Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Söz Senatda - İmpiçment prossesindən Tramp daha güclü çıxa bilərmi?

Donald Tramp Endryu Conson və Bill Klintondan sonra Nümayəndələr Palatasında haqqında impiçment açılmış 3-cü prezident oldu...

Politoloq: “Demokratların ABŞ prezidenti Trampın impiçmentini elan etmələri bütün hallarda siyasi addımdır”.

“Ölkədə keçiriləcək prezident seçkilərinə görə Demokratlar bu addımı atmaqla istəyirlər ki, Tramp haqqlnda müəyyən fon yaratsınlar. Bu fondan da istifadə edərək öz reytinqini qaldırsınlar”.

Bu sözləri politoloq İlqar Vəlizadə Nümayəndələr Palatasının Trampın impiçmentini elan etməsini və bunun nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən axşam saatlarında 6 saatlı dinləmələrdən sonra ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampı impiçment elan edib. Səsvermələrin nəticələri partiya əlaməti üzrə bölünüb. Palatanın demokratlardan ibarət üzvləri impiçmentin lehinə səs verib. Respublikaçılar buna qarşı çıxıblar.

Nümayəndələr Palatasının prezident Donald Trampın impiçmenti üzrə iki ittiham üzrə – “Səlahiyyətlərin aşılması” və “Konqresə mane olma” ittihamları ilə impiçmenti elan etməsi Ağ Evi ayağa qaldırıb. Ağ Evin mətbuat ofisindən verilən açıqlamada Nümayədələr Palatasının qərarı Amerika xalqının tarixində ən utancverici siyasi hadisələrdən biri kimi dəyərləndirilib.

Sözügedən ittihamların heç birinin respublikaçı senatorlardan dəstək almadığına işarə verilən açıqlamada ortada heç bir yanlışlığın olmamasına rəğmən, impiçment ittihamlarının Nümayəndələr Palatasından keçdiyi vurğulanıb: “Bütün bu məsxərə demokratların bu ölkənin xalqı üçün çalışan bir Konqresə ehtiyac duyduğuna dair baxışlarını itirdiyini açıq şəkildə ortaya qoyur. Amerika xalqı bu utancverici davranışa aldanmır. Trampın Senatın Nümayəndələr Palatasındakı proses boyunca diqqətdən kənar qalan nizam, ədalət və ittiham prosesini təmin edəcəyinə inancı tamdır. O, bundan sonrakı addımlar üçün hazırdır və tamamilə günahsız çıxacağına güvənir”.

Qeyd edək ki, palatada 197 senator iddialara “yox”, 230 senator isə “hə” deyib. İttihamnamə dosyesi qərar verilməsi üçün Senata göndərilib.

Donald Tramp bununla Endryu Conson və Bill Klintondan sonra Nümayəndələr Palatasında haqqında impiçment açılmış 3-cü prezident oldu.

Bütün hallarda Respublikaçıların çoxluq təşkil etdiyi Senatda Trampın vəzifədən alınması heç də inandırıcı görünmür. Bu halda Demokratların atdığı addımı sırf siyasi addım kimi dəyərləndirmək mümkündürmü və qarşıdan gələn seçkilərə impiçment prossesi necə təsir edə bilər? Həmçinin Tramp bu prossesdən daha güclü çıxa bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Demokratların istəyinin əksi olaraq Tramp impiçment məsələsindən daha güclü çıxa bilər”.

Hal-hazırda ABŞ-da Donald Trampın reytinqinin kifayət qədər yüksək olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, Donald Tramp prezident seçilməyə ən şanslı namizədlərdən biridir. Çox güman ki, Tramp ikinci dəfə ABŞ prezidenti seçiləcək:

“Demokratların ABŞ prezidenti Trampın impiçmentini elan etmələri bütün hallarda siyasi addımdır. Məlumdur ki, gələn il ABŞ-da prezident seçkiləri keçiriləcək və artıq kompaniyaya start erilib. Ölkədə keçiriləcək prezident seçkilərinə görə Demokratlar bu addımı atmaqla istəyirlər müəyyən fon yaratsınlar. Bu fondan da istifadə edərək öz reytinqini qaldırsınlar.

Həmçinin bu addımın atılmasında başqa məqsədlər də var. Hal-hazırda ABŞ-da Donald Trampın reytinqi kifayət qədər yüksəkdir. Yəni Donald Tramp ikinci dəfə prezident seçilə bilər və prezidentliyə iddiaçılar arasında ən şanslı namizədlərdən biridir. Çox güman ki, Tramp ikinci dəfə ABŞ prezidenti seçiləcək. Demokratlar da istəyirlər ki, Trampın bu mövqeyini sarsıtsınlar.

O da məlumdur ki, Konqresin yuxarı palatasında respublikaçıların əksəriyyəti Trampın impiçmentini dəstəkləməyə hazırlaşmır. Çünki Trampın üzv olduğu Respublikaçılar Partiyası Senatda çoxluqdadır. Buna görə də düşünürəm ki, Demokratların istəyinin əksi olaraq Tramp impiçment prossesindən daha güclü çıxa bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar