Cümə, 21 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Somalidə partlayış nəticəsində Türkiyə vətəndaşları xəsarət alıblar

Somalinin cənubundakı Afqoye şəhərində terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində Türkiyə vətəndaşları da daxil olmaqla azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb...

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum türkiyəli işçiləri Somalinin paytaxtı Moqadişoya gedən yolda müşayiət edən polis karvanına qarşı törədilib.

Somali hökumətinin nümayəndəsi İsmail Muxtar Oronco ölənlər arasında Somalinin xüsusi təyinatlılarının komandanının müavininin də olduğunu söyləyib.

Türkiyənin Moqadişodakı səfirliyindən verilən məlumata görə, partlayış nəticəsində 4 mütəxəssis yaralanıb. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. Türkiyənin Müdafiə Nazirliyi hücumu qınayıb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Somali


loading...

Ən çox oxunanalar