Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soçi görüşündən sonra nələr oldu? - 150 saatdan sonra Putin-Ərdoğan zirvəsinin nəticələri...

Qarşımızda hər durumda ehtiyatlı və ciddi olan, risklərə qarşı tədbirli olmağı bacaran bir mövqe nümayiş etdirilir...

Mehmet Acet

“Yeni Şafak” qəzeti, 31 oktyabr 2019-cu il

Prezident Rəcəb Teyyub Ərdoğanın dünən Məclisdəki nitqini dinlədim. Onun bu mövqeyini sırf son hadisələrə görə qiymətləndirə bilmərik.

2015-ci ildə şimal-şərqi vilayətlərdə başladılan terrorun məqsədini xatırlayaq: Suriyadakı Rojava layihəsini Türkiyəyə daşımaq.

YPG həqiqətən geri çəkildimi?

Keçən həftənin 2-ci günü Soçidə keçirilən Ərdoğanla Putinin zirvə görüşündə müəyyən edilən 150 saatlıq müddət keçən 18:00-da başa çatıb.

Moskvanın verdiyi açıqlamada deyilir: “Rusiya tərəfi 22 oktyabr 2019-cu il tarixli Türkiyə-Rusiya müqaviləsi memorandumunda qeyd edilən tədbirləri tamamilə yerinə yetirib. 29 oktyabr saat 18:00-dan etibarən 34 min nəfərdən ibarət 68 YPG birliyi və 3 mindən çox silah və hərbi təchizat TSK (Türkiyə Silahlı Qüvvələri) ilə təmas xəttindən 30 km uzağa çəkilib”.

150 saatlıq müddətin bitdiyi günün axşamı 29 oktyabr qəbulun söhbətləşdiyim 2 yüksək səviyyəli nümayəndə son vəziyyətdən şikayət etməməklə yanaşı, həm də YPG-nin bütün üsnürlərinin müəyyən edilmiş yerdən çıxarılması fikrində olduqca soyuq yanaşırlar. Onlardan biri: “Hamısı geri çəkilmədi, amma davamı da gələcək”, dedi.

Dünən Ərdoğanın da dediyi kimi, bu, uzun bir mübarizədir. Ona görə də, əldə olunan qazanclardan sonra istər Amerika, istərsə də, Rusiya ilə masada gəlinən nəticələrə zərər verəcək istənilən hərəkətdən qaçırlar.

Amma bu durumda Ankaranın arxayınlaşmayacağını da Ərdoğan öz açıqlamasında bildirib:

“Hal-hazırda A planını tətbiq edirik. Patrul xidmətləri yenə də izləmədə olacaq. Bundan sonra isə ərazidə hansı addımların atılmalı olduğu müzakirə olunacaq. Əgər Əyn əl-Ərəbdə, Mənbicdə şərtlər yerinə yetirilməsə, biz də B ya da C planına keçə bilərik”.

Yaxın zamanda Türkiyənin Soçi heyətində yer alan bir şəxsdən soruşdum: “Müqavilə bağlandıqdan dərhal sonra Rusiyanın Müdafiə naziri və Baş Qərargah rəisi Şahin Cilo adlı bir YPG-li ilə telefonda danışıb. Hələ bundan sonra da bəzi görüntülər göndərilib. Bu vəziyyət Rusiyanın ikili oyun oynamasından xəbər verir?”

Həmin şəxs, yəqin ki, mövcud ortaqlığı qorumaq üçün: “Bu ana qədər qapalı qapılar ardında nə deyildisə, yerinə yetirdilər. Səmimiyyətlə bağlı bir problem görmürəm”, cavabını verdi.

Suriya Milli Ordusunun Türkiyə üçün strateji dəyəri

Dünən prezident Ərdoğanın vurğuladığı kimi “Sülh Çeşməsi” hərəkatında Suriya Milli Ordusunun çox önəmli rolu oldu.

Ordunun 124 şəhid, 463 yaralı verdiyini nəzərə aldıqda başa düşülür ki, sahədə ciddi toqquşmalar baş verir.

Ərdoğan TSK ilə çiyin-çiyinə mübarizə aparan bu insanlar barədə belə danışır:

“Bunlar o torpaqların sahibidir. Öz torpaqlarını müdafiə edirlər. Onlara necə terrorçu deyə bilərsiniz? Onlar hal-hazırda bizim əsgərlərimizlə birlikdə bu torpaqlarda öz evlərini, torpaqlarını qoruyarkən şəhid oldular. Onlar ölümü öldürən, ölümü qorxudan mücahidlərdir. Əsgərlərimizlə birlik olmaları nəticəsində bizi zəfərə aparırlar. Allah bizə yaxın zamanda uğur qazanmağı nəsib etsin”.

“Onlara necə terrorçu deyə bilərsiniz?” ismarıcının ünvanı Vaşinqtondur. Lakin təəssüf ki, bu mövqedən başqaları da çıxış edir.

Bu əməliyyat əsnasında səsləri çox çıxmasa da, Əfrin hərəkatının başladığı gün CHP sədri Kılıçdaroğlunun: “Qarətçilərlə Mehmetçik necə yan-yana gələ bilər?” sözləri yada düşür. İlk dəfə deyiləndə bir az ağır səslənsə də, CHP rəhbərliyinin verdiyi qərar Suriya Milli Ordusu qarşısında YPG-yə üstünlük verir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar