Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stalinə “qulaqlarını kəsərəm” deyən briqada komandirinin cəzası – 10 il sonra güllələnmə

Müasirləri onun haqqında həmişə yüksək fikir söyləyiblər...

Dmitri Şmidt peşəkar hərbçi, məsuliyyətli komandir və mərd insan kimi xarakterizə olunub. O, nə qədər sərt xarakterə malik olsa da, həmişə qəzəbli görünsə də, tabeliyində xidmət edənlərə qayğı ilə yanaşıb. Sözünü qarşısındakının kim olmasından asılı olmayaraq üzə deməyi bacaran Dmitri Şmidt, hətta Stalindən belə çəkinməyib, qəddar Stalin sərt Şmidtdən heç kimin ağlına sığışdıra bilmədiyi sözləri eşidib...

Dmitri Şmidt 1896-cı ildə Poltavada anadan olub. Natamam orta təhsil aldıqdan sonra o, çilingər köməkçisi, daha sonra isə kinomexanik işləyib. Yeniyetməlik illərində heç vaxt hərbçi olmaq haqqında düşünməyib. Birinci dünya müharibəsi başlananda həmyaşıdları kimi o da xidmətə çağrılıb, 1916-cı ildə çar ordusunda gizir rütbəsi alıb, döyüşlərdə fərqlənib, üç dəfə yaralanıb.

1917-ci ildə Dmitri Şmidt partiya sıralarına daxil olub, 12-ci korpusun diviziyalarının birində partiya təşkilatına rəhbərlik edib. Artıq bir ildən sonra onu əvvəlcə polk komandiri, daha sonra isə divizya komandiri təyin ediblər.

Vətəndaş müharibəsinin fəal komandirlərindən biri olan Şmidt xidmətlərinə görə iki dəfə “Qırmızı Bayraq” ordeni ilə mükafatlandırıb. 1921-ci ildə ikinci dəfə aldığı ordeni ona şəxsən Stalin təqdim edib.

Dmitri Şmidtin özünəməxsus komandirlik fəaliyyəti, idarəetmə üsulu olub. O, uzun-uzadı müzakirələri, mübahisələri, araşdırmaları sevməyib, haqsızlıqla barışmayıb, qanunlara əmələ etməyənlərin cəzasını yerindəcə verib. Xidmətdə fərqlənənləri isə həmişə diqqətdə saxlayıb, onların mükafatlandırılması üçün yuxarı instansiyalara təqdimatlar göndərib və təqdimatların icrası üçün yuxarılara dəfələrlə xahiş zəngləri etməkdən çəkinməyib. Tabeliyində olan hərbçilərin problemlərinə o, çox həssaslıqla yanaşıb.

Taleyini hərbə bağlayan Dmitri Şmidt Frunze adına Hərbi Akademiyada ali hərbi təhsil alıb. Akademiyanı bitirdikdən sonra onu Kiyev hərbi dairəsində 8-ci briqadanın komandiri təyin ediblər. O, həmçinin Ukrayna Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib.

Dmitri Şmidt Ukrayna ziyalıları arasında böyük nüfuza sahib olub. O, bacarıqlı və peşəkar hərbçi olmaqla yanaşı, həm də fəal ictimaiyyətçi kimi tanınıb. Yüksək dairələrdə mühüm məsələlərin müzakirələrində onun da tövsiyə və məsləhətləri dinlənilib.

Dmitri Şmidt haqqında Moskvada da müsbət təəssürat yaranıb. Hətta bəzi mənbələrin məlumatına görə, yüksəkçinli hərbçilər onu Moskvaya, hərbi strukturda yüksək vəzifəyə gətirməyi də planlaşdırıb. Amma onun haqqında Stalinə söz deməyə heç kim cəsarət etməyib. Çünki biliblər ki, Stalin partiyanın 15-ci qurultayı zamanı baş verən hadisəni unutmayıb, onu da biliblər ki, Stalin bağışlamağı sevmir.

1927-ci ilin dekabrında keçirilən partiyanın 15-ci qurultayında Trotski müxalifətinin üzvləri partiya sıralarından xaric olunanda, Dmitri Şmidt məsələyə sərt reaksiya verib. Fasilə zamanı o, foyedə Stalinlə görüşüb. Həmin görüşün şahidi olan, sonralar Amerikaya mühacirət edən diplomat Aleksandr Barmin müəllifi olduğu “Trotskinin şahinləri” kitabında hadisəni belə xatırlayıb:
“Müzakirələr sona çatmışdı, trotskiçilərin partiya saralarından xaric olunması haqqında qərar qəbul edilmişdi. Dmitri Şmidt fasilədə foyedə gəzişən Stalinə yaxınlaşdı, onunla üzbəüz dayandı. Onun duruşunda qəribə bir arxayınlıq var idi, özünü çox sərbəst hiss edirdi. Stalinin qarşısında hər adam belə dayana bilməzdi. O, sanki zaratfayana tərzdə danışmağa başladı. Yəqin ki, üzündəki gülüş qəzəb gülüşü idi. Dedi ki, qəbul olunan qərar ədalətsizlikdir. Sonra adəti üzrə gəzdirdiyi qılıncın yerini, kəmərinin sağ tərəfini (həmin anda onun üstündə qılınc yox idi) göstərdi, “buna görə mən öz qılıncımla sənin qulaqlarını kəsərəm”, - dedi. Bəli, bu ağlasığmaz idi. Stalin heç bir reaksiya vermədi, dönüb getdi. Şmidtə foyeni tərk etdi. Amerikada birinci şəxsə hədə-qorxu gələni, təhqir edəni 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edirlər. SSRİ-də isə buna görə Şmidtə heç nə demədilər. O, Ukraynaya qayıtdı, xidmətini davam etdirdi. Amma biz Stalinə yaxşı bələd idik. Hər şeyin geci-tezi olduğu kimi, bu qisasın da vaxtı gələcəkdi. Həm də 1927-ci il Stalin üçün çox da rahat bir dövr deyildi, hələ mövqelərini möhkəmlədə bilməmişdi...”

Yeddi il ərzində Dmitri Şmidt öz ahəngi ilə hərbi xidmətini briqada komandiri kimi Ukraynada davam etdirib. Nəhayət, 1936-cı ildə Stalinin “böyük təmizlik” siyahısında onun adı birincilərin arasına düşüb.

1936-cı ilin iyul ayında Moskvadan gələn “NKVD”-nin xüsusi qrupu Dmirti Şmidti Kiyevdə həbs ediblər. Onu konvoy nəzarəti altında Moskvaya aparıblar.

Şmidt trotskiçilikdə, əks-inqilabi fəaliyyətdə ittiham olunub. 11 ay davam edən istintaq zamanı ona ağır işgəncələr tətbiq ediblər və bu işgəncələr altında “etiraf” ifadələrini alıblar.

1937-ci ilin iyun ayında Ali Məhkəmənin hərbi kollegiyasında Şmidtin məhkəməsi başlanıb. O, istintaq zamanı verdiyi ifadələrdən imtina edib, həmin ifadələrin işgəncə altında məcburi yazdığını söyləyib. Təbii ki, Şmidt bütün bunların mənasız olduğunu da anlayıb. Yaxşı anlayıb ki, onun hökmünü məhkəmədən əvvəl qulaqlarını kəsmək istədiyi Stalin yazıb.

Məhkəmənin hökmü ilə Dmitri Şmidt ən ağır cəzaya, güllələnməyə məhkum olunub. Məhkəmənin hökmü 20 iyun 1937-ci ildə icra edilib.

Qeyd edək ki, Dmitri Şmidt 6 iyul 1957-ci ildə (ölümündən sonra) bəraət alıb.

İlham Cəmiloğlu,(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar