çox yaxşı qalmır. Daha sonra biz həmin hadisə haqqında soruşduqda insanlar məlumat verə bilmirlər.

Stress dövrü daha çox nə ilə yadda qalır?

İnsanlar yüksək emosional reaksiya verirlər, hər şeyi emosiyalarla cavablandırırlar, eyni zamanda həmin dövr insanların yaddaşında yaxşı qalmır, diqqətini tam cəmləyə bilmir və insan demək olar ki, hər bir şeyə qeyri-adi reaksiya verməyə başlayır. Bu baxımdan da biz bir-birimizə çox zaman əgər gərgin situasiya ilə qarşılaşdığımız an “sən stressdəsən mi?” sualını veririk. Çünki insanlar adətən hər hansı bir gözlənilməz şəraitlə qarşılaşarkən cavab reaksiyası məhz stress olur. Bir insan stresslə qarşılaşıb ona qarşı mübarizə aparmağı çox yaxşı bacarmalıdır. Stress mənfi və hətta, dezorqanizasion (tibbi baxımdan pentogen) təsir göstərdiyi kimi fəaliyyətə və insan sağlamlığına stimuləedici təsir də göstərə bilər (sağlamlıqla stressin arasında ikili münasibət var).

Bəzi müəlliflər dezorqanzasion stressi- distress kimi qəbul edirlər. Bəzən stressi şok və bu kimi ekstrimal hallara aid edirlər.

Stress iki cür olur:

Fizioloji stress;
Psixoloji stress.
Psixoloji stress daxili və xarici qıcıqlara emosional reaksiyadır.
Fizioloji stressorlara (stressi törədən faktorlar) həddən artıq fiziki gərginlik, yüksək temperatur, aşağı temperatur, ağrı stimulları, tənəffüsün çətinləşməsi və s. aid edilir. Fizioloji stressorlar da çox vaxt, ikincili olaraq psixoloji stress- reaksiyaya-emosional gərginlik, fəaliyyətin motivasiya strukturunun transformasiyasına, hərəkət və nitq qabiliyyətinin pozulmasına səbəb ola bilər.

Psixoloji stress 2 yerə:

a) informasion stress

b) emosional stress olaraq bölünür. İnformasion stress informasiyanın çox olduğu zamanda vaxt azlığı probleminə görə baş verir. Emosional stress təhdid, təhlükə, kinayə bu kimi situasiyaların insan əleyhinə gerçəkləşdiyi zaman baş verir.

Selye (1907-1982) görkəmli kanada alimi stress nəzəriyyəsinin banisi.

Selyeyə görə stressin növlərindən biri olan psixoloji stress daha çox adaptasiya xəstəlikləri törədir. Lakin stress daima patogen deyildir. İnsanın hər bir fəaliyyəti müəyyən stresslərlə müşayiət olunur. Selye adaptasiyanı həyatın əsas sə7ciyyəsi kimi qiymətləndirir. O göstərir ki, yaşamanın 2 üsulu var 1) aktiv mübarizə üsulu 2) passiv (çətinliklərdən qaçmaq səbr etmək) mübarizə üsulu. Həyatın davamı üçün stress zəruridir. Selyenin dediyi kimi, stress – həyatın məzəsidir. Stressdən qaçmaq olmaz, heç lazım da deyil. Stressin olmaması həyat faktorunun dayanması deməkdir. Stress 3 mərhələdə gedir:

Güclü (patogen) stress-faktorun təsirinin 6-48 saat sonraya qədər davam edir. Bu mərhələ orqanizmin ona qəflətən təsir edə bilən zədələyici faktora qarşı ümumi təhlükə və xəbərdarlıq mərhələsidir. Patogen faktor çox güclü olduqda insanın bioloji imkanları aciz qalır və orqanizm birinci mərhələdə tələf ola bilər. Lakin orqanizm güclü olduqda və müdafiə- uyğunlaşma reaksiyaları aciz qaldıqda orqanizm birinci mərhələdə tələf ola bilər. Lakin orqanizm güclüdürsə müdafiə-uyğunlaşma reaksiyaları yaxşı təşkil olunubsa stress reaksiyasının 2-ci mərhələsi- rezistenlik (müqavimət) dövrü başlayır. Bu zaman həyati funsiyalar qüvvətlənir, pozulmuş funksiyalar tədricən bərpa olunur və orqanizm əvvəlki vəziyyətinə qayıdır. Orqanizmin müdafiəsi yaxşı təşkil olunmadıqda stress reaksiyasının 3-cü mərhələsi sarsılma dövrü başlayır və patoloji xarakter daşıyır
Selye bu dövr bölgüsünü endokrin sistemində gedən dəyişikliklər sayəsində kəşf etmişdir, həqiqətdə isə stress reaksiyalarının əmələ gəlməsində sinir sisteminin, o cümlədən ali sinir fəaliyyətinin rolu böyükdür. Ali sinir fəaliyyətinin aparıcı roluna əsasən təqdisi stress reaksiyasının mərhələlərini 6 dövrə bölmüşdür:

1) hazırlıq;
2) müqavimət ;
3) gərginlik dövrləri
Bu ilk 3 dövrdə Ləngimənin oyanmaya nisbətən üstünlük təşkil etdiyi mərhələdə də daha 3 mərhələ gözdən keçirilir:

a) başlanğıc sarsılma;

b) qoruyucu ləngimə;

c) tam sarsılma.

Bu etaplardan gərginlik və tam sarsılma patogen xarakter daşıyır. Qalan etaplar müdafiə və ya uyğunlaşma etaplarıdır.
Stress həmişə, əvvəllər deyildiyi kimi, orqanizmin yox, şəxsiyyətin psixofizioloji reaksiyasıdır. Onun yaranmasında təkcə soyuq və isti, aclıq və xəstəlik, həyat təhlükəsi və sağlamlığı itirmək qorxusu deyil, həm də inciklik, təqsir, qısqanclıq, abır-həya mühüm rol oynayır.

Bu məsələyə ayrıca əsər həsr edən alimin (Emma Maksimovna Rutman. “Nado li ubeqat ot stressa?” Moskva, 1990) fikrincə, ilkin stresdən qaçmağa çalışmamalı, əksinə, onu müəyyən istiqamətə yönəltməyi, emosiyaları cilovlamağı bacarmaq, adamın fəallığını artıran ehtiras kimi başa düşmək lazımdır.

Deməli, şəxsiyyətin stressi qiymətləndirməyi bacarmasından, ona öz fəal münasibətini bildirməsindən çox şey asılıdır. Alimlər bu nəticəyə gəlmişlər ki, stresin əsasını çox vaxt onu doğuran hadisəyə münasibət təşkil edir. Təhlükənin obyektivliyinin necəliyi o qədər vacib deyil, başlıcası, onun necə qiymətləndirilməsidir. Qəfil və əsassız qorxu, yaxın adamın hərəkətlərinin düzgün şərh edilməsi, həqiqi ziyan və təhlükə baş vermədiyi halda bu barədə yalan məlumat da real təhlükə kimi stress üçün səciyyəvi olan fiziki və biokimyəvi təsir oyadır. Stress insanda fizioloji və psixoloji uyğunlaşma mərhələləri pozulduğu zaman travmatik olur.

Emosional Gərginlik

Emosiya Fransız sözü olub həyəcan mənasını verir.

“Emosiya” öz subyektiv çaları ilə aydın ifadə olunmuş bütün hissiyyat və həyəcan növlərini əhatə edən daxili və xarici qıcıqlandırıcıların təsirinə insanların reaksiyasıdır. Emosiyalar orqanizmin ayrı-ayrı tələbatı ilə əlaqədardır. Tez sönən,habelə uzun müddət davam edən emosiyalar adamların ali sosial tələbatı ilə yaranır və biz onları sadəcə olaraq “hisslər” adlandırırıq: intellektual hisslər, estetik hisslər, əxlaqi hisslər. Çox mürəkkəb olan emosional proses effekt, emosiya, hiss, ehtiras və stress kimi vəziyyətləri əhatə edir. Bunlar bir-birindən şiddət, güc, davamiyyət baxımından fərqlənirlər. Elm sübut edir ki, adamda xarici aləm hadisələrinin təsirinə qarşı affekt, emosiya, stress, hiss, ehtiraslar bir növ mühafizə siqnalı rolunu oynayır. Belə siqnallarsız yaşamaq – ölmək deməkdir.

Emosional stresin orqanizmin münaqişəli şəraitlərdə reaksiyası kimi müasir təsəvvürlər stresin təbiətinə baxışları dəyişdirdi və diqqəti humoral mexanizmlərin mərkəzi və vegetativ sinir sisteminin reaksiyaları tərəfindən həyata keçirilməsinə yönəltdi. Xüsusilə, müasir dövrümüzün emosional gərgin şəraitlərlə zəngin olması insan həyatının risk faktorlarla qarşılaşmasına şərait yaradır və əlbəttə ki, sağlamlığa ciddi təsir göstərərək insan həyatını təhlükə qarşısında qoyur. Elmi-texniki tərəqqi, elm-təhsil prosesinin mürəkkəbləşməsi və informasiya bolluğu insan həyatını emosional gərginlik yaradan faktorlarla zənginləşdirmişdir ki, məhz bu da insanın emosional vəziyyətinin və bununla əlaqədar mərkəzi sinir sisteminin emosional gərginlik zamanı fəaliyyətinin öyrənilməsini aktual problemə çevirmişdir. Adaptasiya proseslərinin öyrənilməsi emosional gərginlik və stres anlayışları ilə sıx əlaqədardır. Yol verilən həddən artıq emosional gərginliyin artması zamanı orqanizm müdafiə ehtiyatlarını mobilizasiya edir.

Sinir fəaliyyətinin əlamətlərindən biri də emosiyadır (latınca emavere sözündən götürülüb, mənası həyəcanlanıram deməkdir). Onlar özünü insanın bütün növ hissiyatını əhatə edən xarici və daxili qıcıqlara qarşı reaksiya kimi biruzə verir.

Emosional gərginlik birbaşa olaraq stressin özü ilə bağlıdır.
Narahat dünyamız o qədər gərginləşmişdir ki, insanın daşıdığı psixi yük gündən-günə, saatdan-saata artır. Qəzetdən, radiodan, televiziyadan, eləcə də ayrı-ayrı insanlardan alınan informasiyalar insana güclü təsir göstərir. Gözünün qabağında baş verən hadisələr isə onu hövsələdən çıxarır, güclü həyəcan keçirməyə, çıxış yolu axtarmağa, kimdənsə mənəvi yardım ummağa məcbur edir. Emosional gərginlik vəziyyəti bir çox orqan və sistemlərin funksiyalarını dəyişməklə bütün orqanizmi əhatə edir. Bu funksional dəyişiklik o qədər intensiv olur ki, “vegetativ fırtına” şəklini alır. Belə ki, bu fırtınada müəyyən ardıcıllıq olur. Emosiya o sistem və orqanların işini gücləndirir ki, onlar orqanizmlə xarici mühit arasında sıx əlaqə yaradır. Bu zaman vegetativ sinir sisteminin simpatik hissəsinin güclü oyanması baş verir. Qana əhəmiyyətli miqdarda adrenalin ifraz olunur, ürəyin işi artır, arterial təzyiq yüksəlir, qaz mübadiləsi güclənir, bronxlar genişlənir, orqanizmdə oksidləşmə və energetik proseslər intensivləşir.

Skelet əzələlərinin fəaliyyəti kəskin dəyişir. Əgər adi vəziyyətdə ayrı-ayrı əzələ lifləri işə cəlb olunurdusa, affekt vəziyyətində onlar birgə fəaliyyət göstərir. Bundan başqa, yorulmada əzələ işini tormozlayan proseslər blokada olunur. Belə ki, emosional oyanıqlılıq qısa müddətdə orqanizmdə mövcud olan ehtiyyatları səfərbər edir. Hətta daha intensiv fəaliyyət zamanı potensial imkanlardan bir hissəsi qorunub saxlanılır. Onlar yalnız vacib anlarda emosional gərginlik vəziyyətində istifadə olunur.
Eyni zamanda, orqanizmdə həyati vacib olmayan orqanların funksiyaları tormozlanır: enerjinin assimilyasiyası tormozlanır, dissimilyasiya prosesi güclənir ki, bu da orqanizmə lazımi enerji ehtiyyatı verir.

Emosiya vəziyyətində insanın subyektiv vəziyyəti dəyişir.
İntellektual sfera, yaddaş daha dəqiq işləyir, xüsusilə ətraf mühitin təsiri daha dəqiq qəbul olunur.
Sakitlik vəziyyətində təfəkkür bəzən şablon stereotip olur. Emosional yüksəliş anında ilham gəlir, insan kəşfə həvəslənir, yaradıcılıq sevinci yaşanır. Emosiya-insanın fiziki və mənəvi gücünün yüksəliş vəziyyətidir.
Orqanizmin zəruri şəraitdə yaranan cavab reaksiyası prosesində emosiya uyğunlaşma mexanizmi kimi formalaşır. Çətin vəziyyətdə öz imkanlarını səfərbər edə bilməyən orqanizm mübarizəyə dözə bilmir və ölür.

Lakin güclü emosional reaksiya da ziyanlı ola bilər və bir çox xəstəliklər yaradar. Emosiya o halda meydana çıxır ki, orqanizm qarşısında hansısa bir vəzifə (tələbat, məqsəd) yaranır, həll vasitəsi (əldə etmə, təmin olunma) lazımi qədər olmur. Məqsədə çatma vasitəsi – bacarıq, vərdiş, təcrübə, enerji zamanla olur.
Emosional gərginlik müəyyən həddə çatdıqda baş verir. (rezonanss.com)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: stres

Şərh yazın.

loading...

Ən çox oxunanalar