Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soçi görüşündən sonra Brüssel görüşünün əhəmiyyəti qalıb?

Danışıqların Moskva ilə paralel olaraq Brüsseldə də aparılması Azərbaycan və Ermənistanın fərqli maraqlarına nə qədər sərf edir?..

Politoloq: “Əlbəttə ki, Brüsseldə konkret nəticə əldə olunmayacaq”.

“Brüsseldə xüsusi sənədin imzalanması gözlənilmir. Amma hansısa dövrü bəyanat verilə bilər. Çünki Rusiyada bəyanat verilib. Avropa İttifaqı da Rusiyadan geri qalmaq istəməyəcək”.

Bu sözləri politoloq Elxan Şahinoğlu dekabrın 15-də Brüsseldə gözlənilən AzərbaycanErmənistan liderlərinin görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dekabrın 15-də Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşəcək. Bu, müharibədən sonra Əliyevlə Paşinyan arasında Qərb tərəfindən təşkil edilən ilk görüş olacaq.

Bildirilir ki, İlham Əliyev və Nikol Paşinyan sərhəddə insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gələcəklər.

Üçtərəfli Soçi görüşündən sonra Brüsseldə gözlənilən Azərbaycan-Ermənista­­n görüşünün hansısa əhəmiyyəti qalıbmı? Əliyev və Paşinyanın bu görüşdə yeni nədəsə razılaşması ehtimalı varmı və danışıqların Moskva ilə paralel olaraq Brüsseldə də aparılması AzərbaycanErmənistanın fərqli maraqlarına nə qədər sərf edir?

Mövzunu PİA.az-ın əməkdaşı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Brüsseldə daha çox humanitar mövzular gündəmdə olacaq. Əsas olaraq həqiqəti əks etdirən mina xəritələrinin Azərbaycana təhvil verilməsi və Azərbaycanın da erməni əsirlərinin qaytarmasıdır”.

Hər halda fikir mübadiləsinin hər iki tərəf üçün xeyirli və faydalı olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, problemli məsələlər tam həll olunmasa belə, növbəti müharibədənsə, masa arxasında müxtəlif məsələlərin müzakirəsi daha faydalıdır:

“Hər halda fikir mübadiləsi hər iki tərəf üçün xeyirli və faydalıdır. Problemli məsələlər tam həll olunmasa belə, növbəti müharibədənsə, masa arxasında müxtəlif məsələlərin müzakirəsi daha faydalıdır. Əlbəttə ki, Brüsseldə konkret nəticə əldə olunmayacaq.

Soçi görüşündə açıqlama verildi ki, əsas məsələ Zəngəzur dəhlizinin açılması və sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqların başlanmasıdır. Həmçinin komissiyasının yaradılması da əsas məsələlərdəndir. Bu istiqamətdə addımlar atılmalıdır.

Elxan Şahinoğlu: “Ermənilərin əsir dedikləri hərbiçilər diversant kimi Azərbaycan ərazilərinə daxil olub. Buna görə də Azərbaycan onların hamısını təhvil verə bilməz”.

Hesab edirəm ki, Brüsseldə daha çox humanitar mövzular gündəmdə olacaq. Əsas olaraq həqiqəti əks etdirən mina xəritələrinin Azərbaycana təhvil verilməsi və Azərbaycanın da erməni əsirlərinin qaytarmasıdır. Bildiyimiz kimi ermənilərin əsir dedikləri hərbiçilər diversant kimi Azərbaycan ərazilərinə daxil olub. Buna görə də Azərbaycan onların hamısını təhvil verə bilməz.

Sadəcə olaraq həqiqəti əks etdirən mina xəritələrini bizə versələr, əsirlərin müəyyən qisminin təhvil vermək olar. Məsələ burasındadır ki, Ermənistanın bu vaxta qədər verdikləri xəritələrin 25 faizi düz çıxıb. Bu baxımdan Brüsseldə xüsusi sənədin imzalanması gözlənilmir. Amma hansısa dövrü bəyanat verilə bilər. Çünki Rusiyada bəyanat verilib. Avropa İttifaqı da Rusiyadan geri qalmaq istəməyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar