Çərşənbə, 02 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sovet-alman müharibəsində müdafiə fonduna yığılan pul... – Bu vəsaitlə minlərlə təyyarə, tank, top hazırlanıb

Müharibə böyük xərclər tələb edir. Tərəflərin iqtisadi vəziyyəti və maliyyə durumu müharibənin gedişatında böyük rol oynayır. Bu baxımdan müharibə aparan ölkələrdə arxa cəbhənin də üzərinə böyük yük, məsuliyyət düşür.

Tarixə nəzər salsaq, şahidi olarıq ki, əksər müharibələr zamanı müharibə aparan ölkələrdə müdafiə fondları yaradılıb, orduya dəstək məqsədilə bu fondlara könüllü şəkildə vəsaitlər toplanıb.

Sovet-alman müharibəsi zamanı da, 1941-ci ildən SSRİ-də müdafiə fondu fəaliyyət göstərməyə başlayıb. Fondun yaradılmasının təşəbbüskarları ayrı-ayrı vətəndaşlar olub. “Pravda” qəzetinin 1941-ci il 29 iyul tarixli sayında bir qrup sovet vətəndaşının müdafiə fondunun yaradılması ilə bağlı redaksiyaya göndərdiyi məktublardan parçalar dərc edilib. Məktublarda qeyd olunub ki, yaradılacaq fond vahid mərkəzdən idarə olunmalıdır, partiya orqanları və həmkarlar ittifaqı fondun təşkilində yaxından iştirak etməlidirlər.

Beləliklə, ilk addım olaraq Mərkəzi Komitənin göstərişi ilə SSRİ Dövlət Bankının bütün şöbə və filiallarında müdafiə fonduna vəsaitlərin qəbulu üçün xüsusi hesablar açılıb.

Bank hesablarının açılmasından sonra, 31 iyul 1941-ci ildə “Qırmızı proletar” zavodunun kollektivi SSRİ-nin zəhmətkeşlərinə, mədəniyyət, səhiyyə, təhsil, rabitə, nəqliyyat işçilərinə, zavod, fabrik və digər müəssisələrin kollektivlərinə müraciət ünvanlayıblar. Müraciətdə müharibənin sonuna qədər hər bir kəsin hər ay bir günlük əmək haqqının müdafiə fonduna köçürülməsinə çağırış edilib.

1942-ci ildən başlayaraq müdafiə fonduna vəsaitlərin köçürülməsi daha geniş miqyas alıb. Mədəniyyət və incəsənət xadimləri verdikləri konsertlərdən və qastrollardan əldə etdikləri gəlirləri bütövlükdə müdafiə fonduna köçürüblər. Ziyalılar, alimlər, elm xadimləri müəllifi olduqları kitablardan aldıqları qonorarları, elmi ixtiralara görə onlara yazılan pul mükafatlarını müdafiə fonduna verərək orduya dəstək aksiyasına qoşulublar.

Stalin mükafatı alanların, demək olar ki, hamısı bu mükafata görə verilən puldan bir qəpik də olsa özlərinə xərcləmədən ölkənin müdafiə sənayesinin inkişafı üçün müdafiə fonduna ianə ediblər.

Kreml məmurları, komissarlar (nazirlər), komitə sədrləri, yerlərdə partiya komitələrinin birinci katibləri müdafiə fondlarına könüllü ianə etməklə sıravi vətəndaşlara nümunə olublar.

Komsomol təşkilatlarının, fəal komsomolçuların müdafiə fondu ilə bağlı apardıqları təbliğat böyük effekt verərək orduya dəstək aksiyasını daha da kütləviləşdirib.

Mütəmadi olaraq ayrı-ayrı zavod və fabrik kollektivləri əlavə iş növbəsinə çıxaraq əldə etdikləri əmək haqqı ilə müdafiə fondunu zənginləşdiriblər.

Bütün bunlarla yanaşı ayrı-ayrı kollektivlər müdafiə sənayesi müəssisələri ilə müqavilə bağlayaraq öz vəsaitləri hesabına hərbi texnika, silah və sursat sifariş edərək onları cəbhələrə göndəriblər.

Vətəndaşların müdafiə fonduna kömək etməsi tam könüllülük prinsipi ilə aparılıb. Hətta maddi durumu zəif olanlar, təqaüdçülər və tələbələr belə öz imkanları daxilində silahlı qüvvələrə könüllü yardım aksiyasında fəal iştirak ediblər. Böyük şəhərlərdən, kiçik qəsəbə və kəndlərdən göndərilən əlcək və corablar, tibbi ləvazimatlar, şirniyyat məhsulları, siqaret, müxtəlif hədiyyələr və s. qatarlarla cəbhə bölgələrinə göndərilib.

Müdafiə fondlarının yerli təşkilatlarında daima uzun-uzadı növbələr maşahidə olunub. Qələbənin tezliklə təmin olunması üçün arxa cəbhənin təşəbbüskarlığı heç də ön cəbhədən əskik olmayıb.

Bütövlükdə 1941-1945-ci illərdə müdafiə fonduna 17 milyard rubl nağd pul, 13 kiloqram platin, 131 kiloqram qızıl, 9519 kiloqram gümüş, 1 milyard 700 milyon rubl həcmində qiymətli zinət əşyaları, 4 milyard 500 milyon rubl həcmində dövlət istiqrazı daxil olub.

Müdafiə fonduna könüllü köçürülən vəsaitlər hesabına minlərlə hərbi təyyarə, tank, digər zirehli texnikalar, silah və sursat istehsal olunaraq cəbhələrə göndərilib.

Müdafiə fondu ilə bağlı ən həssas məqamlardan biri pioner təşkilatlarının İosif Stalinə ünvanlandığı məktub olub. Pionerlər Stalinə məktəbdə oxuduqlarını, heç bir maddi gəlirə malik olmadıqlarını, amma müdafiə fonduna hansısa bir formada dəstək vermək istədiklərini bildiriblər, xahiş ediblər ki, yaxın ərazilərdə yerləşən qospitallarda yaralı döyüşçülərə kömək etmələri üçün onlara icazə versin. İosif Stalin pionerlərin təklifini müsbət qarşılayıb. Bir sıra bölgələrdə pionerlər yaxınlıqda yerləşən qospitallarda yaralı döyüşçülərin kiçik xahişlərini böyük məmnunniyyətlə yerinə yetiriblər.

Bəli, müharibə ümumxalq işidir. Müharibə gedən ölkədə hərənin öz cəbhəsi var və hər bir kəs öz cəbhəsində qəhrəmanlıq nümayiş etdirməlidir. Belə olan halda qələbə də yaxında olur...

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Qarabağ ermənilərinin kütləvi dönüşü olmazsa...“ - Jirayr Liparityan

Liparityan: “İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi”

Qazaxın işğal olunmuş 7 kəndi ilə bağlı açıqlama

Azərbaycanda Qələbə paradı keçiriləcək - Vaxtı açıqlandı

Türkiyə və Rusiya Qarabağla bağlı anlaşdı - Türklər gəlir...

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək - Sərəncam

Pentaqondan Azərbaycan ordusunun Qarabağ döyüşü təcrübəsini öyrənmək üçün daha bir qərar

Ermənistan Tehranın təklif etdiyi planı qəbul etmədi, Azərbaycan isə... – İran səfiri

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği bilindi - Rəsmi

Ofşor şirkətindən ödəmə və Əhməd Əhmədzadənin oğluna məxsus milyonluq mülk

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı rəsmi açıqlama

loading...

Ən çox oxunanalar