Cümə axşamı, 13 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Sosial şəbəkələr bu gün sanki cəngəllik qanunları ilə idarə olunur“ - Elman Nəsirov

Türkiyədə sosial media ilə bağlı qanun layihəsi parlamentə təqdim olunub...

Qanunda bir sıra qadağalar gündəmə gətirilib. Qadağalar içərisində əsasən insanların şərəf və ləyaqətinin qurunması əks olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, internet və sosial media sahəsində, qanuni tənzimləmə tamamlandıqdan sonra giriş maneələri, məhkəmə və maliyyə sanksiyaları da daxil olmaqla, bütün üsulların qüvvəyə minəcəyini söyləyib.

Bəs, Azərbaycanda sosial media ile bağlı qanun qəbul edilə bilərmi? Buna hər hansı ehtiyac varmı?

PİA.az xəbər verir ki, Millət vəkili Elman Nəsirov mövzu ilə bağlı Redaktor.az-a bildirib ki, bununla bağlı qanunun qəbul edilməsi zərurətə çevrilib. Sosial şəbəkələr sanki cəngəllik qanunları ilə idarə olunur və burada heç kəs etdiyi əmələ görə cəzalandırılmır:

"Azərbaycanda da sosial şəbəkələrlə bağlı xüsusi qanunun qəbuluna ehtiyac var. Həmçinin, bu bir zərurətə çevrilib. Sosial şəbəkələr bu gün heç bir qanunun olmadığı, hər bir şəxsin işgüzar nüfuzunun tapdalandığı, təhqir edildiyi bir məkana çevrilib. Orada istənilən şəxsi təhqir etmək, söymək, ləkələmək, işgüzar nüfuzuna xələl gətirmək və buna görə cəzasız qalmaq olar. Faktiki olaraq, sosial şəbəkələr bu gün sanki cəngəllik qanunları ilə idarə olunur. Özüm də dəfələrlə şəxsiyyətimə və işgüzar nüfuzuma qarşı bu cür qeyri-qanuni yanaşmaların şahidi olmuaşm. Təbii ki, bu vəziyyətdə həmin şəxslər gizli ad altında fəaliyyət göstərirlər. Gizli olmasa belə, belə şəxsləri həbs edilir. Həbs edildikdə isə, onlardan süni siyasi məhbus yaradırlar. Mütləq şəkildə Azərbaycanda da sosial şəbəkələrlə bağlı məsələlər hüquqi səviyyədə tənzimlənməlidir. Türkiyənin bu istiqamətdəki təcrübəsi də kifayət qədər maraqlıdır. Azərbaycanda da bu təcrübə araşdırıla və öyrənilə bilər. Hesab edirəm ki, artıq payız sessiyasında Milli Məclisdə sosial şəbəkələrin vəziyyətini hüquqi baxımdan tənzimləyən qanunun qəbuluna çox böyük ehtiyac yaranıb".

Millət vəkili Fazil Mustafa da sosial media ilə bağlı qanunun qəbul edilməsinin tərəfdarı olduğunu söyləyib.

O bildirib ki, bu barədə qanunun qəbulu nəinki zəruridir, hətta gecikir:

"Sosil mediada bir sıra insanlar var ki, həm öz profillərindən, həm də saxta profildən təhqir və böhtan kampaniyası aparırlar. Bu barədə qanunun qəbulu nəinki zəruridir, hətta gecikir. Sosial medianı mədəniləşdirmək lazımdır. Burada xeyli dərəcədə tərbiyə problemi olan savadsız insanlar var ki, söyüş və təhqirdən başqa heç nə bilmir, hansısa bir rəy yazacaq qabiliyyətə sahib deyil və bu mühiti çirkləndirir. İndiki məqamda Azərbaycanda da bu istiqamətdə addımlar atılmalıdır. Çünki getdikcə proses əndazədən çıxır və istənilən insan bundan müəyyən dərəcədə cəmiyyətin mənəvi dəyərlərinə və dövlətin təməl strukturlarına qarşı istifadə edə bilir".

Əməkdar jurnalist Azər Həsrət isə yeni qanuna ehtiyac olmadığını, mövcud qanunlarla məsələnin həllinin mümkün olduğunu qeyd edib:

"İstənilən halda insanların şərəf və ləyaqətinin, eyni zamanda nüfuzunun qorunması qanun çərçivəsində təşkil edilməlidir. Bir çox insanlar bunu anlamırlar, xüsusən də başqalarına şər-böhtan atanlar və ya barələrində uyğunsuz ifadələr yazanlar. Əlbəttə ki, qanunların bu və ya digər şəkildə məsələləri tənzimləməsi yerinə düşər. Lakin Azərbaycanda hazırda konkret olaraq, Cinayət Məcəlləsində də, İnzibati Xətalar Məcəlləsində də bu cür məsələləri tənzimləyən normalar var. Təbiidir ki, həmin normaların doğru-düzgün işləməsi problemin həllində çox böyük rol oynaya bilərdi. Amma təəssüf ki, geniş istifadə olunmur. Mövcud qanunların işləməsinə nail olmalıyıq. Ondan sonrakı mərhələdə zərurət yaranarsa, yeni qanunlar haqqında düşünmək olar".

Media eksperti, tanınmış jurnalist Zeynal Məmmədli qeyd edib ki, qanun və qadağalar heç bir problemin həllində müsbət yol sayıla bilməz. Bu cür qanunun qəbulu birmənalı şəkildə söz və mətbuat azadlığına zərər vurcaq. Yeganə həll yolu ictimai rəydən istifadə etməkdir:

"Türkiyədə bu məsələ kifayət qədər mübahisə doğurur. Söhbət mətbuat azadlığından gedirsə, belə həssas mövzulara məsələnin bütün aktuallığına və zəruriliyinə baxmayaraq, çox diqqətlə yanaşmaq lazımdır. O ölkədə ki, söz və ifadə azadlığı ilə bağlı nailiyyətlər və plüralistik media var, medianın müstəqilliyi şübhə doğurmur, bu zaman o cür məhdudlaşdırmalar müsbət qarşılana bilər. Nə qədər zəruri görünsə də, heç kim zəmanət verə bilməz ki, bu məhdudlaşdırmada jurnalistlərin özünüsenzurası bir az da artmayacaq.

Ölkədə onsuz da jurnalistlər özünüsenzuradan ciddi şəkildə əziyyət çəkir. Jurnalistlərin ixtisaslaşmaması, dərin peşəkar vərdişlərə yiyələnməməsi baxımından bizim medianın çox ciddi peşəkarlıq problemləri var. Belə olan halda sosial şəbəkələrə məhdudiyyətlərin o dozalarda gətirilməsi bütövlükdə söz və mətbuat azadlığına birmənalı ziyan vuracaq. Pozuntular, təhqirlər, yalanlar varsa, bunlarla bağlı ya fərdi qaydada məhkəmə işləri həyata keçirilməlidir, ya da ictimai qınaq mexanizmi işə salınmalıdır".

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama

Azərbaycan siyasətinin sirrli qapısı - Eldar Həsənov kimdir?

XİN strukturunda diplomatlarla pullar oğurlanıb - İstintaqla bağlı yeni sensasiyalı xəbərlər

Nəcməddin Sadıqova qarşı kampaniya niyə dayanmır?

Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı 

Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu

Bakıda taksi sürücüsü baş redaktoru baltalamaq istədi – Anbaan video

Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır? 

Qarabağ - Rusiya niyə Türkiyənin prosesdə yer almasına razılaşdı? - Müsahibə

loading...

Ən çox oxunanalar