Bazar, 17 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Son 1 ildir davam edən qlobal böhran və ictimai rəy...

“Stadler dünyada yüz milyonlarla insanın əziyyət çəkdiyi bir zamanda milyarderlərin sərvətlərinin artmasının xalqın qəzəbinə səbəb ola biləcəyini söyləyib”...

Seyyit Nezir
“Aydınlık” qəzeti, Türkiyə, 26 noyabr 2020-ci il

Rəqəmsal texnologiyanın sürətli inkişafı ilə birlikdə illərdir davam edən müharibə, yoxsulluq və işsizlik sıxıntıları miqrasiya dalğalarına səbəb olarkən, bu il də Covid-19 qlobal epidemiyasına düçar olan bəşəriyyət keçən mart ayında qəfildən sosial xaosa düşdü. Hər kəs qorxu içində “mədəniyyət dağılırmı?”, “insanların nəsli kəsiləcəkmi?”, “çıxış yolu haradadır?” tipli suallar verməyə başladıqda elm adamları ilə yanaşı, həm də ziyalılar və sənətçilər mediada, sosial şəbəkələrdə müzakirələr aparmağa və milyonlarla insan öz dərdlərini dünyanın bir ucundan o birinə ötürməyə başladı. Hər insan özünü təhdid və təhlükə altında hiss edir, bəşəri depressiyaya çevrilən sosial problemləri bir-birinə çatdırdıqdan sonra həll yolu axtarırdı. Tam bu nöqtədə “nə etmək lazımdır?” sualına az da olsa cavab vermək üçün sorğu keçirdik.

Suallarımıza bir çox “məşhur ulduzlar”dan cavab gəlməsə də, 50-dən çox ziyalı və sənət adamından dəyərli və düşündürücü cavablar gəldi. Bu vəziyyətdə həmin cavabların bəzilərindən sitat gətirmək yerinə düşər.

Hasan Varol: “Covid-19 zərərli olduğu qədər, faydalı da oldu və insanlara çox şey öyrətdi. Ölümlər çoxdur, amma dünya yeni bir təcrübə qazanaraq birlikdə bunu aşmağa çalışır. Hər bir şüurlu fərd həmişə insanlara qarşı məsuliyyət hissi daşıyacaq”.

İrfan Yıldız: “Bütün bəşəriyyətin və yer üzünün sonunu gətirdikdən sonra, kapitalizmin ölümü heç bir işə yaramayacaq. Kapitalist dəlilik texnologiyanı bir hökmranlıq vasitəsi olaraq görür və yalnız öz qrupunu, qlobal oliqarxiyanı əlində tutmaq istəyir. Kapitalizm alın yazısı deyil”.

Fethi Demir: “Mən də inanıram ki, Demoklun qılıncı kimi müəyyən dominant kütlənin əlində olan texnologiya cəmiyyətləri nəzarətdə saxlamaq üçün istifadə olunan bir silaha çevrilməyə başlayıb. Ancaq onu da bildirməliyəm ki, tək bir ölkənin bu qlobal dəliliyi dayandırması ilə bağlı yanaşmaları da yarımçıq hesab edirəm”.

Ali Rıza Özkan: “Yeni Orta Əsrlər, əslində, kapitalist sivilizasiya xəyalının iflasından başqa bir şey deyil. Bu günkü xarakteristikası depressiyadır. İnsan bir fərd, bir ziyalı və ya kapitalist istehsal münasibətlərinin sahibi olaraq böhran keçirir. Yeni Orta Əsrlər də kapitalizmin böhran vəziyyəti ilə dağılma mərhələsi arasındakı bir keçiddir”.

Levent Özbek: “Bu proses kapitalın yer dəyişdirmə üsuludur. Rəqəmlər kapitalın necə əl dəyişdirdiyini açıq şəkildə izah edir: Koronavirus epidemiyası dövründə dünyadakı milyarderlərin sərvəti 27,5% artaraq 10,2 trilyon dollara çatıb. Stadler dünyada yüz milyonlarla insanın əziyyət çəkdiyi bir zamanda milyarderlərin sərvətlərinin artmasının xalqın qəzəbinə səbəb ola biləcəyini söyləyib. Stadler əvvəllər zənginlərlə kasıblar arasındakı bu nəhəng bərabərsizliyin qlobal üsyan təhlükəsi yaratdığına dair də xəbərdarlıq etmişdi”.

Seçkin Zengin: “Gələcək üçün ümidliyəm. İnsan passivlikdən çıxacaq. Bəşəriyyəti həyata qovuşduracaq proseslərdən biri də insanların düşünməsinə səbəb olan Covid-19 epidemiyasıdır. Epidemiya hamımızı sıfırladı. İnsani əlaqələrin yenidən dəyərləndiriləcəyi dövrə qədəm qoyacağıq”.

Seval Arslan: “İnsan həm siyasi, həm də mədəni bir varlıqdır. Sənətkarlar, kişilər və ya qadınlar eqolarına qalib gəlib, intizamlı bir həmrəylik içində dünyanın ağlayan üzünü dəyişdirə bilərlər”.

Selami Karabulut: “Covid-19 dövrümüzün ən böyük bəlasıdır. Bəşəriyyətin bütün təcrübəsi əskidən hazırlanmış bir maskadan kömək istəyəcək hala gəldi və bu çox acınacaqlıdır. Mən “Sevgi Poetikası” kitabımı lirika manifesti kimi yazmışdım. Bu, lirikanı incəsənətdən qovmağa çalışanlara qarşı bir üsyan idi”.

Gördüyünüz kimi, qlobal depressiya hələ də özünü təkrar edir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Covid-19

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

Vüqar Səfərlidən 26 milyon manat tələb olunur – Onun Əli Həsənovu satdığı iddia olunur...

Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur

“Əliyevin bu planının hədəfini anlamıram” - Paşinyandan etiraf

Əli Həsənovu həbsxanaya aparan yol - Biznes imperiyasında nələr var

Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcəyi açıqlanıb

İlham Əliyevdən “Azərlotereya” ilə bağlı sərəncam

Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama

Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?”

Koronavirusdan da betər epidemiya yayılıb” - Rusiyalı həkim

Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək

loading...

Ən çox oxunanalar