Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sobsan boya zavodundakı yanğın söndürülüb  - Yenilənib

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb...

Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın söndürülüb.

APA xəbər verir ki, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən soyutma işləri aparılır.

***

Sobsan boya fabrikində yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Sobsan boya fabrikində yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

***

23:50

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib.

***

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

***

22:00

Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan APA-ya verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib.

TƏBİB-dən APA-ya verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.

***

21:38

APA-nın məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

***

21:21

FHN tərəfindən ərazidə yaradılan Qərargahdan APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.  

***

21:10

Bakının Binəqədi rayonunda Sobsan boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

***

21:03

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.

Qərargahdan APA-ya verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

***

20:48

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikində başlanan yanğın partayışla müşahidə edilməkdədir. 

APA-nın hadisə yerində olan müxbirinin məlumtına görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir. (APA)

***

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir.

APA-nın hadisə yerində olan müxbirinin məlumtına görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

 

pia.az


Etiket: Sobsan yanğın

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar