Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son 15 ildə Azərbaycanda 100 mindən çox müəssisə yaradılıb: O müəssisələr haradadır?...

İqtisadçı-ekspert: “Yaradılan müəssislərin böyük hissəsi ancaq vergidən yayınmağa xidmət edib”

“Dünyada belə bir praktika var ki, yatırılan hər dollar heç olmasa, özünü doğrultmalı və əlavə olaraq 10-15 sent pul qazandırmalıdır. Bu Azərbaycanda əksinə olur və yatırılan vəsait əlavə dəyər yaratmır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli statistikaya əsasən 2000-ci illərdə Azərbaycanda 100 mindən çox müəssisənin yaradılmasını və Azərbaycan iqtisadiyyatına 300 milyard dollara yaxın sərmayə qoyulmasını PİA.az-a şərh edərkən qeyd edib.

Rəsmi statistikaya əsasən 2000-ci illərdə Azərbaycanda 100 mindən çox müəssisə yaradılıb. Təbii ki, bu müəəsisələrin böyük hissəsi "10manatlıq" müəssisələrdir. Həmçinin satatistik rəqəmlərdən görünür ki, 2000-ci illərdə Azərbaycan iqtisadiyyatına 300 milyard dollara yaxın sərmayə qoyulub. 300 milyard sərmayə ortalama Azərbaycanın 15 illik büdcəsi deməkdir. Bəlkədə bundan daha çoxdur.

Açılan müəssisələrə də baxarsaq 100 min çox böyük rəqəmdir. Bu müəssisələr harada və necə fəaliyyət göstərir? Ümumiyyətlə 300 milyard dollara yaxın sərmayələrin qazancları və iqtisadi inkişafa verdiyi töhfələri ilə bağlı nə demək olar və Azərbaycan iqtisadiyyatı özündə 300 milyard dollara yaxın sərmayəni göstərə bilirmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Azərbaycan iqtisadiyyatına yatırılan hər dollar əlavə dəyər yaratmır”.

2000-ci illərdə Azərbaycanda bir şəxs çox qısa zamanda bir neçə müəssisə yaradaraq öz dövriyyəsini bölüyünü xatırladan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, aradılan müəssislərin böyük hissəsi ancaq vergidən yayınmağa xidmət edib. Belə ki, işbazlar dövriyyəni bölməklə əlavə dəyər vergisindən, yəni 18 faiz vergidən azad olunmalarına çalışırıblar. Statistikada yaradılan kimi göstərilən müəssisələrin böyük əksəriyyəti bununla bağlıdır:

“Bu rəqəm müəssisələrin yaranması yox qeydiyyatdan keçməsidir. Çünki 2000-ci illərdə Azərbaycanda bir şəxs çox qısa zamanda bir neçə müəssisə yaradaraq öz dövriyyəsini bölürdü. Dövriyyəni bölməklə də əlavə dəyər vergisindən, yəni 18 faiz vergidən azad olunmalarına çalışırdılar. Yəni aradılan müəssislərin böyük hissəsi ancaq vergidən yayınmağa xidmət edib. Statistikada yaradılan kimi göstərilən müəssisələrin böyük əksəriyyəti bununla bağlıdır. O müəssisələr ancaq dövriyyənin bölünməsində iştirak edir və bir daha qeyd edim ki, dövriyyənin bölünməsi şərti ilə də vergidə qanuni güzəştlərin əldə edilməsinə nail olurdular.

Bu günə qədər də bu praktika var. Buna görə də yeni müəssisələrin yaranmasını istehsal sahələrinin genişlənməsi kimi dəyərləndirilməsi doğru deyil. Bu sadəcə formal olaraq az zamanda, az vəsait hesabına yaradılmış müəssisələrdir ki, vergidən qanuni yolla yayılmalarda istifadə olunub”.

Natiq Cəfərli: “Azərbaycan iqtisadiyyatının real sektoruna yatırımlar çox az olub”.

Sərmayələrlə bağlı ekspert PİA.az-a bildirib ki, Azərbaycanda böyük sərmayələr neft, qaz sahəsi üzərində qurulub. Lakin iqtisadiyyatın real sektoruna yatırımlar çox az olub:

Azərbaycanda böyük sərmayələr neft, qaz sahəsi üzərində qurulub. Bu da Azərbaycan iqtisadiyyatının onurğa xəttini təmsil edir. Çünki neft, qaz sektoru olmasa Azərbaycan ən kasıb ölkələrdən birinə çevrilə bilər. Yatırımların böyük əksəriyyəti də enerji sektoruna olunub və demək olar ki, özünü doğruldub. Çünki enerji sahəsində çox böyük layihələr həyata keçirilib.

Sonuncu “Cənub Qaz Dəhlizi Layihə”si, yəni “Şahdəniz 2”, TANAP və TAP layihələrinin ümumi dəyəri təxminən 46 milyard dollardır. Bundan əvvəl “Azər-Günəşli-Çıraq layihə”si, “Bakı-Tbilisi boru kəməri”, “Bakı-Ərzurum-Qars kəməri” və çoxlu sayda layihələr olub.


Çox təəssüf ki, iqtisadiyyatın real sektoruna yatırımlar çox az olub. Digər yatırımların böyük bir hissəsi də infrastruktur layihələrinə, yəni yol çəkilişinə, məktəb tikintisinə, xəstəxanaların təmir olunmasına, şəhərin mərkəzində söküntü işlərinin aparılmasına xərclənib.

Natiq Cəfərli: “Azərbaycanda real iqtisadiyyata da yatırımlar olmalı idi ki, bunun dəyəri olsun”.

Azərbaycan iqtisadiyyatına yatırılan hər dollar əlavə dəyər yaratmır. Dünyada belə bir praktika var ki, yatırılan hər dollar heç olmasa, özünü doğrultmalı və əlavə olaraq 10-15 sent pul qazandırmalıdır. Bu Azərbaycanda əksinə olur və yatırılan vəsait əlavə dəyər yaratmır.

Mən demirəm ki, infrastruktur layihələr olmamalı idi. Təbii ki, SSRİ-dən çıxmış ölkə idik. Buna görə yollar da çəkilməli idi, məktəblər də tikilməli idi. Amma bu işlərlə bərabər real iqtisadiyyata da yatırımlar olmalı idi ki, bunun dəyəri olsun. Yəni yol özü-özlüyündə dəyər yaratmır. Amma yaxşı yol, yaxşı infrasturuktur biznesin inkişafına yardımçı olur. Yəni mal və ticarət dövriyyəsinin surətini, keyfiyyətini artırır. Bu nöqteyi nəzərdən infrastruktur layihələri iqtisadi artıma yardımçı olmadılar. Ən çox problem məhz bu yöndədir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar