Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı açıqlama

“Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir”.

PİA.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

O bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nümayəndələri ilə qarşılıqlı əlaqə qurulub.

Nazirin qeyd etdiyi kimi, sülhməramlı kontingentin münaqişə zonasına gətirilməsi bölgədəki vəziyyəti normallaşdırmağa imkan verib:

“İmzalanmış üçtərəfli atəşkəs bəyanatının şərtlərinə hörmət edilir. Qeyd etmək istərdim ki, hərbçilərimiz peşəkarcasına hərəkət edir və bölgədə sülhün qorunması üçün hər şeyi edirlər”.

Rusiya Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, 30 mindən çox erməni Qarabağa qayıdıb.

Bundan əlavə, Rusiya hərbi qulluqçuları ərazini və yolları partlayıcı maddələrdən təmizləyirlər: “50 hektar ərazi və 17 kilometrdən çox yol təmizlənib.

Mindən çox partlayıcı obyekt zərərsizləşdirilib. Laçın dəhlizi və Xankəndinə gedən magistral yolun 28 km hissəsi təmizlənib. Mülki nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bundan əlavə, Şərqi Hərbi Dairənin müasir avadanlıq və əməliyyat bölmələri ilə təchiz olunmuş tibbi dəstəsi Qarabağda yerləşdirilib, mütəxəssisləri şəxsi heyətə və yerli əhaliyə tibbi yardım göstərməyə başlayıb”.

S.Şoyqu həmçinin qeyd edib ki, sülhməramlıların köməyi ilə Ermənistanla Azərbaycan arasında ölənlərin mübadiləsi davam edir.(Oxu24.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar