Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“SOCAR Turkey” rəhbəri: “Palmali”nin bizə borcu var"

“Sosial şəbəkələrdə bəzi qruplar bizimlə bağlı mənfi rəylər formalaşdırmağa çalışırlar”...

PİA.az xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

Palmali Group” adlı şirkətin bəzi tərəfdarlarının bizə qarşı mənfi rəy formalaşdırmaq cəhdi var, amma bu şirkətin sahibinin bizimlə heç bir əlaqəsi, şərikliyi yoxdur. Bu şirkətlə Londonda məhkəmədə olmuşuq. Bizim onlara borcumuz yoxdur, onların bizə borcu var. Buna baxmayaraq, belə bir fikir formalaşdırmaq istəyindədirlər”, - deyə o əlavə edib.

“SOCAR Turkey” rəhbəri Azərbaycan şirkəti olaraq Türkiyədəki investisiyalara eyni formada davam edəcəklərini vurğulayıb.

Z.Qəhrəmanov qeyd edib ki, SOCAR 15 ölkədə fəaliyyət göstərir və bu ölkələr arasında ən etibarlı investisiya şəraiti Türkiyədədir. Onun sözlərinə görə, bu təkcə bu gün üçün deyil, həmişə qüvvədədir:

“Biz Azərbaycan Dövlət Şirkəti olaraq Türkiyəyə 16 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırmışıq və bu investisiyalar davam edəcək”. (Report)

pia.az


Etiket: SOCAR Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar