Bazar ertəsi, 17 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!

“CavanNar”-a qoşulanların sayı artmaqdadır

İnternet və sosial şəbəkədən çox istifadə edənlər üçün ən sərfəli tarif sayılan “CavanNar”-a qoşulanların sayı artmaqdadır. Belə ki, son 1 ayda ikiqat internetdən yararlanmaq imkanı verən “CavanNar” istifadəçilərinin sayı 17% artıb. Qeyd edək ki, “CavanNar 9” abunəçilərə aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə verir. “CavanNar 6” isə 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. Tariflərə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər.

Hər zaman müştərilərinin tələblərini nəzərə alan “Nar”, “CavanNar” tarifi üçün təkliflərini daha da artırıb. Belə ki, artıq “CavanNar” abunəçilərinə əlavə internet paketləri sifariş etmək imkanı verir. Istifadəçilər tələblərinə uyğun olaraq 500 MB və ya 1GB əldə edə bilərlər.

Əlavə internet paketlərini aktivləşdirmək üçün müvafiq olaraq *777#2#YES (500MB) və *777#4#YES (1GB) kodlarını yığmaq lazımdır. Eyni əməliyyatı daha asan və qısa zamanda həyata keçirmək üçün yeni istifadəyə verilmiş “Nar+” mobil tətbiqindən də yararlanmaq mümkündür. Qeyd edək ki, əlavə internet paketlərindən aylıq abunə haqqını ödədikdən sonra istifadə etmək olar.

“CavanNar” paketləri haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: nar mobile

Şərh yazın.


loading...

Ən çox oxunanalar