Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyuyan ulduzların radioötürücü planetlərini axtaracaqlar

Artıq 10 ildir ki, astronomlar sönmüş ulduzların (ağ cırtdanlar) ətrafındakı planetlərin metal özəyinin bir növ radioötürücüyə dönə biləcəkləri fərziyyəsini müzakirə edirlər

Lakin bu cür “radiostansiya”nın nə qədər fəaliyyət göstərəcəyi indiyədək məlum deyildi.

Yeni tədqiqatlar göstərdi ki, “yayım” əlverişli şəraitdə milyard ilə qədər davam edə bilər. Buna görə yer teleskoplarının əhatə edə biləcəyi məkanlarda bu cür “mayaklar” kifayət qədər çox ola bilər.

Xatırladaq ki, ağ cırtdanlar üst qatını atmış, sönmüş ulduzların qalın və qızmar özəkləridir. Onların daxilində artıq istilik-nüvə reaksiyaları baş vermir və işıqlandıqları zaman yavaş-yavaş istiliklərini itirirlər. Kütləyə görə ağ cırtdanları Günəşlə, həcminə görə isə Yer kürəsi ilə müqayisə etmək olar.

Göy cisminin bu cür obyektə çevrilməsi onun planetlərinə pis təsir göstərə bilər. Qravitasiya dəyişikliyindən əlavə, təhlükə ulduzun ayrılan plazma qatındadır. Yalnız dünyaların öz günəşindən artıq yaşamaq şansı yenə də var. Nəticədə, hətta neytron ulduzların ekzoplanetləri tapılıb ki, göy cisminin bu cür obyektə çevrilməsi ağ cırtdana çevrilməkdən daha faciəli şəkildə baş verir (məsələn, yenisinin partlayışı ilə müşahidə olunur).

Hərçənd bir çox hallarda partlayışdan sonra ekzoplanetin qatı və çətin əriyən hissəsi kimi onun yalnız metal özəyi qalır.

Xatırladaq ki, əgər planet dəmir qatı ilə zəngindirsə (Yer Kürəsi kimi), kifayət qədər ağır metal qravitasiya təsiri altında planetin mərkəzinə doğru hərəkət edəcək. Ona görə də “dəmir ürəkli” dünyalar Kainatda ehtimal ki, çoxluq təşkil edir.

Həqiqətən, bu yaxınlarda SDSS J1228+1040 ağ cırtdanının yaxınlığında ölçüsü bir kilometrdən yüzlərcə kilometrə qədər olan metal özəyin fraqmenti tapılıb (ölçüsünü daha dəqiq müəyyən etmək hələlik mümkün deyil).

Metal özək hansı müddətə ağ cırtdanın ətrafında dövr edə bilər? Bu, çətin sualdır. Burada ulduzun qravitasiyası ilə yanaşı, onun maqnit sahəsini də nəzərə almaq lazımdır. Məhz o, metal cismi radiostansiyaya çevirir və həmin cismi ağ cırtdanın üstünə “atıb” məhv edə bilər.

Yeni tədqiqatlarında Uorik Universitetindən Dmitri Veras və Pensilvaniya Universitetindən Aleksandr Volşan bu suala cavab verirlər. Axırıncı astronom 1990-cı ildə elm tarixində ilk ekzoplanetləri aşkar etməklə tanınır.

Alimlər ağ cırtdanların maqnit sahələrinin bütün müşahidə olunan diapazonu üçün modelləşdirmə yaratdılar: min qaussdan milyard qaussa qədər (müqayisə üçün, Günəşdə ən güclü maqnit sahələri minlərlə qauss təşkil edir). Eləcə də tədqiqatçılar ağ cırtdanların elektrik ötürücülüyünü 0,1 simensdən 10000 simensədək dəyişdirdilər.

Müəlliflərin müəyyənləşdirdiyi kimi, planet özəklərinin salamat qalması üçün onun maqnit sahəsinin əlverişli diapazon və gərginliyi mövcuddur. Daha dəqiqi, “radiostansiyalar” 1000 qauss maqnit sahəsi olan ağ cırtdanlarda axtarılmalıdır.

Ulduza qədər olan məsafə də vacibdir: çox yaxınlıqda olan ulduz qabarma qüvvələri ilə məhv olacaq, çox uzaqda olanlar isə onların Yer kürəsindən axtarışı üçün vacib olan radiodalğaları az saçacaq. İdeal “radiomazak” öz cismindən Günəşin üç radiusu qədər - Merkuri orbitinin radiusuna qədər yerləşir. Bu şəraitlər altında “radioyayım” milyonlarla, hətta milyard il davam edə bilər.

“Biz bu işin nəticələrini əsas tutaraq, ağ cırtdanların planet özəklərinin radioaxtarışı planlaması üçün istifadə edəcəyik”, - deyə A.Volşan bildirib.

Ekspertin iddiasına görə, hələ heç kəs bu üsulla planet, yaxud özək tapmamışdı. Bundan əlavə, heç vaxt dağılmamış planet özəyi kimi kifayət qədər nəhəng obyekt ağ cırtdanın yanında tapılmamışdı. Əgər axtarışlar uğurla nəticələnərsə, bu, böyük kəşf olacaq.

Bu arada, belə ulduzların ətrafında çox güman ki, dağılan planetlərin toz və dağıntı buludları tapılır. Ona görə də müəlliflər hesab edirlər ki, uğur qazanmaq şansları böyükdür.

Qeyd edək ki, bəzi tədqiqatlar bilavasitə ağ cırtdanların böyük planetlərə malik olduqlarını göstərir.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar