Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şok doktrinası”nın oyanışı: İraq, Livan və Əlcəzair üsyanlarının daxili və xarici səbəbləri...

Yaxın Şərqdə və Şimali Afrikada yerləşən ərəb ölkələrinin tarixi inkişafına və sosial-iqtisadi fərqlərinə görə yeganə bir ərəb dünyasının yaranması mümkün görünmür...

Onur Sinan Güzaltan
“Aydınlık” qəzeti, Türkiyə, 6 noyabr 2019-cu il

İraq, Livan və Əlcəzairdə neçə həftədir davam edən ictimai aksiyalarla bağlı iki müxtəlif fikir ortaya çıxır:

1. Aksiyaların arxasında “xarici qüvvələr” var.

2. İqtisadi böhran və hökumətin etdiyi qanunsuzluqlara vətəndaşlar etiraz edirlər və hökumət də xarici qüvvələrin dəstək verməsi iddialarını ortaya ataraq aksiyaları zəiflətməyə çalışır.

Hər iki fikrin haqlı və haqsız tərəfləri var.

“Daxili dinamikalar və xarici qüvvələr” arasındakı müzakirə başlamadan əvvəl “Ərəb Dünyası” məsələsində bir nöqtəni xüsusilə vurğulamaq lazımdır: Yaxın Şərqdə və Şimali Afrikada yerləşən ərəb ölkələrinin tarixi inkişafına və sosial-iqtisadi fərqlərinə görə yeganə bir ərəb dünyasının yaranması mümkün görünmür.

Lakin ərəb ölkələri arasında dil və din baxımdan bir əlaqə olduğunu da unutmayaq.

Millətləşmə problemi

Ümumiləşdirmə aparmadan aksiyaların davam etdiyi ölkələrdəki struktur problemlərini nəzərdən keçirək.

Bu struktur problemləri nələrdir?

Livan və İraq konstitusiyaları işğalçı qüvvələrin təsiri ilə qələmə alınıb, həmçinin, bu ölkələrdəki etnik və məzhəb fərqlərini ön plana çıxaran və rəsmiləşdirən maddələrdən ibarətdir.

İki ölkədə də qanuni idarələrin rəhbərləri məzhəbinə görə seçilir. Ona görə də, birbaşa olaraq dövlətin əliylə ölkədə yaşayan müxtəlif qrupların bir millət halına gəlməsinin qarşısını alınır.

Əlcəzairdə isə fransız tipli milli dövlət prinsipləri hakim olsa da, dünyəvilik məsələsində yaranan tərəddüdlərə görə millətləşmə prosesi yarımçıq qalıb. Həmçinin, Kabil ərazisində yaşayan
“bərbəri”lərin inteqrasiyası ilə bağlı ciddi problemlər var.

Millətləşmə prosesinin tamamlanmaması hər 3 ölkədə də problemlər yaradır. Aksiyalara nəzər saldıqda görürük ki, etirazların səbəbi, xüsusilə Livandakı etnik bölünməyə qarşı millətçilik prinsipinin önə sürülməsidir.

“Şok doktrinası”nın oyanışı

Struktur problemlərinin digər bir tərəfi isə iqtisadi böhranlardır. Bu məsələdə Amerika imperializminin dünyaya yeritdiyi “Şok doktrinası”nı xatırlamaq lazımdır.

Milton Fridmanın öncüllük etdiyi Çikaqo məktəbi, yeni dövlətin iqtisadiyyata müdaxiləsini məhdudlaşdıran, özəlləşdirilməyə yol açan neo-liberal iqtisadi proqramı Reyqanın və Tetçerin əliylə 80-ci illərdə tətbiq edilməyə başlanıb.

“Şok doktrinası” adlanan və beynəlxalq sərmayənin dövlətlər və xalqlar üzərində hegemonluq qurmasını diqtə edən bu proqramı rədd edilən liderlər və siyasi qruplar hərbi əməliyyatlar həyata keçirmişdi.

Çilidə sosialist Ayendenin devrilməsi, Türkiyədə 12 sentyabr çevrilişi və sonuncu dəfə Yuqoslaviyanın parçalanması bu doktrinanın ağla gələn ilk hissələridir.

Bu gün iqtisadi əsaslı aksiyalara şahidlik edən İraq ABŞ işğalından sonra “Şok doktrinası”na məruz qalıb. Dünya bankının göstəricilərinə görə, İraq əhalisinin 25%-i aclıq səviyyəsində yaşayır və 40 milyona yaxın iraqlı da gündə 6 dollarla dolanmağa çalışır. Federal quruluşu olan İraqda neft gəlirlərinin paylanmasında da etnik və məzhəb faktoru çox böyük rol oynayır.

Həmçinin, Livanda baş verən və dövlət qurumlarını məhv edən vətəndaş müharibəsi və işğalların da altında Fridmanın doktrinası yatır. Bu gün ölkə nüfuzunun 1/4-i aclıq səviyyəsində yaşayır.

Hər iki ölkədə də bu prosesdə dövlət öz gücünü itirərkən, iqtisadi zənginliyə sahib olan, beynəlxalq sərmayə ilə ortaqlıq edən dar qruplar ortaya çıxmağa başlayıb.

Əlcəzairdə imperializmin əliylə qızışdırılan qanlı bir vətəndaş müharibəsi (1990-2000) baş versə də, Əlcəzair bu prosesdən fransızlara qarşı mübarizə aparmış Milli Qurtuluş Cəbhəsinin təcrübəsi ilə xilas ola bildi.

Lakin 1962-ci ildəki azadlıqdan bu yana dar bir qrupun hegemonluq etməsi nəticəsində ölkədə qanunsuzluq baş alıb getdi.

İmperializmin rolu

İraq, Livan və Əlcəzairdəki nümayişlərdə önə çıxan iqtisadi böhran və qanunsuzluq məsələlərini ancaq bu şərtlərlə başa düşə bilərik.

Qısaca, hər üç ölkədə də mövcud olan sosial-iqtisadi sahələrdəki problemlər ictimai bölünməyə və bərabərsizliyə yol açıb. Sözügedən ölkələrdə beynəlxalq maliyyə-kapital sisteminin və təbii sərvətlərin üzərinə çökmüş qisimlərin iqtidar üzərində çox güclü təsiri var. Aksiyaların yaranma səbəbi də bu qruplara və ədalətsizliyə qarşı bir reaksiyadır.

Bu problemlərin tarixi səbəblərinə vardıqda işğal və iqtisadi sanksiya silahından istifadə edən Leninin kapitalizmin ən yüksək həddi hesab etdiyi imperializmlə üz-üzə gəlirik. Lakin bu gün imperializmin ölkələrinin daxili işlərinə qarışmasına zəmin yaradan səbəblər liderlərin idarə edə bilməməsi və Qərb mərkəzli kapitalizmə alternativ olan bir istehsal mexanizmi yarada biləməməsidir.

Problemləri təkcə “xarici qüvvələr”in boynuna atmaq idarəçilərin səhvlərini pərdələyəcək.

Lakin digər tərəfdən təbii olaraq İraq, Livan və Əlcəzairdəki nümayişlərdə xarici faktorların önəmini də qeyd etmək lazımdır.

Bu 3 ölkədə davam edən aksiyaların əvvəlində olmasa da, proses ərzində ABŞ-İsrail-Fransa və Səudiyyə Ərəbistanının müdaxilələrini göstərən bir çox sübutlar var.

Sivil cəmiyyət təşkilatları, media və təriqətlər “xarici qüvvələr” tərəfindən aksiyaları idarə etmək üçün istifadə olunurlar. Qeyd edim ki, aksiyaların başlanma səbəbi ölkələrin daxili səbəblərinə və struktur problemlərinə əsaslanır. Xarici qüvvələrin həmlələrini isə belə sadalamaq olar:

1. İraq və Livan vasitəsilə İranı zəiflətmək

İraq və Livan İranın ABŞ-İsrail xəttinin hücumlarını qarşıladığı ön cəbhələr kimi qiymətləndirilir.

Hər iki ölkədə də iqtisadi tələbələrlə başlayan aksiyaların Qərb mediası və kəşfiyyat təşkilatları tərəfindən İranİrana yaxın olan qruplara (Hizbullah, Həşdi-Şəbi) qarşı yönləndirildiyini təsbit edirik.

Bölgədəki qaynaqlar qeyd edir ki, xalqın üzərinə atəş açılması, təxribatçı aktkar və yağmalanma hadisələri kəşfiyyat təşkilatları tərəfindən törədilir.

Bu nöqtədə İran dini lideri Əli Xameneinin aksiyalarla bağlı açıqlamasını xatırlamaq lazımdır: “ABŞ və Qərb ölkələrinin kəşfiyyat xidmətləri bölgədəki bəzi ölkələrin maddi dəstəyi ilə xaos yaradırlar”.

Xameneinin bu açıqlamalarından ABŞ-Fransa-İsrail və Səudiyyə Ərəbistanını nəzərdə tutması bariz şəkildə ortadadır.

Xameneinin bu sözləri onu göstərir ki, problemin kökü daxili səbəblərə görə yaranıb: “Xalqların haqlı tələbləri var, lakin bu tələbələr hüquqi strukturlar çərçivəsində həyata keçiriləcək. Bir ölkədə hüquqi strukturlar ortadan qalxsa, heç bir müsbət addım atıla bilməz”.

2. İŞİD-ə yeni hərəkət sahəsi yaratmaq

Aksiyaları İraqda və Livanda hökumətlərin zəifləməsi məqsədilə yönləndirən ABŞ-İsrail düşərgəsinin bir digər hədəfi də Suriyada ilişən İŞİD və ona bənzər terror təşkilatlarını İraq və Livan vasitəsilə yenidən canlanması və bölgədə qeyri-sabitliyin davam etməsidir. Beləliklə də, Suriyada Türkiyə, Rusiyaİranın ortaqlığı ilə yaradılan terror təşkilatlarına yeni bir sahə açmaq hədəflənir.

3. Suriyanı tək qoymaq

İraqda və Livandakı aksiyaların yönləndirilməsi ilə bağlı digər məqsədlər isə belədir: terror təşkilatlarına qarşı İraqla Suriyanın iş birliyini zəiflətmək və
“Hizbullah”ı Suriyadakı mübarizədən uzaqlaşdıraraq Suriyanı tək buraxmaq.

4. İsrailin işini yüngülləşdirmək

Livandakı aksiyaları şiə-sünni toqquşmasına doğru sürükləmək istəyən ABŞ-İsrail düşərgəsi yenidən vətəndaş müharibəsi yaradaraq
“Hizbullah”ın və Livan hərəkatının İsrail üzərindəki təzyiqini azaltmaq istəyir.

5. Bərzani dövləti xəyalı

İraqdakı aksiyaların manipulyasiya edilməsindəki bir digər məqsəd də mərkəzi hökuməti zəiflədərək Bərzanini gücləndirmək və azad Bərzani dövləti xəyalı qurmaq.

6. Çinin “Bir kəmər, bir yol” layihəsinə mane olmaq

Çinin “Bir kəmər bir yol” layihəsinə nəzər saldıqda görürük ki, bu layihənin daxilində İraq, Livan və Əlcəzair strateji önəm daşıyır. Çünki İraq və Əlcəzair hökumətləri də yaxın zamanda “Bir kəmər bir yol” layihəsində iştirak edəcəklərini bildiriblər.

Aksiyaların davam etdiyi ölkələrdə Çinin başda enerji olmaqla, bir çox sahələrdə investisiyaları var. Etirazları manipulyasiya etməyə çalışan qüvvələrin son məqsədləri bölgədə qeyri-sabitliyi davam etdirmək və bu yolla Çinin “Bir kəmər bir yol” layihəsinin quru yoluyla Qərbi Asiya üzərindən Avropa, su yoluyla da Aralıq dənizində görüşməsinə mane olmaqdır.

Yaranı açıq qoyan hökumətlər

Sözügedən ölkələrin hökumətləri ölkələrindəki zənginliyi bərabər şəkildə bölüşdürə bilmədikcə, qanunsuzluqlara göz yumduqca və etnik-məzhəb fərqləri qoyaraq milləti böldükcə xalqın təzyiqlərinə həmişə məruz qalacaqlar. Bu aksiyalar davam etdiyi müddətcə “xarici qüvvələr” vətəndaşların haqlı tələblərindən imperialist maraqları naminə istifadə edəcəklər.

Türkiyədə də Somada 301 işçinin həyatını itirdiyi mədən ocağında işləyən digər işçilər bu faciədən sonra heç bir səbəb göstərilmədən işdən çıxarılmışdılar. 5 ildir təzminat almağı gözləyən işçilər Somadan Ankaraya qədər yürüş etməyə başlayıblar.

İşçilərin haqlı etirazı ilə bağlı xəbərləri izlədikdə görürük ki, məsələ ilə bağlı ən çox xəbəri “BBC türkcə” və “Deutsche Welle” hazırlayıb və hətta “Deutsche Welle” bu xəbərləri sponsorlu tweet-lərlə paylaşıb.

İmperializm Suriya məsələsində ABŞ-la mübarizə aparan və Rusiya ilə yaxınlaşan Türkiyəyə qarşı sosial məsələləri və hətta işçi hərakatlarını belə qızışdıraraq hər tərəfdən hücuma keçib.

Lakin bu durum Soma işçilərinin mübarizəsini haqsız saymır. Burada ən böyük səhv işçilərin haqlarını verməyərək imperializmin haqlı etirazlardan istifadə etməsinə şərait yaradan qüvvələrdədir. İmperializmlə mübarizə aparmaq hərbi olduğu qədər, sosial-iqtisadi bir aktdır.

Cəmiyyətin ən təbii haqqı olan sosial-iqtisadi tələbələrə cavab verilmədikcə imperializm bölgədə hələ çox yaranı qaşıyacaq. İraq, Livan və Əlcəzair məsələsi vasitəsilə problemin ümumi mənzərəsi müzakirə edilməlidir.

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar