Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR rəsmisi: "Apreldə Avropaya test qazı göndəriləcək"

“SOCAR olaraq sərmayələrimizi tam sürəti ilə davam etdiririk”

“2019-cu il üçün ən önəmli hədəflərimizdən biri “STAR Rafineri”nin tam həcmdə işə düşməsidir. Bu, baş tutandan sonra hazırda Türkiyənin idxal etdiyi bir çox məhsul da elə bu ölkədə istehsal ediləcək. Dolayısıyla Türkiyənin kəsiri hər il 1,5 mlrd. ABŞ dollar azalacaq”.

"Report" xəbər verir ki, bunu “SOCAR Turkey”in Xarici əlaqələr üzrə rəhbəri Murad Le Kompte (Murat LeCompte) Uludağ İqtisadi Zirvəsi zamanı “Yenişafak.com” saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, SOCAR Türkiyədəki investisiyalarını 19 mlrd. dollara çatdırmaq niyyətindədir: “STAR Rafineri”nin açılışını ötən il etmişdik. Bu neft emalı zavodu yavaş-yavaş dövriyyəyə girir. Test mərhələsi artıq bitib və bütün modullar artıq fəaliyyətə başlayıb. Yaxın vaxtlarda ciddi istehsala başlanılacaq”.

“SOCAR Turkey” rəsmisi Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi haqqında da danışıb: “TANAP-da önəmli proseslər baş verdi. Bu yaxınlarda İpsalada Avropaya olan bağlantının son mərhələsini həyata keçirdik. Apreldə test qazı göndəriləcək. İyul ayında isə Avropaya qaz ixracı üçün hazırlıqlar tamamlanacaq”.

pia.az


Etiket: SOCAR Avropa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar