Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

STM Neftçaladakı vəziyyətlə bağlı ictimai rəyi öyrənib

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Neftçala rayonunda əhalinin su ilə təminat vəziyyətinə dair ictimai rəy sorğusu keçirilib.

Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə ictimai rəy sorğusu 407 ev təsərrüfatı ilə keçirilib və Neftçala şəhəri ilə yanaşı ətraf kəndləri əhatə edib.

Sorğu iştirakçılarının 91.7%-i son aylar ərzində içməli su ilə təminatda, onlardan 45%-i həmçinin suvarma suyu ilə təminatda çətinlik çəkdiklərini bildiriblər (təkcə suvarma suyundan çətinlik çəkənlər 3.9% olub). Su təminatında heç bir çətinliklə qarşılaşmadığını cəmi 4.4% respondent bildirib. Sorğu iştirakçılarının əksəriyyəti (79.6%-i) mövcud problemlə son 3 ay ərzində qarşılaşdığını bəyan edib.

Sorğu iştirakçılarının 83.5%-i hazırda içməli suyu aidiyyəti qurumlar tərəfindən təşkil olunan xüsusi texnikalar (su daşıyan maşınlar) vasitəsilə əldə etdiklərini, 10%-i quyu suyundan faydalandığını bildirib. Digərləri bulaq suyundan istifadə edənlər və içməli suyu satın alanlardan ibarət olub. Sorğuda iştirak edənlərin 78%-i hazırkı su təminatının onları qane etdiyini (27.1% tam, 50.9% əsasən qane edir) , 22%-i isə qane etmədiyini bəyan edib (10.2% “əsasən təmin etmir”, 11.8% “heç qane etmir”).

Respondentlər arasında mövcud problemin həllini yeni su kəmərlərinin çəkilməsində (56.3%-i), yeni artezian quyularının qazılmasında (21.4%-i), insanların sudan istifadə ilə bağlı vərdişlərinin dəyişdirilməsində (20.1%-i) görənlər ilk üç sırada qərarlaşıb.

Sorğu iştirakçılarının təqribən yarısının (48.9%-nin) rəyinə görə, Prezidentin sözügedən müşavirədəki çıxışından sonra aidiyyəti qurumlar problemin həllinə diqqətlə yanaşmağa başlayıb. 10.9% respondent bu sahənin hələ də diqqətdən kənar saxlanıldığı mövqeyini bölüşüb, 40.2% respondent isə problemin sözügedən çıxışdan əvvəl də aidiyyəti qurumların diqqətində olduğunu bildirib.(dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar