Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Spikerə qarşı kampaniya aparılır…”

“Niyə o məmurun deyil, Əsədovun adı çəkilir?”

“Bu məlumatların bir adı var, o da təxribatdır. Bütün bunlar saf bir insana atılan çamurdan başqa bir şey deyil. Təbii ki, yazılanların hamısı yalandır”.

Məlumata görə, bunları Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Moskvada spiker Oqtay Əsədovun ailəsinə, Londonda isə kürəkəni Mehman Qocayevə məxsus milyonluq mülklərin olması ilə bağlı iddialara münasibət bildirərkən deyib. A.Təvəkküloğlu “Yeni Müsavat” qəzetinə bu barədə danışıb.

Moskvadakı mülklər haqda çox deyilib, təkrarlamağa ehtiyac yoxdur. Ən son məlumatda isə bildirilirdi ki, spiker Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq penthauzu (mülkü) üzə çıxıb. Həmin mülklə bağlı sənəddə bildirilir ki, penthauzun alınması üçün ”Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Hər ikisi yanvar ayının ikisi…

Maraqlıdır ki, xeyli vaxtdır bu səpkili məlumatlar yayılsa da, Əsədovlar hər hansı açıqlama verməyiblər.
Moskvadakı mülklərlə bağlı iddialar ortaya atılanda “Spikerin ailəsi acından ölməməlidir” deyə, Əsədovların müdafiəsinə qalxan deputat Fəzail Ağamalı isə yenə bildirib ki, Milli Məclisin sədrinə qarşı kampaniya aparılır: “Bir müddətdir ki, Azərbaycan dövlətçiliyində mühüm post tutan və mənim kifayət qədər təmizliyi ilə tanıdığım, bütün davranışlarını ölçüb-biçərək ortaya qoyan, millət vəkilləri ilə yüksək səviyyədə davranış sərgilən Oqtay Əsədova qarşı düşünülmüş kampaniya aparılmaqdadır. Ötən ay Moskvada, guya onun ailəsinə məxsus olan restoranla bağlı məlumatlar, indi kürəkəni ilə əlaqədar verilən yazılar göstərir ki, konkret mərkəzdən Oqtay Əsədova qarşı, onu nüfuzdan sala biləcək və həqiqətə uyğun gəlməyən informasiyalar tirajlanır. Düşünürəm ki, bu, Azərbaycanı istəməyən və dövlətçiliyimizi nüfuzdan salmağa çalışan adamlar tərəfindən həyata keçirilir. Təəssüf edirəm ki, Azərbaycanda bəzi siyasətçi deyilən şəxslər də bu avantüranın içərisindədir və Oqtay Əsədova qarşı şər-böhtan kampaniyalarında önə çıxmaqdadırlar”.

Spikerin kürəkəninin Londonda bahalı mülk alması haqda məlumata gəlincə, F.Ağamalı xatırladıb ki, Mehman Qocayev yüksək vəzifələrdə çalışmış məmurun (Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Alı Qocayev-red.) oğludur, atasının adını hallandırmaq daha doğru olar: “Oqtay Əsədovun kürəkəni deyilən şəxsin (?) Londonda mülkünün olması mənə bəlli deyil. Ancaq düşünürəm ki, bunu belə qabardaraq kürəkəninin maşınını, Londonda olan ya olmayan mülkünü çəkərək, nə üçün Oqtay Əsədovun üstünə gedirlər? O, Oqtay Əsədovun qızının həyat yoldaşıdır. Mehman Qocayev Azərbaycanda kifayət qədər tanınan, ciddi vəzifələrdə çalışmış bir məmurun övladıdır. Niyə o məmurun deyil, məhz Oqtay Əsədovun adı çəkilir? Çıxarılan nəticə bundan ibarətdir ki, düşünülmüş şəkildə, olan və ya olmayan faktları Oqtay Əsədovun adına yazmaqla həm onun imicinin ləkələnməsi məqsədi güdülür, həm də Azərbaycan dövlətçiliyinə etimadsızlıq toxumu səpilir. Bunun arxasında duranlar isə heç də Azərbaycanı sevən insanlar deyil. Bunu Oqtay Əsədovun adı ilə bağlamaq absurd və qərəzlidir. Təəssüf ki, Azərbaycanın bəzi mətbu orqanları da bu kampaniyaya qoşularaq, yalan məlumatları ictimailəşdirirlər”.

Ağamalı bildirib ki, Oqtay Əsədovu uzun illərdir ki, tanıyır: “30 ilə yaxındır ki, onunla tanışam. Oqtay Əsədovu çox nəcib, öz imicini qoruyan, ətrafındakılara məsafəli, sivil anlayış nümayiş etdirən dövlət xadimi kimi tanıyıram və belə də qiymətləndirirəm. Bu cür yazılar Oqtay Əsədovla bərabər, Azərbaycan dövlətçiliyinin qolu olan Milli Məclisin nüfuzdan salınmasına xidmət edir”.(AzPolitika.info)

pia.az


Etiket: Oqtay Əsədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar