Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SSRİ-nin yaratdığı Ancela Devis mifi

O, sevgilisini həbsxanadan silah zoruyla qaçırmaq istəyib, həbs olunub...

“Ancela Devisə azadlıq” – bu, 1970-ci illərin əvvəllərində Kremlin təbliğat maşınının dövriyyəyə buraxdığı ən məşhur şüarlardan biri olub. Sovet idelogiyasının səyi nəticəsində bu şüar bütün sosialist ölkələrini bürüyüb.

Maraqlıdır, kommunistlər amerikalı qadının azadlığı üçün nəyə görə bu qədər canfəşanlıq ediblər? Amma daha maraqlısı isə SSRİ və müttəfiqləri tərəfindən azadlığı tələb olunan Ancela Devisin həbsinin səbəbləridir. Bir az əvvələ qayıdaq...

Ancela Devis 1944-cü ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatında anadan olub. Orta məktəbdə əla qiymətlərlə oxuyub. Həmin ərəfədə qaradərililər üçün hər yerdə yaşıl işıq yanmasa da, Ancela Devisin yanacaqdoldurma məntəqəsinin sahibi olan atası qızının yüksək təhsil alması üçün bütün imkanlarından istifadə edib. Ancela Devis əvvəlcə Brendays universitetində təhsil alıb, qruplarında cəmisi üç nəfər qaradərili tələbə olub. O, daha sonra təhsilini Fransa və Almaniyada davam etdirib.

Təhsilini başa vurduqdan sonra ABŞ-a qayıdan Ancela Devis Kommunist Partiyası sıralarına daxil olub və partiyanın ən fəal üzvlərindən birinə çevrilib. İrqi ayrı-seçkiliyə, insan hüquqlarının pozulmasına qarşı mübarizə aparan gənc fəal hüquq müdafiçəsi kimi fəalliyyətə başlayıb. Bununla yanaşı o, Kaliforniya universitetində müəllim işləyib. Amma onun pedaqoji fəaliyyəti uzun çəkməyib. Həmin dövrdə Kaliforniya ştatının qubernatoru olan Ronald Reyqanın göstərişi ilə siyasi baxışlarına görə Ancela Devis universitetdən uzaqlaşdırılıb.

Universitetdən uzaqlaşdırıldıqdan sonra o, hüquq müdafiəçisi kimi fəaliyyətini daha da genişləndirib, qaradərililərin, həbsxanalarda cəza çəkən məhbusların hüquqlarını qoruyub.

Tez-tez cəzaçəkmə müəssisələrində olan Ancela Devis həmin ərəfədə San-Kventin həbsxanasında Corc Ceksonla tanış olub. İki dəfə məhkumluğu olan, ücüncü dəfə isə həbs olunaraq təcridxanada məhkəməsini gözləyən Corc Cekson polisə müqavimət, quldurluq maddələri ilə məhkum edilib. Türmədəki bir neçə görüşlərindən sonra Ancela Devislə Corc Cekson arasında aradakı dəmir barmaqlıqlara baxmayaraq sevgi münasibətləri yaranıb.

1970-ci il avqustun 7-də Corc Ceksonun məhkəməsi başlayıb. Məhkəmə zamanı Ceksonun qardaşı Conatan Cekson iki nəfərlə məhkəmə zalına daxil olublar. Proses başlananda Conatan Cekson tapança çıxararaq məhkəmənin iclasını dayandırıb, hakimi və iki nəfəri girov götürülüb. Polis baş verən insidentə müdaxilə edəndə Conatan Cekson, onunla zala daxil olanlardan biri və hakim Harold Heylin elə məhkəmə zalında açılan atəşlərin qurbanı olublar.

Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq zamanı məlum olub ki, Conatan Ceksonun istifadə etdiyi tapanca rəsmi qeydiyyat sənədlərinə görə Ancela Devisə məxsusdur. Bununla da məlum olub ki, cinayət əvvəlcədən planlaşdırılıb.

Mövcud ABŞ qanunvericiliyinə görə, cinayət törədilən zaman istifadə olunan silahın kimə məxsusluğu rəsmi sübuta yetirildikdə, həmin şəxs birbaşa cinayət iştirakçılarından biri sayılıb. Sözsüz ki, hüquq müdafiəçisi olan Ancela Devis bu qanunlardan xəbərdar olub və o, cinayətdən yayınmaq üçün Nyu-Yorka qaçıb. İki aydan sonra Ancela Devis həbs olunub. Məhkəmə onun cinayətini sübut edib. Ancela Devis 18 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Göründüyü kimi, konkret bu hadisədə, Ancela Devisin həbs olunmasında heç bir siyasi motiv olmayıb. SSRİ-nin insan ölümü ilə nəticələnən cinayətin törədilməsində rolu olmuş bir şəxsi, Ancela Devisi müdafiə etməsi təəccüb doğuran, çox yersiz və bir çoxları tərəfindən gülünc addım kimi qiymətləndirilib. Əgər Ancela Devisin həbs olunmasında siyasi motiv olsaydı, rəsmi Moskvnın bu cür canfəşanlığını anlamaq olardı. Amma “ədalətli” sovet cəmiyyətinin məhkəmə tərəfindən cinayəti sübuta yetrilən bir şəxsin müdafiəsinə qalxmasına ucuz siyasi reytinqdən bağqa heç bir ad vermək olmaz.

Beləliklə, sevgilisinə görə cinayət törədən Ancela Devis öz həbsi ilə bütün dünyada məşhurlaşıb, SSRİ Ancela Devisin simasında növbəti mifini yaradıb.

Azadlığa çıxdıqdan sonra Avropa turnesinə çıxan Ancela Devis SSRİ-yə də səfər edib, Leonid İliç Brejnevlə də görüşüb. SSRİ-də ona Moskvada qalmağı da təklif ediblər. O, bu təklifə belə cavab verib:

- Sizdə həyat tam fərqlidir, insan hüquqları pozulmur, qadın və kişi bərabərliyi var. Mən Amerikada daha çox lazımam, çünki saydıqlarımın heç biri orada yoxdur.

Bu cavabın “səmimiliyinə” inanmaq olar. Çünki Ancela Devis SSRİ-də Valentina Tereşkovanı “Çayka” avtomobilində görüb, həmin dövrdə çoxları üçün əlçatmaz sayılan “Rossiya” mehmanxanasının restoranında şam edib, mərkəzi univermaqın vəzifəli şəxslərə xidmət edən 100 saylı mağazasında sovet vətəndaşlarının geyim təminatının yüksək səviyyədə olduğunun şahidi olub, “Artek” pioner düşərgəsində ağ köynəkli, qırmızı qalstuklu uşaqlar ona xöşbəxt cəmiyyəti xatırladıb, Krımda kompartiyanın istirahət evində gecələyəndə SSRİ-ni az qala cənnətə bənzədib. Və bu “cənnət”də o, Lenin mükafatı ilə də mükafatlandırılıb.

Amma o, göydən zəhərli gübrə atılan tarlalarda, zavodlarda ağır dəzgahlar arxasında işləyən on minlərlə qadının əziyyətini, qadınlıqlarını unudan anlarını görməyib. Tereşkovanın 5 otaqlı mənzilindəki pəncərədən Moskvanı seyr edəndə, Ancela Devis on minlərlə ailənin ən adi şəraiti olmayan kommunal evlərdə yaşadığından xəbərsiz olub. O, xəbərsiz olub ki, “bərabər hüquqları” olan sovet vətəndaşlarının ən adi məsələlərinin həlli tanışlıqla, rüşvətlə başa gəlir.

Sonralar, 1990-cı illərdə Ancela Devis sovet ideologiyasının sözdən və pafosdan başqa bir şey olmadığını anlayıb, Kommunist Partiyasının üzvlüyündən çıxıb. Məhz həmin ərəfədə onu Moskvaya dəvət edəndə Ancela Devisin cavabı maraqlı olub:

- Bu dəvəti böyük məmnunniyyətlə qəbul edərdim. Amma orada nə görəcəm? Kapitalizm, evsizlər və işsizlər. Bunları elə Amerikada da görürəm.

76 yaşlı Ancela Devis bu gün də hüquq müdafiəçisi kimi fəaliyyətini davam etdirir. Onun əsas fəaliyyət istiqaməti qadın hüquqlarının qorunmasıdır. 1997-ci ildə isə o, daha bir mübarizəyə qoşulub. Belə ki, lesbiyan olduğunu etiraf edən edən Ancela Devis həm də homofobiyaya qarşı mübarəzəyə qatılıb.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket: Ancela Devis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar