Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son 5 ilin ən ciddi ərzaq böhranı yaşanır

Ərzaq təhlükəsizliyilə bağlı kəskin vəziyyətlə üzləşən, həyatda qalmaq üçün təcili yardıma möhtac olan insanların sayı son 5 ilin ən yüksək həddinə çatıb.

PİA.az xəbər verir ki, bu barədə Ərzaq Böhranlarına qarşı Qlobal Şəbəkənin hesabatında bildirilir. Belə ki, pandemiyanın tüğyan etdiyi 2020-ci ildə münaqişələr, iqtisadi böhranlar, təbii fəlakətlər nəticəsində 55 ölkə və bölgənin azı 155 milyon sakini kəskin aclıqla üzləşib ki, bu da əvvəlki ilə nisbətən 20 milyon nəfər çoxdur. Bununla da ilk belə hesabatın açıqlandığı 2017-ci ildən bu yana dünyada ərzaq təhlükəsizliyi böhranının durmadan artması bir daha məlum olub.

Əvvəllər daha çox Afrika ölkələrində qarşıya çıxan ərzaq təhlükəsizliyi əskikliyi probleminin artıq Əfqanıstan, Suriya, Yəmən, Haiti kimi ölkələrə də sirayət etdiyi, ötən il ən kəskin ərzaq böhranı ilə üzləşən on ölkə sırasına sadalananların daxil olduğu bildirilir.

Aclıq problemini şərtləndirən başlıca amillər arasında silahlı münaqişələr, bir çox hallarda COVID-19 pandemiyasının xüsusi rol oynadığı iqtisadi sarsıntılar, habelə meteorologiya əsaslı təbii fəlakətlər qeyd olunur.

Ərzaq Böhranlarına Qarşı Qlobal Şəbəkə 2016-cı ildə FAO, Avropa İttifaqı, Dünya Ərzaq Proqramı tərəfindən ərzaq böhranlarına qarşı mübarizə üçün təsis olunub. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar