Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stalin üslubu: Putin Rusiyasında heç bir məmur toxunulmaz deyil

Aleksey Kolesnikov

“Project Syndicate”, 15.04.2019

Rusiyada yüksək səviyyəli siyasi təmizləmələr sürətlənir. Ən son dəlillər martın sonlarında peyda olub: açıq hökumət işləri üzrə sabiq nazir Mixail Abızov və iki gün sonra Uzaq Şərqin sabiq naziri və Rusiyanın Xabarovsk vilayətinin keçmiş qubernatoru Viktor İşayev həbsi olunublar. Təəccüblü deyil ki, bu cür yüksək səviyyəli şəxslərin həbsləri ölkə elitasına dəhşətli təsir göstərir.

Hökumət artıq üç federal hökumət nazirini və bir sıra regional səlahiyyətlini həbs edib, hamısını da korrupsiya və ya fırıldaqçılıq ittihamı ilə. Sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayev hazırda səkkiz il həbs cəzası çəkir. Komi Respublikasının keçmiş rəhbəri Vyaçeslav Qayzer istintaq altındadır və 21 ilədək azadlıqdan məhrum edilə bilər. Bundan əvvəl Saxalin əyalətinin qubernatoru Aleksandr Xorosavin 13 il müddətinə azadlıqdan məhrum edilib. Kirov vilayətindəki vəzifədaşı Nikita Belıx isə səkkiz il müddətinə azadlıqdan məhrum olan liberal siyasi partiyanın rəhbəridir. Senator Rauf Araşukov isə bir sıra ciddi cinayətlərə görə istintaq altındadır.

1953-cü ildə İosif Stalin ölümündən sonra Sovet İttifaqında yüksək səviyyəli təmizləmələr nisbətən nadir hal idi. Hələ bir neçə il bundan əvvəl postsovet Rusiyası keçmiş Sovet İttifaqına bənzəmirdi. Doğrudur, 2004-cü ildə bir sıra yüksək vəzifəli məmur korrupsiya ittihamı ilə həbs edilmişdi. Bu, köhnə dövrü xatırlatdı: 1918-1941-ci illərdə səkkiz yüksək səviyyəli məmur həbs olunub, onlardan beşi Stalin dövründə, 1937-1939-cu illərdə güllələnib.

Doğrudur, aşağı səviyyəli təmizləmələr, işdən azad olunma və təqiblər Rusiyada adi haldır. Siyasi analitik Nikolay Petrovun sözlərinə görə, hakimiyyət orqanları il ərzində 18-20 cinayət işi açaraq, qubernatorlar, qubernator köməkçiləri və bələdiyyə başçılarına divan tuturlar.

Ancaq postsovet dövründə sabiq baş nazirlər, baş nazir müavinləri və nazirlər, ümumiyyətlə, özlərini daha rahat və ya təhlükəsiz hiss ediblər. Onlar klan həmrəyliyinə güvənib və sistemin təqaüdə qədər yüksək rütbəli məmurların həbsinə imkan verməyəcəyini güman ediblər. 2015-ci ildə Moskvanın mərkəzində güllələnmiş müxalif siyasətçi Boris Nemtsov belə fərz edirdi ki, sabiq baş nazir müavini olduğundan onu təhlükə gözləmir.

Nemtsovun öldürülməsinə hökumətin aidiyyəti olsun və ya olmasın, yaxın zamanlarda Abızov və İşayevin həbsləri bu ehtimalları alt-üst edib. Bu, təmizləmə prosesinin çoxsaylı rəsmi tədbirlərdə Putin, baş nazir Dmitri MedvedevRusiyanın hakim sinfinin digər üzvləri ilə yanaşı duraraq fotoşəkil çəkdirən federal hökumətin keçmiş üzvlərinə doğru uzandığını göstərir.

İlk baxışda, son həbslər hakimiyyətə hörmətsizlik kimi görünür. Axı Rusiyanın hüquq-mühafizə orqanları Abızov və İşayevə qarşı bir neçə ildir sübutlar toplayarkən, onlar nazir vəzifələrini davam etdiriblər. Bundan başqa, Abızovun 2018-ci ildə son vəzifəsi Putinin məsləhətçisi olub. Yəni həqiqətən, dövlət başçısı yüksək səviyyəli Kreml rəsmisinin biznes fırıldaqları (əgər varsa) haqqında heç nə bilmirdi?

Bununla belə, ictimai rəy laqeyd qalır. Rusların əksəriyyəti əsas fiqurların təqibi və hakimiyyətin nüfuzu arasında əlaqəni görmür. Əksinə, insanlar Putinin mesajı ilə bu qənaətə gəlirlər ki, dövlət, nəhayət, korrupsiya ilə mübarizə aparır.

Əslində, bu, Rusiyanın sarsılmış elitalarına göndərilən mesajıdır; bu, onlar üçün daha aktualdır. Üstəlik, mesaj sadədir: Abızov və İşayev kimi – hətta təqaüdə çıxmış və heç bir təsirə malik olmadıqda belə, – heç kim məhkəmə təqibindən sığortalanmayıb.

Bundan əlavə, seçmə üsullu repressiyalar daha da sərtləşib. Bir neçə il bundan əvvəl təqsirləndirilən tərəf sadəcə rüsvay olacaqdı. Məsələn, Federal Gömrük Xidmətinin sabiq rəhbəri Andrey Belyaninov kimi. Hakimiyyət orqanları onun lüks mülkündə axtarış videosunu yayıb, dollar dolu ayaqqabı qutularını nümayiş etdiriblər. Amma indi şübhəlilər dərhal həbs edilir, xüsusilə də Putinin laqeydliyi ilə. Bu, sistem liberalları qrupuna aid olan Ulyukayev və Belıxa da şamildir, o cümlədən Medvedevin adamı hesab olunan Abızova. Əgər Abızovun həbsi Medvedevin ipini yığırsa, daha yaxşı.

Putin üçün heç kim toxunulmaz deyil, bu, Rusiya elitasına xatırlatmadır, onları gərginlikdə saxlama üsulu. Stalin dövründə vəzifədə olmuş istənilən xalq komissarı qəfil həbs olunduqda, əlaltında hazır cinayət işləri vardı. Putinin məmurlarına da qəfil həbs üçün içində zəruri əşyalar olan məhbus torbalarını hazır saxlamaq tövsiyə edilir. Üstəlik, onlar anlamalıdır ki, vəzifəsindən uzaqlaşdırma hələ xoşagəlməz epizodun sonu deyil, bu, daha pis bir şeyin başlanğıcı ola bilər.

Hazırkı təmizləmələr də Rusiyanın gələcək nəsil səlahiyyətlilərinə mesaj göndərir, yəni qeyri-münasib siyasi davranış və ya öz biznes maraqlarına həddindən artıq diqqət – cəzalandırılacaq. Təmizləmələr Stalin dövründə də təxminən eyni cür rol oynayıb. O zamanlar yeni xalq komissarları və onların müavinləri, keçmiş müdirlər həbs olunduqda, uduşlu lotereya bilet əldə etdiklərini bilirdilər. Lakin gənc komissarlar bu lotereya biletlərinin asanlıqla həbs qərarına çevrilə biləcəyini də başa düşürdülər.

Eynilə, Putin nazirlik və quberniyalarda yeni texnokratlara üstünlük verir. Onlar 40-50 yaşlı, hər hansı bir yerli elita ilə əlaqəsi olmayan, öz hədəflərini yerinə yetirməyə yönəldilmiş və siyasi məsələlərin həllində istəksiz olan sadiq məmurlardır.

Bu yeni gələnlər təmizləmələrdən qorxurlar və rəhbərliyin razılığı olmadan bir şey etməyəcəklər. Rusiyada istənilən real modernləşmə dayandırılacaq – Putinin niyyəti də budur.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: Rusiya məmurlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar