Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sorosun ideologiyasını yeridən gənclər təşkilatları dövlətlərə təzyiq aləti kimi yaradılır”

“Soros Fondunun əsas rəhbər tutduğu “açıq cəmiyyət” ideyası dünyanı öz hökmranlıqları altında birləşdirməyi, ümumdünya hökumət qurmağı hədəfləyən qlobalistlər tərəfindən ortaya atılıb”

PİA.az xəbər verir ki, bunu “Report”a “Beynəlxalq Avrasiya Hərəkatı” (İEM) qeyri-hökumət təşkilatının sədr müavini, rusiyalı politoloq Valeri Korovin deyib. O, qlobalistlərin önündəki başlıca əngəlin milli dövlət və hökumətlərin olduğunu söyləyib.

“Ona görə də, çox vaxt qlobalistlərin tərtib etdikləri planlara qarşı çıxan, onlara müqavimət göstərən hökumətlər devrilir. Bu cür hökumətlərə qarşı təbii yolla yox, sırf qlobalist dairələrin fitvası, yaxından maliyyə, inzibati, siyasi iştirakı ilə qızışdırılan, qlobalist texnoloqlar tərəfindən yönləndirilən etiraz aksiyaları təşkil edilir. Yəni insan hüquqları və azadlıqları, demokratiya kimi bütün qlobalist cəfəngiyyatları əlində bayraq edib küçələrə çıxan nümayışçilər mütləq qlobalistlərin iradəsini ifadə edirlər. Burada azadlığa, demokratiyaya, insan hüquqlarına dəxli olmayan siyasi texnologiyaların işə salındığını görürük”, – politoloq vurğulayıb.

Məşhur amerikalı sahibkar Corc Sorosun qloballaşma proseslərindəki yeri və rolu barədə danışan İEH sədrinin müavini onun “açıq cəmiyyət” konsepsiyasının banisi, qlobalistlərin "müqəddəs kitabı" saydıqları “Açıq cəmiyyət və onun düşmənləri” əsərinin müəllifi Karl Popperin fikirlərini yaydığını, “açıq cəmiyyət” nəzəriyyəsini həyata keçirməkdə texniki vasitəçilik edən transmilli təşkilat və şirkətlərlə çalışdığını bildirib: “Sorossuz həmin ideya bu dərəcədə təkmil, səmərəli deyildi və bu qədər intişar tapmamışdı”.

İndiki dövrdə qlobalist hərəkatına gənclərin sürətlə cəlb olunduğunu diqqətə çatdıran V.Korovin Corc Sorosun ideologiyasını, mənafelərini yeridən gənclər təşkilatlarının müəyyən məqsədlərə çatmaq üçün dövlətlərin siyasi elit zümrələrinə təzyiq aləti kimi yaradıldığını bildirib: “Hər şeyin mənasını, mahiyyətini dərk etməyə can atan gənclər toplumun ən hərəkətli, pasionar təbəqəsi olduğuna görə yeni gördükləri bu fikirləri də həyata keçirməyə çalışırlar”.

Politoloqun fikrincə, öz fikirlərini yaymağa çalışan qlobalistlər onlara zidd olan bütün başqa fikirləri rədd edir, onları mənfi şəkildə təqdim edirlər: “Qlobalizmdən kənar nə varsa, pisdir. Açıq olmayan nə varsa, qapalıdır. İnsan hüquqları yoxdursa, diktatura var, totalitarizm var. Təcrübəsiz gənclər də bu kimi “qabaqcıl” don geyindirilən şüarlara tez aldanaraq onlara uyur, qlobalistlərin dalınca gedirlər”.

Qlobalistlərin idarə edəcəyi dünya qurmaq kimi başlıca hədəflə yanaşı, məhəlli miqyasda da siyasi, maliyyə, xammal hasilatı, təhlükəsizliklə bağlı hədəflərin də qarşıya qoyulduğunu qeyd edən politoloq yaxın onilliklər ərzindəki mübarizədə qlobalistlərin qələbə çalacağını, yoxsa qloballaşma əleyhdarlarının yerli mədəni, siyasi, dini ənənələrə əsaslanan müxtəlifliyi qoruyub xilas edəcəyinin bəlli olacağını deyib.

“Qloballaşmanın alternativi çoxqütblü, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların yanaşı yaşadığı, mürəkkəb mənalarla dolu, bəsitləşməmiş, korşalmamış, yəni robotların yox, insanların məskunlaşdığı həqiqi, ilkin dünyadır”, – V.Korovin vurğulayıb.

pia.az


Etiket: Soros İEM

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar