Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sonuncu 8 Mart...

Heç sərin yay axşamlarında yüngül mehin mığmığa topasını havada qarşısına qatıb qovduğunu görmüsünüzmü? 

Bəıi, qurdlar özlərini elə aparır ki, sanki onlar heç bir topa olaraq harasa qovulmurlar, sanki, heç nə olmamış kimi, öz topalarında bir an belə dayanmayaraq ora-bura vurnuxular.

Biz insanlar da beləyik. Həm ayrı-ayrı cəmiyyətlər, toplumlar kimi xaotik olaraq ora-bura vurnuxuruq, həm də bir bəşəriyyət kimi, zaman bir toplum olaraq bizim hamımızı harasa qovur.
Bəs bunları niyə deyirəm? Məlum olduğu kimi, 8 Mart "gender məzmunlu” ən az saylı bayramlardan biridir.

Mahiyyətcə o, zərif məxluğun bayramıdır və formaca isə güclü qövmün– biz kişilərin təntənəsidir, çünki, qadınlar bizdən inciməsinlər, məhz bu bayram vaxtı biz qadınlara öz zərif oyuncaqlarımız kimi baxır, onları sevindirməyə və əzizləməyə çalışırıq.

Ona görə də üç səbəbdən hər 8 Mart vaxtı mən onun sonuncu olacağından qorxuram. Birincisi, ona görə ki, bu bayram keçmişdən, solçulardan bizə qalan bayramdır. Odur ki, onun da bir gün, məsələn, 1 May kimi tarix kitablarına köç edəcəyindən ehtiyat edirəm, çünki 1 May heç də sovet bayramı deyildi. Düzdür, o da solçuluq ideologiyası ilə bağlı bir hadisə idi, amma bu bizə əsas verirdimi ki, götürüb onu tamam yasaq edək, xüsusən də o halda ki, dünyanın bir neçə ölkəsində insanlar bu bayramı heç bir problem olmadan qeyd edirlər...

İkinci nigarançılıq gender bərabərliyi ilə bağlıdır. Bilirsiniz, bu məsələnin də tamam ağını çıxardıblar. Məgər Tanrı kişini əkən, qadını isə doğan məxluq, qadını kişi üçün onun elə öz qabırğasından yaratmayıbmı? Doğrudanmı, qadınlarla kişilər arasında mütləq bərabərlik var və doğrudanmı bu iki məxluğun biri-birindən heç bir fərqi yoxdur? Doğrusu, mən belə düşünmürəm. Amma getdikcə artan və artdıqca da sərhəd bilməyən "gender bərabərliyi” söhbətləri ona gətirib çıxara bilər ki, qadınlar və ya kişilər etiraz edər ki, bəs qadınla kişi tam bərabərdirsə, onda ayrıca qadın bayramına ehtiyac yoxdur...

Üçüncü gileyim demokratiya və azadlıqla bağlıdır. Bəndəniz özünü həmişə demokrat və demokratiyanın qara fəhləsi hesab edib. Amma son illərdə elə hadisələr baş verir, elə suallar meydana çıxır ki, biz onlara cavab tapa bilmirik, onlara yozum verməkdə aciz qalırıq.

İndi cəmi Dünya ölkələri totalitar demokratiya, liberal demokratiya və bir də post-liberal dövlətlərə bölünüblər. Ən çox sual doğuransa sonuncu – leberalizmi də arxada qoyan, yəni post-liberal ölkələrdir. Əgər feminizm tərəfdarları qadınların kişilərə bərabərləşməsini, onların təkcə hüquqca yox, elə başqa parametrlərə görə də kişilərə bərabər tutulmasını hədəf götürübsə, homoseksualistlər kişiləri qadınlarla eyniləşdirmək və Tanrının, eləcə də hüququn qadınlara bəxş etdiyi özəlliklərin kişilərə də şamil edilməsini tələb edirlər. Buna görə də homoseksualizm Tanrının qoyduğu ən özəl qaydaları və ya bölgünü inkar edir, o səbəbdən də hətta feminizmdən də iyrənc bir tendensiyadır...

Odur ki, 8 Martı lap ürəkdən bayram edin, qadınlarınızı imkanınız verdiyi, gücünüz çatana qədər sevindirməyə çalışın, çünki kişi o vaxtadək kişi kimi qalır ki, həyatda onun öz qadını və eləcə də başqa qadınlar var. Əks təqdirdə hamı qulağına sırğa taxıb qadın kosmetikasından istifadə edərdi. Bilirsiniz, insan nə qədər eqoist olsa da, nə qədər bir fərd kimi azad olmağa çalışsa da bizim hər birimizin insan olmağımızdan irəli gələn öhdəliklərimiz də vardır. Bu öhdəliklər odur ki, həyat davam etməlidi, bəşəriyyət yaşamalı və azalmamalıdır. Demək ki, bəzi məsələləri "qavramaq”da biz guya Tanrının özünü də qabaqlamış və ondan qabağa keçmişik, bu adi bir gülünclük, bəlkə də cinayət olardı və bizi də Tanrı İncildə təsvir olunan şəhər kimi yandırıb yox edərdi...

pia.az 


Etiket: 8 Mart


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar