Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son nəfəsində silahına sarılan 18 yaşlı xüsusi təyinatlı

Vətən müharibəsində onlarla düşməni məhv edərək qəhrəmancasına şəhid oldu. Söhbət Daşkəsən rayon Zağalı kənd sakini, 18 yaşlı Muraz İlham oğlu Cabbarovdan gedir.

M.Cabbarov Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Az bir zamanda döyüş sirlərinə sahib olan və bir çox silahlardan istifadə etməyi bacaran gənc əsgərin xidməti dövründə Vətən müharibəsi başlayır. O, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabırın 30-da düşmənin snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.

"Report"un Qərb mərkəzinin çəkiliş qrupu şəhidin evində yaxınları ilə həmsöhbət olub.

Şəhidin anası Zeynəb Cabbarova övladını itirməsindən acı duysada şəhid olmasından qürur hissi yaşadığını bildirib.

"Övladımla fəxr edirəm. O, şəhid olaraq mənim də başıma uca elədi. O, hərbi xidmətə gedən zaman tamam başqa yerə düşmüşdü. Lakin öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmaq istəyir və ora gedir. Deyəndə ki, daha rahat olan bir yerini niyə dəyişdin deyirdi ki, ana bura daha yaxşıdır, çünki burda mən daha rahatam. Həmişə əsgər yoldaşlarından, komandirlərindən razı olub. Sonuncu dəfə müharibədən öncə görüşmüşdüm. Dedi narahat olma az qalıb qayıdacam yanına, darıxma. Ondan sonra müharibə başlayanda bir dəfə zəng etdi, amma demədi ki, o da döyüşə gedir. Dedi özündən, qardaşlarımdan müğayət ol mənə görə də narahat olma mən başqa yerdəyəm, müharibə olan ərazidən kənardayam. Mən narahat olmayım deyə mənə demirdi döyüşə getdiyini. Sonra günlərlə əlaqə kəsildi, onda narahat olmağa başladım. Onun harda olduğunu bilmirdik. Xəstəxanaları axtardıq tapmadıq. Özümdə rahatlıq yarandı ki, onda elə bir yerdədir ki, bizimlə əlaqə saxlaya bilmir. Sonra bir də baxdım ki, balamın nəşini gətiriblər. Əslində bir ana kimi balama nəsə olduğunu hiss etmişdim. Amma istəmirdim övladımı itirdiyimi ağlıma belə gətirim. Yuxularıma girirdi. Onun haradasa rahat yatdığını hiss edirdim. Yoldaşıma dedim xəstəxanaları axtaraq bəlkə oğlumuz komaya düşüb ona görə əlaqə saxlaya bilmir bizimlə. Bəli o rahat yatırdı, amma şəhid olaraq. Elə həmin gün hiss etmişdim. Arzum idi ki, o qələbə ilə əlində bayraq evinə qayıtsın, qaytarılan torpaqlarda özü sevinərək gəzsin. Desin ki, buranı alanlardan biri də mən olmuşam. Lakin qisməti olmadı qələbə ilə bayrağa sarılmış tabutda gəldi. Bu kənddə tək şəhid anası mənəm, bütün şəhid analarına baş sağlığı verirəm. Bilirəm onlar da mənim kimi övlad acısı yaşayır. Lakin başımızı uca edən övladlarımız bizlərin qürurudur."

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar