Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sorğu: Dünya əhalisinin təxminən yarısı 2021-ci ili nikbin qarşılayır

Dünya əhalisinin təxminən yarısı (43 faizi) yaxınlaşmaqda olan 2021-ci ilə nikbinliklə baxır. Bununla yanaşı, respondentlərin 26 faizi yeni ildə nəzərəçarpacaq dəyişikliklər gözləmir. Həmçinin rəyi soruşulan insanların 24 faizi və 7 faizi müvafiq olaraq bədbinlər və cavab verməyə çətinlik çəkənlərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Gallup International” müstəqil tədqiqat agentlikləri assosiasiyasının 41 ölkədə apardığı “Xoşbəxtlik indeksi” adlı qlobal sorğunun nəticələrində öz əksini tapıb.

Beləliklə, dünyada optimizm indeksi 19 faizə çatıb ki, bu da son üç ildə qeydə alınan maksimum göstəricidir.

Bu il ən nikbin ölkələr sırasına Nigeriya (69 faiz), İndoneziya (66 faiz) və Azərbaycan (65 faiz) daxil olub. Uzun illər ərzində ilk dəfə mənfi zonadan çıxan Böyük Britaniyada optimist əhval-ruhiyyədə yüksəliş qeydə alınıb – 39 faiz. Optimizm səviyyəsinə görə liderlər arasında, həmçinin ABŞ, Finlandiya, Qırğızıstan və Hindistan da var.

Vətəndaşlarının 2021-ci ilə pessimist yanaşdığı ölkələrə isə ənənəvi olaraq İtaliya (-43 faiz) və Honkonq (-34 faiz) başçılıq edir. Bu il onlara Bolqarıstan (–29 faiz) qoşulub. Polşa (-32 faiz) və Çexiya (-19 faiz) vətəndaşları da pessimist əhval-ruhiyyədədir. Həmçinin Tailand, Serbiya, Cənubi Koreya, Türkiyə və Rusiya -13 faizlə mənfi zonada yer alıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar