Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial rifah davamlı şəkildə yüksələcək

Sosial yönümlü islahatların reallaşdırılması ölkəmizin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə dövlət tərəfindən aparılan genişmiqyaslı tədbirlər 2020-ci ildə də gündən–günə genişlənməkdədir...

Bu fikri Milli Məclisinin deputatı Kamaləddin Qafarov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri S.Babayevi qəbul edərkən səsləndirdiyi fikirlərə münasibət bildirərkən söyləyib.

K. Qafarov bildirib ki, ötən il həyata keçirilən sosial islahatlar
Azərbaycanda 4,2 milyon nəfərin güzaranının yaxşılaşmasına əhəmiyyətli dərəcədə kömək etdi. Bu islahatlar paketinin ən önəmli istiqamətlərindən biri pensiyaların miqdarının artması idi. Azərbaycan üzrə minimum pensiyanın birdən-birə 72 faiz artımı təmin olundu və bu artım 660 min pensiyaçını əhatə etdi.  Ümumilikdə digər kateqoriyalar üzrə pensiyaçıları da buraya əlavə etdikdə, 750 min pensiyaçının sosial şəraitinin yaxşılaşdığının şahidi olduq. Sırf yaşa görə orta aylıq pensiyanın 350 manata çatdırılması isə bu sahədə
cari səylərin əsas hədəfidir.

Millət vəkili qeyd edib ki, memarı və əsas istiqamətvericisi Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyev olan dinamik və davamlı
islahatların əsas məramı ölkədə işsizliyin səviyyəsinin azaldılaraq minimuma
çatdırılması, əhalinin istehsal və xidmət sahələrinə cəlb olunması və
özünüməşğulluq proqramlarının tətbiqi yolu ilə rifahının yüksəldilməsinə
nail olmaq, əhalinin sosial qayğıya ehtiyacı olan təbəqələrinin həyat şəraitini
yaxşılaşdırmaqdır. Bu strateji hədəflərinin reallaşdırılması üçün bu il ölkədə
daha 8 DOCT Agentliyinin yaradılması, özünüməşğulluq proqramlarına 11min
ailənin cəlb edilməsi, 85-90 min ailənin ünvanlı sosial yardım proqramı ilə
əhatə olunması, şəhid ailələri və müharibə veteranları üçün 1500 evin tikilib
istifadəyə verilməsi nəzərdə tutulur.

Millət vəkili Kamaləddin Qafarovun fikrincə, dünyanın əksər ölkələrini
bürümüş koronavirus təhlükəsi səbəbli neft gəlirlərinin azaldığı bir dönəmdə
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin islahatların
daha da şaxələndirilməsi və inkişaf etdirilməsi mesajini verməsi çox
ibrətamizdir. Prezidentimizin bəzi məmurlara sərt xəbərdarlığı, neqativ hallara
qarşı amansız mübariz anonsunu verməsi həm cəmiyyəti ümumi bəlaya qarşı
səfərbər edir, həm də hər bir vətəndaşın konkret şəraitdə vəzifələrini bir daha
aydın şəkildə müəyyənləşdirir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar