Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial şəbəkələrlə bağlı maraqlı faktlar

"Facebook" heç də ən populyar deyilmiş...

Əvvəllər nəsillər arasındakı fərqi daha yaxşı anlamaq üçün müxtəlif yaşlı insanların hansı TV proqramlarını izlədiyinə diqqət yetirilirdi. İndi isə onların hansı sosial medianı daha çox bəyəndiyinə fikir verilir.

Nüfuzlu data və araşdırma şirkəti olan “eMarketer“in bir tədqiqatına görə, “Facebook” bütün demoqrafik qruplar arasında 1 nömrəli sosial media platformasıdır. Yalnız bir demoqrafik qrup istisnadır: yeniyetmələr.

Kreativlik
Yaşı 12-17 arasında olan uşaqlar arasında “Facebook-dan istifadə səviyyəsinin ötən ilin fevralından bəri düşdüyü bəlli olub. Bu qrup başqa sosial media kanalına üstünlük verir. Söhbət “Snapchat”-dan gedir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Əlbəttə, media seçimi məsələsində uşaqlar, onların valideynləri və nənə-babaları arasında zövq fərqinin olması qeyri-adi bir şey deyil. Müxtəlif demoqrafik qrupların zövqləri arasındakı fərqləri təkcə TV yox, həm də kino, jurnal və radio seçimlərində görmək olar. Əlbəttə, bu rəqəmsal dövrdə həmin media növlərinə çıxış tərzləri arasındakı fərqləri də nəzərdən qaçırmaq olmaz.

Maraqlıdır ki, bir çox illər ərzində bütün yaş qruplarının sosial media vərdişləri, əsasən, oxşar olub: onların hər birinin seçimləri arasında birinci yeri “Facebook” tutub. Ancaq “Snapchat”-ın ortaya çıxması ilə durum dəyişib. Snapchat uşaqlara çəkdikləri fotolara çoxsaylı filtrlər vasitəsilə kreativlik əlavə etmək imkanı verir. Üstəlik, bu çəkilən şəkillər (snəplər) dərhal yoxa çıxır. Bu isə çox şeyi valideynlərindən gizlətməyə can atan yeniyetmələr üçün çox vacibdir.

Facebook geridədir

“eMarketer” bildirir ki, bu il 16.4 milyon yeniyetmə “Snapchat”-dan istifadə edəcək. Qeyd edək ki, “Facebook” üçün bu göstərici 11.5 milyondur. Bu isə keçən ilkindən 600 min az istifadəçi deməkdir. Əslində, “Facebook” bu məsələdə “Instagram”-dan da geri qalıb. Bu il “Instagram”-dan istifadə edən yeniyetmələrin sayı 12.8 milyon civarında dəyərləndirilir.

«Hər iki platforma üçün hekayələr (stories) artım katalizatorudur. Ancaq bu, “Facebook”a ən gənc istifadəçilərini qoruyub saxlamağa kömək edə bilmir. Yeniyetmələr “Facebook”u tərk etməkdədirlər, yaxud da heç vaxt “Facebook”da hesab açmırlar. “Instgram”-ın gəlirləri isə “Facebook”un bu yaş qrupu arasındakı itkilərinin yerini doldura bilmir», – eMarketer-in proqnoz təhlilçisi Kristofer Bendtsen «Forbes» dərgisinə deyib.

Yəqin ki, ananızın, atanızın və babanızın hesabları olan platformada olsaz, bərkgedən görünməyə bilərsiz. “Facebook”un ilk vaxtlarda, sadəcə, tələbələr üçün yaradıldığını nəzərə alsaq, bu, çox maraqlı durumdur.

##relatedPostMilli##

“eMarketer”ə görə, “Facebook”un yeniyetmə istifadəçilərinin sayı 2022-ci ilədək quruca 9.3 milyona düşəcək.

Digər yaş qrupları

Ancaq “Facebook” digər yaş qrupları arasında populyarlığını saxlamaqdadır. Bu platforma milleniallar (1980-2000-ci illər arasında doğulmuş nəsil) arasında hələ də populyardır. Ancaq X nəsli (1960-cı illərin ortaları – 1980-ci illər arasında doğulmuş insanlar) və Amerikada «Baby Boomers» (1946 -1964-cü illərdə doğulanlar, müharibədən sonrakı nəsil, yaxud doğum sayının kəskin artdığı dönəm – red.) adlanan daha yaşlı nəslin arasında “Facebook” istifadəsi azalıb. Buna baxmayaraq o, hər üç qrup arasında ən populyar sosial mediadır.

X nəsli arasında 45.1 milyon insanın “Instagram istifadəçisi olduğu üzə çıxıb. Bu isə platformanın istifadəçilərinin ümumi sayının yarısı deməkdir. “Instagram” bu qrup arasında “Facebook”dan sonra ikinci ən populyar sosial media platformasıdır. “Facebook”un 58.5 milyon millenialı və 31.9 milyon «Boomer» nəslindən olan istifadəçisi olduğu bildirilir.

«Baby Boomer» nəsli arasında populyar sosial media platformalarından biri də “Pinterest” imiş. Onlar burada ev və təmirlə bağlı yeni ideyalar axtarırlar. “Pinterest” bu qrupun arasında ikinci ən populyar sosial media kanalıdır.

(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar