Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR Prezidenti: "Kayseri ve Bursanı təbii qazla təchiz edəcəyik"

Türkiyənin ən böyük xarici investoru olan SOCAR Almaniyanın EWE AG enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”i və qrupa daxil olan şirkətləri satın alıb

SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, təbii qazın paylanması biznesi Türkiyədəki investisiya zəncirimizi tamamlayacaq, Azərbaycan və Türkiyəyə əlavə dəyər qazandıracaq.

Genişmiqyaslı investisiya layihələri ilə regionun ən böyük istehsal güclərindən biri olmağı hədəfləyən SOCAR, “EWE Turkey Holding”ə daxil olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətlərini satın alıb. Son 12 ildə Türkiyə bazarında təbii qaz təchizatını həyata keçirən SOCAR bu ildən etibarən Türkiyə ilə Azərbaycanın böyük müştərək layihəsi olan Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) vasitəsilə əməliyyatlarını genişləndirir. “EWE Turkey” şirkətinin satın alınması təbii qaz paylanması sahəsində əlavə dəyər qazandıracaq, SOCAR-ın son istehlak bazarına birbaşa çıxışını təmin edəcək. Satın alma işlərinə Rəqabət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq.

Təbii qaz paylanmasının Türkiyədəki investisiya zəncirini tamamlayacaq mühüm halqalardan biri olduğunu vurğulayan SOCAR-ın prezidenti R. Abdullayev deyib ki, Azərbaycanın qlobal brendi olan SOCAR 2013-cü ildən etibarən Türkiyə bazarında ildə 1,2 mlrd. kubmetr təbii qazın topdan satışını həyata keçirir: “Ötən il istismara verilmiş TANAP boru kəmərimiz Azərbaycandan təbii qazın nəqli üçün daha da əlverişli şərait yaratmışdır.

EWE şirkətinin Türkiyədəki aktivlərinin satın alınması ilə yaradılan sinerjilər Azərbaycan və Türkiyə iqtisadiyyatına əhəmiyyətli dərəcədə əlavə dəyər qazandıracaq. Beləliklə, SOCAR-ın Türkiyədə təbii qaz paylanma biznesinə daxil olması istehsal-nəql-paylanma zəncirinin bütün halqalarını tamamlayan və kommersiya baxımından olduqca əlverişli olan strateji bir addımdır. Buna görə qarşıdakı dövrdə bazarda mövcud digər imkanları dəyərləndirməyə davam edəcəyik”.

Qeyd edək ki, 2007-ci ildə Türkiyə bazarına daxil olan “EWE Turkey Holding” enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” vasitəsilə fəaliyyət göstərirdi. “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan EWE Turkey Holding 2017-ci ilin sonundan etibarən təxminən 2,4 mlrd. TL-lik dövriyyəyə nail olub. (Report)

pia.az


Etiket: Socar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar