Cümə axşamı, 28 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

SOCAR mütəmadi olaraq atmosferə atılan qazların miqdarını nəzarətdə saxlayır

"İndiyə qədər SOCAR-ın müəssisə və təşkilatlarının balansında olan 2 000 hektardan artıq ərazi rekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb"...

Bunu "İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu" beynəlxalq konfransda çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, rekultivasiya edilən ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbinin kampusu, Ekopark və başqa obyektlər inşa olunub.

"SOCAR həmçinin Dünya Bankı və BMT-nin “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” birgə təşəbbüsünə qoşulmuş ilk şirkətlərdən biridir. 2018-ci ildə Azərbaycanda bu göstərici 1%-ə, cari ildən isə bu rəqəm 0,9%-ə endirilib. 2012-ci ildən atmosferə atılan səmt qazının yığılması ilə bağlı 3 böyük layihə həyata keçirilib və nəticədə il ərzində 1 mlrd. kubmetr səmt qazı yığılaraq istehlak bazarına yönəldilib", - deyə R. Abdullayev qeyd edib.

O həmçinin bildirib ki, SOCAR mütəmadi olaraq birgə müəssisələrində və digər əməliyyat şirkətlərində atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır və bu məqsədlə müvafiq monitorinqlər keçirir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nazirlik rəsmisindən Elmar Məmmədyarovla bağlı açəqlama

Əməkdar artistin vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi

Cəfər Cəfərov Əbülfəz Qarayevin “süqut”undan sonra bərk narahatlıq keçirir

“Hazırda 3 aylıq işıq, qaz pulu borcum var, övladlarım ödəyəcək” - Aslan İsmayılov

DTX-nın əməliyyatı zamanı Qarayev kabinetində nə edirdi?..

Məmmədyarovun və dövlətin reputasiyası – Və Xarici İşlər naziri ilə “yoğun” məmurların fərqi...

YAP-dan qərargahların zəbt olunması xəbəri haqda – Açıqlama

Tünzalə TV-ləri, Tahir İmanov isə Afət Fərmanqızını təndiq etdi

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - Açıqlama

Bu taksilərin fəaliyyətinə məhdudiyyət qoyuldu – Rəsmi

loading...

Ən çox oxunanalar