Bazar ertəsi, 24 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Soçi görüşünün nəticəsi - etibarlı münasibətlərin bərpası olacaq

Bu ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanatın imzalanmasından bir il ötdü. Bu baxımdan dövlət başçılarının noyabrın 26-da Soçidə keçirilən görüşünü də həmin sənədin icra vəziyyətinin yoxlanması, monitorinqi kimi də dəyərləndirmək olar. Görüşdə əsasən, AzərbaycanErmənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası, regionda vəziyyətin sabitləşməsi və təhlükəsizliyin təmin edilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi məsələlər müzakirə edilib.
Dorğudan da Azərbaycan ictimaiyyətini narahat edən bir sıra məsələlərin müzakirələr yolu ilə həll olunacağına ümid çox olduğundan bu toplantının nəticələri də müsbət qiymətləndirilir.

Prezident İlham Əliyev əvvəllər dəfələrlə münaqişənin bitdiyini, Qarabağa heç bir status status verilməyəcəyini bəyan edib. Soçidə keçirilən üçtərəfli görüşdə “münaqişə” və “status” kimi ifadələrin işlədilməməsi isə rəsmi Bakının mövqeyinin qəbul edildiyini, bölgədə fərqli şəraitin yarandığını bir daha təsdiqləyir.

Soçi görüşünə Azərbaycan tərəfi Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsi, işladan azad edilən ərazilərin minalardan təmizlənməsi, 2020-ci ilin noyabrın 10-da imzalanmış bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi, qarşı tərəfin sərhəddə təxribatlarının qarşısının alınması, Zəngəzur dəhlizinin açılması, qaçqınların yurdlarına qayıtması kimi məsələlərlə getmişdi. Görüşdə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərar qəbul olunub.
Azərbaycanın dövlət başçısı humanitar məsələlərə toxunaraq hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100-dən çox erməni hərbi qulluqçunun Ermənistan tərəfə verildiyini, yaralanmış hərbi qulluqçulara azərbaycanlı həkimlər tərəfindən tibbi yardımın göstərildiyini, yolu azaraq qarşı tərəfə keçmiş bir erməni mülki şəxsin də geri göndərildiyini vurğulayıb.

Prezident İlham Əliyev həmçinin Azərbaycanın Ermənistanla çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmində olduğunu da söyləyib.

Beləliklə, Soçi görüşü Azərbaycanın uzun illərdir əməkdaşlıq və regional sülhün təmin olunması ilə bağlı irəli sürdüyü təkliflərin doğruluğunu təsdiqlədi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Müşfiq Abbasovun növbəti riyakarlığı - Güya komandanın adını qaytarıb...

Ermənistan Prezidentinin istefasının əsl səbəbləri məlum olub

Könül İsmayılova: “Şuşa bizimdir, hər hansı erməni dığasının təkidinə asanlıqla təslim olmaq acizlik əlamətidir”

Xədicə İsmayıl: “Qarabağ məsələsində Ermənistana qarşı çıxan kimi Qərbin mənə marağı itdi…”

Ukraynalı general hücumun başlaya biləcəyi günü açıqladı

Dünya çempionunu DYP-də “soydular” - Oğrunu tutdular, amma tapmadılar… - Video

Xankəndində qalmaqal: “Hökümət” Araik Arutyunyanı boykot etdi

Erməni nəşrindən iddia: Paşinyan buna görə öldürüləcək

"Armen Sərkisyan Paşinyanın planlarını pozdu" - Elxan Şahinoğlu

Hulusi Akar: “Türkiyə və ABŞ-ın F-16-ların tədarükü barədə danışıqları yaxşı keçib”

Brejnevlə Qreçkonun mübahisəsinə səbəb olan nazir müavini – Şkadovun ölümündə Yazovun da adı hallanıb  

Ən çox oxunanalar