Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“SOCAR Petroleum” sıxılmış təbii qaz yanacağı barədə maarifləndirmə işlərinin aparılması üçün ETSN ilə əməkdaşlıq edəcək

“SOCAR Petroleum” QSC-nin nümayəndələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq şöbə əməkdaşları arasında görüş keçirilib



“SOCAR Petroleum”dan verilən məlumata görə, görüşdə sıxılmış təbii qaz (STQ) alternativ mühərrik yanacağının təbliği, istifadəsi və tətbiqi sahəsində baş tutacaq gələcək əməkdaşlığın əsas prinsiplərindən danışılıb. Mövcud avtomobil parkının, əsasən də ictimai nəqliyyatın böyük bir hissəsinin ölkənin ətraf mühitinə vurduğu zərər və bu halın qarşısının alınması istiqamətində ETSN ilə birgə layihələrin işlənib hazırlanması müzakirə olunub.

Ənənəvi mühərrik yanacağı ilə yanaşı, ekoloji cəhətdən təmiz sıxılmış təbii qaz yanacağının satışı üzrə ixtisaslaşmış “SOCAR Petroleum”un fəaliyyəti haqqında ETSN nümayəndələrinə ətraflı məlumat verilib. Vurğulanıb ki, istifadəsi zamanı ətraf mühitə daha az tullantı atılan STQ-nin ölkə üzrə geniş miqyasda yayılması və bu istiqamətdə zəruri tədbirlərin görülməsi dövlətimiz üçün prioritet istiqamətlərdən biridir.

Qeyd olunub ki, Azərbaycanın zəngin təbii qaz ehtiyatları var və “SOCAR Petroleum” bu yanacaqdan əldə edilən sıxılmış təbii qaz yanacağı barədə maarifləndirmə işlərinin aparılması sahəsində ETSN ilə birgə əməkdaşlıq etməkdə maraqlıdır.

pia.az


Etiket: SOCAR Petroleum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar