Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SSRİ-nin de-yure rəhbərinin dustaq arvadı – Yekaterina Kalinina işgəncələrdən əlil durumuna düşüb

Statistikaya nəzər salsaq, şahidi olarıq ki, sovet liderləri və yüksək ranqlı dövlət məmurları arasında Lenindən sonra adı ən çox əbədiləşdirilən şəxs Mixail Kalinin olub. Təkcə Rusiyanın ərazisində Kalininin adını daşıyan 3358 yaşayş məntəqəsi, küçə və prospekt, meydan və xiyabanlar və digər obyektlər var.

Yəqin ki, bu da onun SSRİ dövründə tutduğu vəzifə ranqı ilə bağlıdır. Kalinin 1919-cu ildən 1946-cı ilə, ömrünün sonuna qədər faktiki olaraq dövlət başçısı vəzifəsini, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini (ayrı-ayrı dövrlərdə vəzifənin adı fərqli olub) tutub. Digər tərəfdən, Kalinin İosif Stalinin ən yaxın silahdaşlarından biri sayılıb. Kalinin siyasi məsələlərə çox da müdaxilə etməyib, siyasi təşəbbüskarlığı olmayıb, o, yalnız Stalinin apardığı siyasəti bütün imkanları ilə və çox böyük canfəşanlıqla dəstəkləməklə, təbliğ etməklə kifayətlənib. Bununla da o, Stalinin etibar etdiyi şəxslərdən biri olub və sovet lideri onu öz yaxın silahdaşları arasında görüb.

Bütün bu münasibətlərə və yaxınlığa, hətta Kalininin faktiki olaraq dövlət başçısı olmasına baxmayaraq, Stalin onun həyatında qara izlər buraxıb. Belə ki, sovet lideri silahdaşının həyat yoldaşı Yekaterina Kalininanı (Lorberq) 1938-ci ildə həbs etdirib. Həmin ilin oktyabrın 25-də “NKVD”-nin birinci müavini Lavrenti Beriya Stalinə Kalinina haqqında sənədlər qovluğu tqdim edib. 56 səhifəlik sənədlərə nəzər yetirdikdən sonra Stalin öz hökmünü verib: “Həbs haqqında ləngimədən qərar hazırlayın”.

Beriya bu qəti hökmün qarşısında Stalinə sual verməyə özündə cürət tapıb:

- Yoldaş Stalin, bu haqda Mixail Kalininə məlumat vermək lazımdır?

- Yox, Lavrenti, biz antisovet fəaliyyət göstərən xalq düşmənləri haqqında kimliyindən asılı olmayaraq heç kimə hesabat vermirik. İcra edin.

“NKVD” əməkdaşları Yekaterina Kalininanın həbsinin səs-küysüz ötüşməsi üçün fərqli bir əməliyyat keçiriblər. Həmin gün, oktyabrın 25-də günortadan sonra saat 5-6 radələrində ona atelyedən zəng olunub, bildirilib ki, yeni sifariş etdiyi paltarın ölçülərini yoxlamaq üçün atelyeyə gəlməsi lazımdır. Yekaterina Kalinina bu zəngdən sonra daimi müştərisi olduğu atelyeyə yollanıb. Onu orada dərzilər deyil, “NKVD” əməkdaşları qarşılayıblar.

Həbsdən sonra Kalininin həyat yoldaşına heç bir güzəşt edilməyib. O, Lefortovo həbsxanasında saxlanılıb. Digər saxlanılanlar kimi, o da ağır işgəncələrə məruz qalıb. Elə işgəncələrə ki, Yekaterina onun qarşısına qoyulan bütün sənədlərə imza atıb.

Yekaterinanın həbsindən bir neçə gün sonra Mərkəzi Komitədə keçirilən iclasda Stalin bu məsələyə üstüörtülü toxunaraq müzakirələrin açılmasına, xahişlərin edilməsinə imkan verməyib:

“Təəssüf edirəm ki, bizim bəzi inqilabçılarımızın ailələrində xoşagəlməz hallar baş verir. Sovet hökumətini quran şəxslər, Lenin ideyalarına sadiq olanlar, zamanında minlərlə insanı arxasınca apara bilənlərin öz yaxın adamlarına, ailə üzvlərinə nəzarət edə bilməmələri məni çox narahat edir. Biz belə hallara göz yummayacağıq, onları kimliklərindən asılı olmayaraq cəmyyətdən təcrid edəcəyik...”

Təbii ki, Stalinin bu çıxışından sonra Kalinin həyat yoldaşı ilə bağlı ona müraciət etməyi mənasız sayıb.

Yekaterina isə antisovet fəaliyyətdə, trotskiçi olmaqda ittiham olunaraq 15 il müddətinə sürgünə göndərilib.

Maraqlıdır, Kalininin həyat yoldaşının həbs olunmasına səbəb nə olub, Stalin niyə ona güzəştə getməyib, Kalinin faktoru bu həbsdə heç bir rol oynamayıbmı?

Əslində Yekaterinanı həbs edərkən ona heç bir order və sanksiya təqdim edilməyib. Onu atelyedən “qara” maşına əyləşdirib birbaşa Lefortovo həbsxanasına aparıblar və sonradan ittihamnamələrə qol çəkdiriblər. Amma sözsüz ki, Yekaterina heç də tam əsassız yerə həbs edilməyib.

Yekaterina Lorberq 1882-ci ildə Estoniyanın Payde şəhərində anadan olub. Bəzi mənbələrə görə o, eston deyil yəhudi ailəsində dünyaya göz açıb. O, gənclik illərindən inqilabi fəaliyyəti ilə fərqlənib. Təqiblərlə üzləşən gənc inqilabçı 1905-ci ildə Peterburqa qaçmağa məcbur olub. Məhz elə bu şəhərdə də Yekaterina Kalininlə tanış olub. 1906-cı ildə onlar ailə həyatı qurublar. Cütlüyün iki oğlu, üç qızı dünyaya gəlib. Yekaterina Kalinin üçün sədaqətli həyat yoldaşı olub. Kalinin Sibirə sürgün ediləndə o, beş uşaqla Sibirdə məskunlaşıb, Kalininə gizli yolla partiyanın qəzetlərini çatdırıb, o cümlədən Kalininin məktublarını da lazımi ünvanlara ötürüb.

İnqilabdan sonra ailə Moskvaya köçüb, 1919-cu ildə isə Kalinin əvvəlcə Rusiya, daha sonra isə SSRİ İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyib.

Kalininlər ailəsi Kremldə yaşayıblar. Onlar Lev Trotski ilə eyni mənzili bölüşüblər və Yekaterinanın Trotski ilə yaxın münasibətləri olub.

Həmin ərəfədə Yekaterina tikiş fabrikində direktor müavini işləyib. Bununla bərabər o, bölgələrdə savadsızlığın aradan qaldırılması üçün tez-tez uzunmüddətli ezamiyyətlərdə olub. 1936-cı ildə Yekaterina fəaliyyətini SSRİ Ali Məhkəməsinində davam etdirib və kollegiyanın üzvü seçilib.

Yekaterina Kalininanın siyasi fəaliyyətində diqqət çəkən məqamlardan biri onun tez-tez dövlətin siyasi kursuna qarşı çıxması olub ki, bu haqda mütəmadi olaraq Mərkəzi Komitəyə məlumat verilib. Xüsusilə 1930-cu illərin əvvəllərindən başlayaraq Yekaterina və onun ətrafındakı dostları Stalinin siyasətini tənqid etməyə başlayıblar. Bu məsələ ilə bağlı ailədə də müzakirələr aparılıb. Amma Yekaterina Kalininlə razılaşmayıb. Bir sözlə, ifadə etsək, Yekaterinanı heç kim fikrindən döndərə bilməyib. Amma onun ağlına da gəlməyib ki, sağlam tənqidə görə onu nələr gözləyə bilər.

Yekaterina öz fikirlərinə haqq qazandırmaq, ədalətli olduğunu sübut etmək üçün tez-tez bir faktı misal çəkib: “Mənim doğma qardaşım Vladimir Lorberq ən böyük trestlərin birində anbar müdiri işləyəndə mən onun siyasi fəaliyyətindən şübhələnirdim. Mən bu haqda xüsusi xidmət orqanlarına məlumat verdim. Araşdırıldı, məlum oldu ki, o, sovet hökumətinin əleyhinə işləyir. Onu güllələdilər. Mən vətəndaşlıq borcumu yerinə yetirdim. Belə məsələlərdə heç bir güzəşt olmamalıdır...”

Bəli, elə Yekaterinanın özünə də güzəşt etməyiblər. “ALJİR” düşərgəsində o, elə işgəncələrə məruz qalıb ki, əlil vəziyyətinə düşüb. İllər boyu Stalinə müraciət etməyi özünə sığışdırmayan Yekaterina 1945-vi ildə səhhəti bağlı sovet liderinə məktub ünvanlayaraq əfv diləyib. 63 yaşlı əlil Yekaterina 1945-ci ildə əfv olunub.

Yekaterina Kalinina həat yoldaşı Mixail Kalininin ölümündən 14 il sonra 1960-cı ildə 78 yaşında vəfat edib.

İlham Cəmiloğlu (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar