Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Son 15 ildə orta erməni hər bir azərbaycanlıdan 43 dollar çox qazanıb” – Qubad İbadoğlu

Bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib

MDB Statistika Komitəsinin məlumatına görə, 2005-ci ildə Ermənistanda orta aylıq nominal əmək haqqı 114 dollar təşkil edib, bu ilin aprelin 1-ə həmin göstərici 364 dollara qalxıb, yəni son 15 ildə ermənilərin maaşları orta hesabla 250 dollar artıb. Azərbaycanda 2005-ci ildə orta aylıq əmək haqqı 131 dollar idisə, hazırda 338 dollar təşkil edir. Bu o deməkdir ki, müqayisə olunan dövr ərzində Azərbaycanlılıarın orta aylıq nominal əmək haqqı 207 dollar artıb, yəni son 15 ildə orta erməni hər bir azərbaycanlıdan 43 dollar çox qazanıb”.

Bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib:

“Diqqət edin, heç bir resursu olmayan Ermənistanda orta aylıq əmək haqqının artımı neft-qaz bumunu yaşayan Azərbaycanla müqayisədə 43 dollar yüksək olub. Bu bir daha göstərir ki, Azərbaycanda gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünə görə vətəndaşlar dövlətin iqtisadi siyasətindən ermənilərlə müqayisədə daha az faydalanırlar.

Müqayisə üçün qeyd edim ki, aprelin 1-ə olan məlumata görə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 338 dollar, Ermənistanda 364 dollar, Ukraynada 390, Gürcüstanda 398 dollar, Qazaxıstanda 444, Belarusda 471 dollar, Rusiyada 695 dollardır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar