Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şri-Lankada törədilən partlayışlarda ölənlərin sayı 290 nəfərə çatıb, 500-ə qədər yaralı var - Yenilənib- 5 - Video

Şri-Lankada Pasxa bayramı zamanı törədilən partlayışlarda ölən və yaralananlarla bağlı son məlumatlar açıqlanıb

TASS agentliyinin verdiyi məlumata görə, partlayışlar nəticəsində 290 nəfər ölüb, 500-ə qədər insan yaralanıb.

Ölənlər arasında azı 35 əcnəbi var. Partlayışa görə indiyə qədər hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Müdafiə naziri Ruvan Viyevarden Şri-Lanka hakimiyyətinin partlayışların təşkilatçısını müəyyənləşdirdiyini açıqlayıb. Terror aktları ilə əlaqədar 7 nəfər saxlanılıb.
Qeyd edək ki, bu gün Şri-Lankada 8 partlayış törədilib. Öncə eyni vaxtda paytaxt Kolomboda 3 otel və bir kilsədə, o cümlədən Neqombo qəsəbəsində 2 kilsədə partlayışlar baş verib. Bir müddət sonra yeddinci və səkkizinci partlayışlar törədilib. Partlayışlardan biri Dexivala rayonunda zooparkda olub. Paytaxtın Demataqoda rayonunda törədilən səkkizinci partlayışda isə 3 polis əməkdaşı ölüb.

***

Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən 8 partlayışda ölənlərin sayı 207 nəfərə çatıb, 450-dən çox insan yaralanıb.

ONA-nın xəbərinə görə, bu barədə “Ada Derana” portalı polisə istinadən məlumat yayıb.

Xəsarət alanlar arasında 35 əcnəbi var. Bundan əvvəl partlayışlar nəticəsində 185 nəfərin öldüyü bildirilib.

Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

***

Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 185 nəfərə çatıb.

ONA-nın xəbərinə görə, bu barədə “News 1ST” portalı məlumat yayıb.

Xəsarət alanlar arasında 35 əcnəbi var. Onlardan ən azı 4-ü Çin vətəndaşıdır.

Bundan əvvəl 160 nəfərin öldüyü, 500 nəfərin yaralandığı bildirilib.

Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

***

Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 160 nəfərə çatıb, 500 yaralı var.

Bu barədə “News 1ST” portalı məlumat yayıb.

Bundan əvvəl 52 nəfərin öldüyü, 300 nəfərin yaralandığı bildirilib.

Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

***

Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən partlayışlarda ən azı 52 nəfər ölüb.

Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Bundan əvvəl 42 nəfərin öldüyü, 300 nəfərin yaralandığı bildirilib.

Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

***

Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən partlayışlarda ən azı 42 nəfər ölüb.

Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Bundan əvvəl 25 nəfərin öldüyü, 300 nəfərin yaralandığı bildirilib.

Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

***

Şri-Lankada Pasxa bayramı zamanı törədilən partlayışlarda ən azı 20 nəfər ölüb, 160 nəfər xəsarət alıb.

“Reuters” agentliyinin verdiyi məlumata görə, paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib.

***

Şri-Lankada iki kilsədə baş vermiş partlayış nəticəsində azı 80 nəfər xəsarət alıb.

Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, kilsələrdən biri Kolombo şəhərinin şimalında, digəri isə paytaxtın şimalındakı Neqombo şəhərində yerləşir.

Yaralıların vəziyyəti barədə hələlik bir məlumat verilməyib.

Eyni zamanda, “Reuters” agentliyi Kolombo şəhərində iki oteldə partlayışın törədilməsi barədə xəbər yayıb.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar