Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son 4 ayda 3 böyük yanğın – İcra başçısı yenə hədəfdə

Bakının Nizami rayonu ərazisində son 4 ayda artıq 3-cü dəfədir ki, güclü yanğın baş verir

Baş verən yanğınların xüsusilə ictimai iaşə yerlərində olması diqqəti cəlb edir.

İlk yanğın martın 26-da Qara Qarayev küçəsində “Diqlas” Ticarət Mərkəzində baş verdi və hadisə nəticəsində mərkəz demək olar ki, külə döndü. Hadisə ilə bağlı araşdırmalar hələ də davam edir.

Növbəti yanğın iyunun 23-də eyni küçədə "X-Lady", “X-Man” və “İzabel” mağazalarının yerləşdiyi ticarət obyektində baş verdi. Bu yanğının qarşısı vaxtında alınmasa idi, böyüklüyünə görə “Diqlas”dan fərqlənməyəcəkdi.

Bu gün də Nizami rayonunda eyni hadisə təkrarlandı. “Ağ çiçəyim” gül mağazası yandı.

Bütün bu hadisələrdən sonra önə çıxan əsas şəxs rayonun icra başçısı Arif Qasımov olur. Həm mediada, həm də sosial şəbəkələrdə ittiham hədəfinə icra başçısı çevrilir. Bu da təbii olaraq ortaya müəyyən şübhələr və suallar çıxarır.

Bu olayların arxasında icra başçısının “vurulması” dayana bilərmi? Yanğınlar təxribat ola bilərmi? Əgər təxribat varsa, icra başçısının vəzifəsindən azad olunmasını kimlər istəyir? Növbəti hadisə nə olacaq?

Bakının ən böyük rayonlarından olan Nizami rayonunu hər zaman ayrı-ayrı məmurların maraq dairəsində olub. Hətta vaxtilə MTN rəhbərliyinin rayondakı ticarət mərkəzləri və “8-ci km bazarı” ilə bağlı apardığı savaş sonradan üzə çıxmışdı.

İndiki halda belə bir savaşın olub-olmaması haqda heç bir məlumat yoxdur. Sadəcə ehtimallar var ki, bunları da qeyd etdik.(yeni sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar