Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soçi görüşündən gözləntilər... - Rusiyaya Azərbaycanla Ermənistan arasında davamlı sülh lazımdır?

Cənubi Qafqazda bütün münaqişləri yaradaraq yönləndirən və öz monopoliyasında saxlayan Rusiyaya doğrudanmı Azərbaycanla Ermənistan arasında davamlı sülh və əmin-amanlıq lazımdır?..

Siyasi şərhçi: “Sərhədlərin delimitasiyası on illər boyu uzana bilər ki, bu halda da Moskva problem çözülənədək silahlı qarşıdurmaların profiliktikası məqsədilə mübahisəli ərazilərə öz “sülhməramlılarının”­ yerləşdirilməsini təklif edə bilər və yüksək ehtimalla bunu da edəcək”.

“Kremlin cənub istiqamətində siyasəti iki ölkə arasında münaqişə üzərində qurulub. Məhz o səbəbdən də Rusiya bütün vasitələrlə münaqişəni öz təsiri altında saxlamaqda davam etməyə çalışacaq”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu bu gün Soçidə baş tutacaq Əliyev-Paşinyan görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Soçidə üçtərəfli Rusiya-Azərbaycan-Er­­mənistan görüşü keçiriləcək. Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkədə jurnalistlərin sualalrını cavablandıran Ermənistanın baş nazirinin çıxışından belə görünürdü ki, Ermənistan tərəfi əslində heç bir razılaşmaya hazır deyil. Buna baxmayaraq Paşinyan sərhədlərin delimitasiyası üçün komissiyanın yaradıılmasını da iastisna etməyib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə keçirdiyi brifinqdə Rusiyanın sərhədlərdə münaqişlərin dayandırılması üçün bütün imkanlarını sərf etdiyini söyləmişdi. Lakin xanım Zaxarova da Soçidə əsasəmn hansı məsələlərin müzakiyəyə çıxarılacağına aydınlıq gətirməyib.

Bəs uzun müddətdir ki, haqqında danışılan və Ermənistanda bir çox siyasi spekulyasiyalara yol açan üçtərəfli görüşdən hansı gözləntilər var və ümumiyyətlə Soçi görüşü uğurlu olacaqmı? Məsələnin digər aktual tərəflərindən biri isə odur ki, Cənubi Qafqazda bütün münaqişləri yaradaraq yönləndirən və öz monopoliyasında saxlayan Rusiyaya doğrudanmı Azərbaycanla Ermənistan arasında davamlı sülh və əmin-amanlıq lazımdır?

Azərbaycan, RusiyaErmənistan liderlərinin Soçi görüşünü PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Moskva üçün sərhəd münaqisəsinin onun vasitəçiliyi olmadan həlli ona görə yolverilməzdir ki, Kremlin vasitəçiliyi olmadan əldə edilə biləcək hər hansı razılaşma iki ölkə arasında əvvəlcə münasibətlərin, ardınca da son nəticədə əməkdaşlığın qurulması ilə nəticələnə bilər”.

Moskvanın mübahisəli hesab etmək istədiyi ərazilərin real miqyasının yalnız Rusiyanın təklif etdiyi “xəritələr” üzə çıxanda bilinəcəyini vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, hələlik biz Azərbaycan-Ermənista­n sərhədlərinin Rusiya üçün strateji əhəmiyyət kəsb edən hissələrində yeni “sülhməramlı” kontingentin yerləşdirilməsinin baş verə biləcəyi ehtimalı haqda düşünməliyik:

“İlk öncə onu qeyd edim ki, bugünkü görüşdən əvvəl öncə Kremlin noyabrın 9-na planlaşdırdığı görüş Ermənistanın baş naziri Nikol Paşinyanın imtinasından sonra baş tutmamışdı. Azərbaycan-Ermənista­n sərhəddində silahlı qarşıdurma da məhz bundan sonra baş verdi. Onun ardınca isə tərəflər Avropa Birliyinin dekabrın 15-də Brüsseldə ikitərəfli formatda Əliyev-Paşinyan görüşü təklifini qəbul etdilər. Amma ikitərəfli əlaqələr Rusiyanı qane edə bilməzdi. Ona görə də Moskva təcili şəkildə hərəkətə keçdi və Brüsseldən əvəl Soçi görüşünü tərtiblədi.

Elə bu səbəbdən də Rusiya prezidenti Putin tərəflərlə, daha doğrusu Paşinyanla telefon danışığı apararaq noyabrın 26-na Soçidə üçtərəfli görüş təklif etdi və bu dəfə razılıq əldə olundu. Yəni bu görüş birbaşa Putinin təzyiqləri nəticəsində baş tutmaqdadır. Maraqlıdır ki, bunun ardınca Paşinyan 2 saatlıq mətbuat konfransı keçirib müəyyən mesajlar versə də, İlham Əliyev bu dəfə də susmağa üstünlük verdi.

RusiyaAzərbaycanla Ermənistan arasında ikitərəfli əlaqələrin və münasibətlərin qurulması heç bir halda qane edə bilməz. Çünki Kremlin cənub istiqamətində siyasəti iki ölkə arasında münaqişə üzərində qurulub. Məhz o səbəbdən də Rusiya bütün vasitələrlə münaqişəni öz təsiri altında saxlamaqda davam etməyə çalışacaq.

Ərəstun Oruclu: “Rusiya sərhədlərin delimitasiyasına yalnız onun patronajı altında başlanmasında israr edir”.

Bunun üçün də Putin Azərbaycanla Ermənistan arasındakı sərhəd mübahisəsini Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının sərancamında olan, keçən əsrin 20-ci illərinə aid hansısa xəritələr əsanda çözməyi təklif edir. Putin bunu da açıq şəkildə bildirib ki, Rusiya üçün başqa dövlətin bu məsələyə qarışması məqbul deyil. Çünki yalnız iki dövlət arasında münaqişə və mübahisələr Moskvaya müxtəlif bəhanələrlə və müxtəlif adlar altında öz silahlı qüvvələrini regionda yerləşdirmək imkanı verir. Hərbi güc isə geosiyasətdə həlledici faktordur. Bölgədə “sülhməramlı” yerləşdirdikdən sonra Moskvanın dəyişmiş ritorikası da bunun sübutudur.

Moskva üçün sərhəd münaqisəsinin onun vasitəçiliyi olmadan həlli ona görə yolverilməzdir ki, Kremlin vasitəçiliyi olmadan əldə edilə biləcək hər hansı razılaşma iki ölkə arasında əvvəlcə münasibətlərin, ardınca da son nəticədə əməkdaşlığın qurulması ilə nəticələnə bilər. Bu isə Moskva üçün mühüm geosiyasi mövqelərin itirilməsi demək olardı. Həmin səbəbdən də Rusiya sərhədlərin delimitasiyasına yalnız onun patronajı altında başlanmasında israr edir.

Amma sərhədlərin delimitasiyası on illər boyu uzana bilər ki, bu halda da Moskva problem çözülənədək silahlı qarşıdurmaların profiliktikası məqsədilə mübahisəli ərazilərə öz “sülhməramlılarının”­ yerləşdirilməsini təklif edə bilər və yüksək ehtimalla bunu da edəcək.

Ərəstun Oruclu: “Azərbaycan bölgə uğrunda mübarizə aparan bütün geosiyasi tərəflərin hədəfinə gələrək “çarpaz atəş” altına düşə bilər”.

Moskvanın mübahisəli hesab etmək istədiyi ərazilərin real miqyası isə yalnız Rusiyanın təklif etdiyi “xəritələr” üzə çıxanda bilinəcək. Hələlik isə biz Azərbaycan-Ermənista­n sərhədlərinin Rusiya üçün strateji əhəmiyyət kəsb edən hissələrində yeni “sülhməramlı” kontingentin yerləşdirilməsinin baş verə biləcəyi ehtimalı haqda düşünməliyik.

Onu da qeyd edim ki, Azərbaycan bölgə uğrunda mübarizə aparan bütün geosiyasi tərəflərin hədəfinə gələrək “çarpaz atəş” altına düşə bilər. Bir o fərqlə ki, Rusiyadan gələn “atəş” ölkə üçün suverenliyin məhdudlaşdırılması və ondan asılılığın artması, Moskvanın rəqibləri tərəfindən isə ən müxtəlif sanksiyalar nəticəsində Rusiya qarşısında təklənmənin dərinləşməsi ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar