Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sosial müdafiə ilə bağlı Azərbaycanda həll olunmamış problemlər var” - Natiq Cəfərli

Özünüməşğulluq proqramı hazırda əhalinin yardıma ehtiyacı olan təbəqəsinin ehtiyaclarını ödəmək üçün yetərlidir?...

İqtisadçı-ekspert: “İqtisadiyyat nazirinin dediyində bir məntiq var. Çünki obrazlı desək hökümət əhaliyə bir balıq, bir də balıq tutmaq üçün tilov verir”.

“Hələ də hökümət tərəfindən özünüməşğulluqla bağlı normal, işlək proqram təqdim edilməyib və həyata keçirilməyib”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli iqtisadiyyat naziri Mikayıl Cabbarovun “ünvanlı dövlət sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”, fikrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Milli Məclisin iclasında çıxışı zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov: “Ünvanlı dövlət sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”, deyib.

M. Cabbarov qeyd edib ki, bu ilin 9 ayında Azərbaycana gələn turistlərin sayı 2.4 milyon nəfəri ötüb: “Görülən işlər nəzərə alınaraq, gələn il turizm sektorunda 6 faiz, növbəti 3 ildə 5,6 faiz artım gözlənilir. Büdcə investisiyalarının azalması fonunda qeyri-neft investisiyalarının gələn il 11 faiz artması proqnozlaşdırılır. Ötən 10 ayda qeydə alınan əmək müqavilələrinin sayında 17 faiz artım olub. Görülən işlər nəticəsində ilk dəfə olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq. Bununla belə, hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”.

Özünüməşğulluq proqramı hazırda əhalinin yardıma ehtiyacı olan təbəqəsinin ehtiyaclarını ödəmək üçün yetərlidir və əhalinin yardıma ehtiyacı olan qisminin ehtiyaclarının qarşılanması üçün ilk növbədə hansı addımlar atılmalıdır?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Özünüməşğulluq proqramı effektiv olsaydı, insanlar özləri üçün iş yerləri, gəlir mənbəyi yarada bilsəydilər sosial müdafiəyəyə ehtiyac qalmazdı”.

Azərbaycanda həm sosial müdafiə tədbirlərinin, həm də özünüməşğulluq proqramlarının olduğunu nəzər çatdıran iqtisadçı-ekspert əlavə edib ki, amma heç biri də effektiv deyil:

“Ölkədə özünüməşğulluq proqramları yetərli olsaydı sosial müdafiə tədbirlərinə ehtiyac qalmazdı. Azərbaycanda sosial müdafiəyəyə ehtiyacı olan insanların sayı kifayət qədər çoxdur. Buna görə də sosial müdafiə ilə bağlı Azərbaycanda həll olunmamış problemlər var.

İqtisadiyyat nazirinin dediyində bir məntiq var. Çünki obrazlı desək hökümət əhaliyə bir balıq, bir də balıq tutmaq üçün tilov verir. Bizdə indi hökümət ikisinin arasında qalıb. Yəni ölkədə həm sosial müdafiə tədbirləri, həm də özünüməşğulluq proqramları var. Amma heç biri də effektiv deyil. Təbii ki, özünüməşğulluq proqramı effektiv olsaydı insanlar özləri üçün iş yerləri, gəlir mənbəyi yarada bilsəydilər sosial müdafiəyəyə ehtiyac qalmazdı.

Açığı bu sahədə problemlər həddindən artıq çoxdur. Birincisi özünüməşğulluğun mərkəzləşdirilmiş qaydada dəstək proqramına ehtiyacı var. Yəni insanlara treninq keçirilməli, hansısa sahədə onların biliklərin artırılmasına, mütəxəssis yardımına, hər hansısa formada hesabatlılığın aparılmasına, biznes planlarının yazılmasına və həyata keçirilməsinə ehtiyac var. Həmçinin sahələr üzrə mütəxəssislərin köməyinə, məsələn turizm üzrə bir mütəxəssis, istehsalat, xidmətdirsə, digər növ mütəxəssislərin yardımına ehtiyac var.

Natiq Cəfərli: “Ölkədə həm sosial müdafiə tədbirləri, həm də özünüməşğulluq proqramları var. Amma heç biri də effektiv deyil”.

İkincisi isə ehtiyacı olan insanların uzun müddətli və çox az faizli kreditlərə çıxış imkanları demək olar ki, sıfırdır. Pulsuz da özünüməşğulluq proqramının hansısa növü ilə məşğul olmaq olmur. Hətta həm daxili, həm də xarici bazarlara çıxış imkanları çox məhduddur. Özünüməşğulluqla məşğul olan insanların daxili və xarici bazarlara daha asan çıxış mexanizmləri tapılmalıdır.

Həmçinin prioritetlər də elan olunmalıdır. Məsələn dünyanın bir çox yerlərində, məsələn turizmi inkişaf etdirmək ölkələrdə özünüməşğulluq mühum rol oynayır. Yəni dövlətin yardımı vasitəsi ilə müxtəlif ev hoteller şəbəkəsi yaradılır.

Turizm sahəsində özünüməşğulluqla bağlı kifayət qədər imkanlar var. Amma çox təəssüf ki, baxmayaraq ki, Azərbaycan turizmi prioritet elan edib bu imkanların yerinə yetirilməsi üçün imkanlardan istifadə edə bilmir. Belə layihələr çox azdır. Deməli hələ də hökümət tərəfindən özünüməşğulluqla bağlı normal, işlək proqram təqdim edilməyib və həyata keçirilməyib”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar