Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

SOCAR Azərbaycan dövlətçiliyinin sütünlarından biridir - Amerika nəşri

The USA Tribune, ABŞ
26.09.2020

Azərbaycan Türkiyənin əsas qaz tədarükçülərindəndir. Bunu cəmi 10 il əvvəl desəydik, ekspertlər və qaz bazarının əsas oyunçuları yəqin ki, gülümsəyərdi. Amma Azərbaycan prezidenti İlham Əliyevin bir ismarıcı bu ölkənin dünyanın enerji bazarında artan rolunun təsdiqidir.

“Əgər bir il əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm də Türkiyə üçün çox önəmlidir. Çünki qaz hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq ”, - deyə Azərbaycanın dövlət başçısı yerli televiziya kanallarına Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdikdən sonra verdiyi müsahibəsində bildirib.
Maraqlıdır ki, Azərbaycan dövləti 20 il əvvəl Avropanın əsas qaz tədarükçülərindən birinə çevriləcəyini ağlına belə, gətirmirdi. Lakin son 20 ildə vəziyyət tam dəyişib. Bu dövrdə Azərbaycanın qlobal rolu heç də təkcə neft sahəsində artmayıb.

Ümumiyyətlə, Bakı hələ 19-cu əsrdə dünya neft sənayesinin əsas mərkəzlərindən olub. Lakin o zaman Rusiya imperiyasının, daha sonra SSSR-nin tərkibində olan Azərbaycan neft gəlirlərini özü idarə etmirdi.

“XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilib. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Çünki çar Rusiyası dövründə varlılar varlanırdı, amma kasıblar daha da ağır vəziyyətə düşürdü, insanların əməyi çox ağır idi. Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik”, - deyə İlham Əliyev vurğulayıb.

Neft Sovet dövründə də ölkəyə xeyir verməyib, Moskvanın maraqlarına xidmət edib. Həmin vaxt hətta neftçilərə belə, xüsusi imtiyazlar tanınmayıb. Halbuki, neft hasilatı məhz insan əməyinin istismarı ilə təmin edilib.

Sovet hökumətini ətraf mühitin çirklənməsi də maraqlandırmayıb. Odur ki, həmin dövrdə Bakı şəhərinin əksər hissəsində ekoloji şərait pis vəziyyətə düşüb. Məhz buna görə paytaxtda neftayırma sənayesinin mərkəzi olan bölgəyə “Qara şəhər” adı verilmişdi.

Azərbaycanın müstəqillik qazanması ilə vəziyyət dəyişməyə başlayıb. 1994-cü il sentyabrın 20-də “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsi üzrə müqavilənin imzalanması ölkənin neft mərkəzlərindən birinə çevrilməsində ilk addım sayıla bilər. “Əsrin müqaviləsi” adı ilə tanınan həmin saziş Azərbaycanın Heydər Əliyevin ərsəyə gətirdiyi neft strategiyasının əsasını təşkil edir. Məhz bu müqavilə xarici investorların Xəzər dənizinin neft-qaz mənbələrinə çıxışına yol açıb.

Ən əsası, “Əsrin müqaviləsi” Azərbaycanın ərsəyə gətirdiyi ekoloji möcüzənin təməlini təşkil edir. Ölkə bu müqavilənin icrasından 150 milyard dollardan çox gəlir qazanıb.

“İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti Azərbaycan xalqının maraqlarına tam şəkildə xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi, Daşkəsənə, Gədəbəyə, Lerikə ilk qazı biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyatda, dəmir yolu nəqliyyatında Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər infrastruktur, sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadi və sənaye sahəsində yox, idman sahəsində - Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir”, - deyə prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan üçün xarici investisiyaların və neft gəlirlərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etmək lazımdır. Bu, istər ölkənin neft sənayesinin, istərsə də SOCAR-ın inkişafı üçün vacib amil idi. SOCAR 1990-cı illərin ortalarında kiçik həcmdə neft hasil edən yerli səviyyəli şirkət olub. Bir neçə onillikdən sonra o, qlobal neft bazarının güclü oyunçusuna çevrilib. Neft müqavilələrinə nəzər yetirən zaman görürük ki, Azərbaycan şirkəti əvvəllər onlarda yalnız 10%-lik paya sahib olub. Bu gün isə o, “Abşeron” və “Qarabağ” kimi neft yataqlarının işlənməsində böyük pay sahibidir. SOCAR sadalanan yataqlarda hasilat işlərini “Total” və “Equinor” şirkətlərilə birgə həyata keçirir. Bundan başqa, şirkət “Ümid-Babək” yataqlarının hasilat işlərində təkbaşına iştirak edir.

“SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid-Babək” layihələrində də işlər plan üzrə gedir. Onlar da çox perspektivli layihələrdir və bizim planımızda bu layihələrin investisiya tutumunu, hasilatını artırmaqdır. Çünki yenə də deyirəm, həm daxili tələbat üçün bizə daim enerji resursları lazımdır və ixrac potensialımız da təmin ediləcək. Digər layihələr də var, hansılar ki, böyük ümidlər verir. Amma bütövlükdə deyə bilərəm ki, baxmayaraq “Əsrin müqaviləsi” 1994-cü ildə imzalanıb və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb və artıq 26 il keçib, Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır”, - deyə İ.Əliyev qeyd edib.

Bir sözlə, ötən illərdə SOCAR artıq böyük neft-qaz şirkətinə çevrilib. O, İsveçrə, Rumıniya, Ukrayna, Gürcüstan, Türkiyə, Rusiya, BƏƏ və s. ölkələrdə bizneslə məşğuldur.

SOCAR-ın investisiya layihələrini icra etdiyi əsas dövlətlərdən biri Türkiyədir. Şirkət onun “Petkim” neft-kimya kompleksini alıb, “STAR” neftayırma zavodu tikib və hazırda ölkənin nəqliyyat-logistika sahəsini inkişaf etdirir.

SOCAR Gürcüstanda da böyük işlər görür. O, bu ölkədə çox sayda yanacaqdoldurma məntəqəsinə və qaz paylayıcısı şəbəkəyə sahibdir. 
SOCAR-ın son hesabatına əsasən, 2019-cu ildə şirkətin ticarət dövriyyəsi 50 milyard dollardan çox olub. Maraqlıdır ki, bunun 93%-i xarici ölkələrdəki əməliyyatların payına düşür.

SOCAR neft-qaz sahəsilə yanaşı, kimya sektorunda da fəal işlər görür. O, artıq qeyri-neft sektorunda da ən böyük ixracatçılardan birinə çevrilib. Bu, əsasən “Metanol” və “Polimer” zavodlarının fəaliyyəti nəticəsində mümkün olub.

Bu gün qlobal brend olan Azərbaycan Dövlət Neft Şirkəti mədəniyyət və idman sahəsi ilə bağlı təşəbbüslərə maliyyə yardımı da ayırır. SOCAR üçün işçilərin əmək şəraiti vacib məsələlərdən biridir. Odur ki, bu şirkət ən yaxşı iş yerlərindən biridir. Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Şirkətində orta aylıq əmək haqqı 700 dollardan çoxdur. Bu, ölkədki orta aylıq əmək haqqıdan təxminən 2 dəfə artıqdır. Bununla yanaşı, şirkət işçilərinin sosial ehtiyaclarının ödənilməsi üçün maliyyə vəsaiti ayırır, onları mənzillərlə təmin edir.

“Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır”, - deyə 9 il SOCAR-da çalışmış Azərbaycan prezidenti bildirib: “Eyni zamanda, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu var. Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə olunan gəlirlərin yerini tuta bilməyəcək”.

Əlbəttə ki, “Əsrin müqaviləsi” və Azərbaycanın neft strategiyası icra edilməsəydi bu böyük uğurları əldə etmək çətin olardı. Amma bu mənada əsas amillərdən biri əlbəttə ki, insandır.

““Qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik”, - deyə prezident qeyd edib. Bununla da o, insan amilinin ölkənin inkişafındakı rolunu xüsusi vurğulayıb.

Bir sözlə, neftçilər xüsusi diqqətə layiqdir. 20 sentyabr Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir. Onlar təcrübələri, zəhmətsevərlikləri, sağlamlıqları, bəzən həyatları hesabına Azərbaycan iqtisadiyyatının çiçəklənməsini təmin edib və edirlər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az

pia.az 


Etiket: SOCAR


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Sabah xoş xəbəri Xocavənd və Ağdərədən ala bilərik – Erməni etirafı

Deputat Azərbaycana ciddi təzyiq olacağından danışdı

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Müharibədə uduzan Ermənistan niyə sülh istəmir? - Nəyə ümid edirlər?..

“Qarabağ“ UEFA-ya etiraz etdi: “Bu, mümkün deyil“

Erməni qadınların ordu təlimləri gülüş doğurdu - Video

loading...

Ən çox oxunanalar